Məhkəmə qərarları › İş №e-2(007)-1529/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1529/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1529/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “HYUNDAİ ELANTRA” markalı, 90–PB– 816 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il yanvarın 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, 90–PB–816 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bülbül prospekti ilə Neftçilər prospektinin kəsişməsində “MERCEDES BENZ C180“ markalı, 99–TA–367 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və daha sonra işıq dirəyinə dəymişdir. Bakı şəhər DYPİ-in xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPİ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ C180“ markalı, 99–TA–367 dövlət nömrə nişanlı avtomobilə 3400 manat məbləğində zərər dəymişdir. “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsi tərəfindən verilmiş smetaya əsasən hadisə nəticəsində işıq dirəyinin tumba hissəsinə 1975 manat məbləğində zərər dəymişdir. Ümumilikdə isə, dəymiş zərərin məbləği 5375 manat təşkil etmişdir. Belə olan halda, sığorta məbləği hüsablanmış ümumi zərər məbləğinə bölünür və alınan rəqəm hər bir nəqliyyat vasitəsi üzrə hesablanmış zərər məbləğinə vurulur. Yəni, 5000 manat sığorta məbləği: 5370 manat (dəymiş zərərin ümumi məbləği 6120+1620+1000=8770) = 0,**********3, 0,**********3 x 3400 = 3162,79 manat sığorta ödənişi, 0,**********3 x 1975 = 1837,21 manat sığorta ödənişi. İddiaçı 3162,79 manat məbləği zərərçəkmiş şəxs Həsənov Həsən Mahir oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1837,21 manat məbləği zərərçəkmiş şəxs Netfqazmaş İdarəsinə ödəniş tapşırığı ilə ödəmişdir. Göstərilənlərə əsasən, cavabdеh Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 5070 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD 586486 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2011-ci il buraxılışlı, **-PB-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı, mühərrik nömrəsi G4NBBU013406, ban nömrəsi KMHDH41EBCU399439 olan avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. - Cavabdehnın Bakı şəhəri BPİ-in DYPİ-ində verdiyi xx.xx.2021-ci il tarixli izahatın surətindən görünür ki, o, inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir; - İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, **-PB-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA minik” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il saat 15:58:47-dən xx.xx.2021-ci il saat 21:48:32-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; - "xxxx" avto servisin xx.xx.2021-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, “Mersedes Benz C180” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 3400 manat tələb olunur; - Səbail rayonu, Neftçilər prospektində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin “Bakı Şəhər İşığı” Elektirik şəbəkə müəssisəsi tərəfindən təsdiq edilmiş Smetasından görünür ki, “Çuqun altıqlı dirək T 12 10 m-lik 3 çıraqlı” işıq dirəyinin (tumba hissəsi) ümumi dərəyi 1975 manatdır. - "xxxx" ASC-nin PXA80054 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək sığortalanmış, **-PB-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA minik” avtomobil markalı “Mersedes Benz C180” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra işiq dirəyinə dəymiş, dəymiş zərər 1975 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 1837,21 manat sığorta ödənişi “Bakı Şəhər İşığı” EŞM-nin hesabına köçürülməlidir; - "xxxx" ASC-nin PXA80055 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək sığortalanmış, **-PB-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA minik” avtomobil markalı “Mersedes Benz C180” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra işiq dirəyinə dəymiş, dəymiş zərər 3400 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 3162,79 manat sığorta ödənişi Həsənov Həsən Mahir oğlunun hesabına köçürülməlidir; - xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixində saat 05:05-də **-PB-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA minik” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1 maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixində **-PB-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA minik” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1 maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 00:05-də Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" MMC-nin mülkiyyətində olan **-PB-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA minik” markalı markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 3162,79 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən Həsənov Həsən Mahir oğluna məxsus AZ85HAJC******************** hesabına köçürülmüşdür; - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1837,21 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən “Bakı Şəhər İşığı” EŞM-nin hesabına köçürülmüşdür; - "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/01-724 saylı məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “HYUNDAİ ELANTRA” markalı, 90–PB–816 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il yanvarın 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, 90–PB–816 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bülbül prospekti ilə Neftçilər prospektinin kəsişməsində “MERCEDES BENZ C180“ markalı, 99–TA–367 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və daha sonra işıq dirəyinə dəymişdir. Bakı şəhər DYPİ-in xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPİ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ C180“ markalı, 99–TA–367 dövlət nömrə nişanlı avtomobilə 3400 manat məbləğində zərər dəymişdir. “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsi tərəfindən verilmiş smetaya əsasən hadisə nəticəsində işıq dirəyinin tumba hissəsinə 1975 manat məbləğində zərər dəymişdir. Ümumilikdə isə, dəymiş zərərin məbləği 5375 manat təşkil etmişdir. İddiaçı 3162,79 manat məbləği zərərçəkmiş şəxs Həsənov Həsən Mahir oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Həmçinin, 1837,21 manat məbləği zərərçəkmiş şəxs “Bakı Şəhər İşığı” EŞM-yə ödəniş tapşırığı ilə ödəmişdir. "xxxx" ASC xx.xx.2021-ci il tarixdə məktubu ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Nəzərə alınmalıdır ki, cavabdeh “HYUNDAİ ELANTRA” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bununla da, Cavabdeh qarşı irəli sürülmüş iddianın əsaslı olduğu müəyyən olunur, o, iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericliyin qeyd edilən tələblərini pozmuşdur. Qeyd olunan normalardan aydın olur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, məhkəmə yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın sığorta ödənişi vasitəsilə "xxxx" ASC tərəfindən aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi "xxxx" ASC-yə aiddir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı tərəfindən 3162,79 manat məbləği zərərçəkmiş şəxs Həsənov Həsən Mahir oğluna və 1837,21 manat məbləği zərərçəkmiş şəxs “Bakı Şəhər İşığı” EŞM-yə ödənilmişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5000 (beş min) manat sığorta ödənişi məbləği və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5000 (beş min) manat sığorta ödənişi məbləği və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar