Məhkəmə qərarları › İş №e-2(007)-1528/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1528/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1528/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********28277 olan Huawei Y5 markalı telefon üçün 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə borcu, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61556 olan Xiaomi 8 Lite markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə borcu, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84453 olan Samsung Galaxy A50 markalı telefon üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə borcu olmaqla ümumilikdə 562 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 27.01.2020-ci il, 07.09.2019-cu il və 25.01.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********28277 olan Huawei Y5 markalı telefon, İMEİ kodu **********61556 olan Xiaomi 8 Lite markalı telefon, İMEİ kodu **********84453 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 562 (beş yüz altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 27.01.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 300.2 (üç yüz manat iyirmi qəpik) manat (12 ay x 23.6 manat + 17 manat ilkin ödəniş) olan İMEİ kodu **********28277 olan Huawei Y5 markalı telefon üçün ümumilikdə 156 (yüz əlli altı) manat olmaqla ondan 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə; 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********61556 olan Xiaomi 8 Lite markalı telefon üçün ümumilikdə 140 (yüz qırx) manat olmaqla ondan 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə; 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (12 ay x 52.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********84453 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 266 (iki yüz altmış altı) manat olmaqla ondan 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 802.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 27.01.2020-ci il, 07.09.2019-cu il və 25.01.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz 25.02.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.01.2020-ci il tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İMEİ kodu **********28277 olan Huawei Y5 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.01.2020-ci il tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İMEİ kodu **********84453 olan Samsung Galaxy A50 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.09.2020-ci il tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İMEİ kodu **********61556 olan Xiaomi 8 Lite markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 28 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********28277 olan Huawei Y5 markalı telefon üçün 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61556 olan Xiaomi 8 Lite markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84453 olan Samsung Galaxy A50 markalı telefon üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə borcu olmaqla ümumilikdə 562 manat borc qalmışdır. İşə əlavə olunmuş 29 mart 2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 27.01.2020-ci il, 07.09.2019-cu il və 25.01.2020-ci il tarixli müqavilələr əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 27.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********28277 olan Huawei Y5 markalı telefon üçün 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə borcu, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61556 olan Xiaomi 8 Lite markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə borcu, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84453 olan Samsung Galaxy A50 markalı telefon üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə borcu olmaqla ümumilikdə 562 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar