Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1529/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ağabala qızının övladları 02 iyun 2007-ci il təvəllüdlü X4 və 26 sentyabr 2011-ci il təvəllüdlü X5 ilə birlikdə onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti küçəsində yerləşən 76 saylı binanın 28 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinə və Cavabdeh1 Ağabala qızı ilə "xxxx" MMC arasında 22 fevral 2023-cü il tarixli eyni 1/7/21 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti küçəsində yerləşən 76 saylı binada 28 saylı mənzilin 1/5 hissəsi mülkiyyət hüququ əsasında İddiaçı2, 4/5 hissəsi İddiaçı1 adına mülkiyyət hüququ əsasında özəlləşdirilib. Həmin iddia üzrə cаvabdeh Cavabdeh1 Ağabala qızı İddiaçı2 ilə 24 sentyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olublar və həmin nikahdan onların iki qız övladları doğulub. 25 yanvar 2018-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 Ağabala qızının iddiası üzrə onların arasındakı nikah pozulub. Cavabdeh1 Ağabala qızı İddiaçı2 qarşı yuxarıda qeyd olunan mübahisəli mənzilə istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsinə dair iddia ilə Nizami Rayon Məhkəməsinə iddia ilə müraciət ediv və məhkəmənin 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının 10 noyabr 2017-ci il tarixli qətnaməsi və Ali Məhkəməsinin 25 iyun 2018-ci il tarixli Qərarı ilə hazırkı İddiaçı2 mübahisələndirildiyi Nizami Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilib və Cavabdeh1 Ağabala qızı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülüb. Lakin məhkəmə qətnaməsi icra edildikdən sonra Cavabdeh1 özü uşaqları ilə birlikdə bir gün də olsun faktiki surətdə həmin mənzildə yaşamayıb, lakin ilk vaxtlar mübahisəli mənzilə kirayəçi yerləşdirərək, özü isə uşaqları ilə birlikdə əvvəllər yaşadıqları mənzildə yaşamaqda davam edib. Kirayəçilər isə mübahisəli mənzildə bir neçə ay yaşadıqdan sonra oradan çıxıblar. Hazırda mülkiyyət hüququ əsasında onlara məxsus olan mənzilin yerləşdiyi Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 76 saylı bina söküntüyə məruz qalıb və həmin ünvanda tikinti işlərini həyata keçirən Cavabdeh2 MMC onların xəbəri olmadan Cavabdeh1 Ağabala qızı ilə 22 fevral 2023-cü il tarixdə 1/7/21 saylı müqavilə bağlayıb və həmin müqavilə əsasında ona hər ay 300 manat kirayə haqqı ödənilməsi barədə öz üzərinə öhdəlik götürüb. Hazırkı iddia üzrə Cavabdeh1 Ağabala qızının Nizami Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il qətnaməsi icra edildikdən sonra uşaqları ilə birlikdə bir gün də olsun mübahisəli mənzildə yaşamaması işə əlavə edilmiş sənədlər, o cümlədən “Azərişıq”, “Azərsu” və "xxxx" ASC-ləri tərəfindən verilmiş müvafiq arayışlarla bir daha təsdiq edilir. Belə ki, həmin mənzildə yaşayış olmayıb və buna görə də heç bir şəxs tərəfindən qeyd edilən xidmət sahələrindən istifadə halları mövcud olmayıb. Yuxarıda qeyd edildiyi kimin cavabdeh eyni zamanda Nizami Rayon Məhkəməsinin qətnaməsi qüvvəyə mindikdən sonra da bir gün də olsun mümahisəli mənzildə yaşamayıb. İşin həmin faktiki halı hər hansı bir şəkildə olursa-olsun mübahisə predmeti deyildir. Buna görə də, Cavabdeh1 Ağabala qızının yetkinlik yaşına çatmayan uşaqları 02 iyun 2007-ci il təvəllüdlü X6 və X7 ilə birlikdə mübahisəli mənzildə yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Onu da qeyd etmək istəyirlər ki, cavabdeh "xxxx" MMC-nin direktoru mənzilin mülkiyyətçiləri kimi onlarda yanaşı eyni zamanda həmin mənzildə yaşayış sahəsinə istifadə hüququnun olmasına istinad edərək Cavabdeh1 Ağabala qızı ilə də “Köçürülənlərin mənzil tikintisinə X15 dair” 22 fevral 2023cü ildə onunla eyni nömrə ilə müqavilə bağlayıb və yeni mənzil inşa edilib başa çatanadək onların mülkiyyətlərində olan köhnə mənzilə uyğun köçəcəyi digər mənzildə yaşamaq üçün ona hər ay 300 manat ödəniş etməyə dair öz üzərinə öhdəlik götürüb. Hesab edirlər ki, həmin müqavilənin heç bir hüquqi əsası yoxdur və bununla da qeyd edilən MMC onların mülkiyyət hüquqlarının süni surətdə, heç bir qanuni əsas olmadan məhdudlaşdırılmasına yol vermişdir. Buna görə də hesab edirlər ki, həmin müqavilə də etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq olaraq bildirdi ki, onlar bu işlə bağlı sahə müvəkkilinin ifadə verməsi üçün vəsatət verib. Cavabdeh tərəfin üç şahidi əvvəlki məhkəmə iclasında iştirak edərək dindirib, şahidlərin biri MKİS-in işçisi idi, o, həmin binada yaşadığını və Cavabdeh1 arada görürdüyünü bildirib və tam dəqiq məlumat verməyib. Digər bir şahid olan qonşu yoldaşı və uşaqları ilə parkda gəzərkən Cavabdeh1 da parkda uşaqları ilə gəzdiyini deyib, şahidə uşaqları ilə nə vaxt parkda gəzməsi və uşaqlarının yaşı barədə sual verdikdə, o uşaqlarının 7-8 yaşlarında olanda parkda gəzdiklərini və hazırda isə uşağının 18 yaşı olduğunu bildirib. Onsuz onlar da 2015-ci ilə qədər Cavabdeh1 orada yaşamasını inkar etmirlər. Üçüncü şahid də Cavabdeh1 guya qazı, suyu və işığı onlardan istifadə etdiyini deyib, halbuki söhbət 2019-cu ildən 2023-cü il fevral ayına qədər olan vaxtdan gedir, hansı ki, həmin dövr pandemiya dövrü idi, uşaqlar dərslərini online keçiriblər, bir evdə işıq olmaya-olmaya iki uşaq onlayn dərsə necə qoşula bilərdi. Yəni bu həqiqətə uyğun deyil. Ümumiyyətlə, bir evdə qaz, işıq, su olmadan orada yaşayışın olması mümkün deyil. "xxxx" MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanması düzgün deyil, yəni heç bir qanunda qeydiyyatda olan vətəndaşla hansısa mənzil tikinti şirkəti arasında müqavilə bağlanması nəzərdə tutulmayıb. Şahidlərin biri Cavabdeh1 uşaqları məktəbə aparıb sonra evə gətirdiyini, onun evində yemək bişirdiyini, işıq, qaz, sudan istifadə etdiyini, onun evində yuyunduğunu bildirsə də, həmin dövr pandemiya idi, məktəblərdə dərs keçirilmirdi, dərslər online keçirilirdi. Həmçinin əgər Cavabdeh1 hər gün qonşunun evində yemək bişirir, yuyunurdusa, qonşunun evinin qaz, su və işığından istifadə edirdisə, belə başa düşülür ki, Cavabdeh1 istifadə hüququ tanınan evdə yaşamaya-yaşamaya, qonşunun evində yaşayıb, onda elə qonşunun evinə istifadə hüququnun tanınması barədə müraciət edərdi. Cavabdeh1 "xxxx" MMC-ni narahat etdiyinə görə, MMC də müqavilə bağlamaq məcburiyyətində qalıb. "xxxx" MMC-nin nümayəndəsi 300 manat Rəşidə Rəcəboya, 300 manat Cavabdeh1 kirayə haqqı verməsini İddiaçı1 bildirdikdə, sonuncu bununla razılaşmayıb. Cavabdehin mübahisəli evdə əşyaları olduğuna görə iddiaçılar həmin evə daxil ol bilməyiblər. Hesab edir ki, iddia əsaslıdır. Cavabdeh1 2015-ci ildən İddiaçı2la birlikdə yaşamır. Cavabdeh1 həmin evdə istifadə hüququ tanınsa belə, o orada yaşamayıb. 2015-ci ildən 2018-ci ilə kimi orada iddiaçıların razılıq verdikləri kirayəçilər yaşayıblar. Ondan sonra 2019-cu ildə Cavabdeh1 həmin kirayəçiləri evdən çıxararaq öz kirayəçilərini evə yerləşdirib. Həmin kirayəçilər 6 tələbə qız olub, onlar da qazdan zəhərləndikdən sonra həmin mənzil bağlanıb. Ondan sonra həmin mənzilə bir insan belə nə gedib, nə gəlib, nə də mənzildə yaşayıb. Sonuncu dəfə İddiaçı1 əşyaları boşaltmaq məqsədi ilə ora gedəndə, qapının bağlı olduğunu görüb. O, özü də Rəşidə xanıma qapının açılması barədə polisə müraciət etməsini bildirib. Rəşidə xanımın valideynlərindən qalma və qardaşının əşyaları mənzildə idi. Sonra Rəşidə xanım polisdə ərizə yazıb. Fidan xanım isə "xxxx" MMC-yə müraciət edərək müqavilə bağlayıb. 2005-ci ildə Cavabdeh1 və İddiaçı2 nikaha daxil olublar, 2007-ci ildə birinci, 2011-ci ildə ikinci qızları olub, 2017-ci ildən uşaqlar üçün aliment tutulub, 25 yanvar 2018-ci ildə nikah pozulub. Cavabdeh1 və İddiaçı2 2015-ci ilin oktyabr ayında evdən tamamilə çıxıblar və evi kirayə veriblər. 3 il İddiaçı2 mənzildən kirayə haqqı götürüb, mənzildə başqa şəxslər yaşayıblar. 2018-ci ildə Cavabdeh1 mənzildən istifadə hüququ tanınandan sonra 2019-cu ildə kirayəçiləri çıxarıb və öz kirayəçilərini, yəni həmin 6 tələbə qızı evə yerləşdirib. 6 tələbə qız evdən çıxdıqdan sonra isə 3 il ev boş qaləb. Fidan xanım bir dəfə də olsun gəlməyib. Onlar Mənzil Kommunal İstismar Sahəsinə gedəndə deyiblər ki, Fidan xanıma dəfələrlə ev pulunu ödəməsi barədə məlumat veriblər, lakin o ödəniş etməyib. Mülkiyyətçilər ödəniş edib. 2019-cu ildən ev boş qalandan sonra, 2020-ci ildə pandemiya olub, məktəblərdə dərs olmayıb, dərslər “online” keçirilib. Cavabdeh tərəf özü də cavabdehin evə hərdən gəldiyini, hərdən getdiyini etiraf edir. Konstitusiya Məhkəməsinin Qərarında da “mənzilə zərurət olmadıqda” qeyd olunur, burada da demək həqiqətən mənzilə zərurət olmayıb, əgər zərurət olsaydı, cavabdeh mənzilə gələrdi, işığı, qazı, suyu bərpa etdirərdi, yaşamaq istəyən insan nəsə edərdi. Qaz sayğacının bloka düşməsi qazdan istifadə edilməsinə mane törətmir. Cavabdeh1 ikinci uşaqdan sonra, yəni 2012-ci ildən 2014-cü ilədək həmin mənzilə qeydiyyatı olub. Sonra valideynlərinə məxsus evdə problem yaşandığına görə öz istəyi ilə mübahisəli evdən qeydiyyatdan çıxaraq valideynlərinə məxsus evə qeydiyyata düşüb. İddiaçılar "xxxx" MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmasından əvvəlcə məlumatlı olmayıblar, müqavilə bağlanmasından yalnız yanvar-fevral aylarında xəbər biliblər. İddiaçılar "xxxx" MMC-nin nümayəndəsi İsmayıl müəllimdən bu barədə məlumat alanda nümayəndə Cavabdeh1 ilə müqavilə bağlamağa məcbur qaldıqlarını bildirib. Onlar nümayəndəsi bunun qanunsuz olduğunu bildirəndə, o müqavilə bağlanmasının qanuni və yaxud qanunsuz olduğunu bilmədiyini, məhkəməyə müraciət etmək hüququnun olduğunu və məhkəmənin araşdırmasını bildirib. Həmin dövrdə iddiaçılarda evin açarının olmamasının səbəbi Fidan xanımın həmin açarları dəyişdirməsi olub. İddiaçılar evin qapısının açarını qıraraq evə daxil olmaq istəməyiblər, çünki daha sonra Cavabdeh1 həmin evdə hansısa əşyasının olmadığını deyib mübahisə yaradacaqdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, Cavabdeh1 mənzildə yaşayıb, amma onsuz da onlar Fidan xanımın orada daimi olaraq yaşadığını iddia etmirlər. Onlar Fidan xanımın yeri gələndə anasıgilə getdiyini, yeri gələndə o mənzildə yaşadığını deyirlər, Fidan xanımın təməlli olaraq orada yaşadığını demirlər. Onsuz da 2019-cu ildə İddiaçı2 alimenti ödəmədiyinə görə Cavabdeh1 həmin evi kirayəyə verməsi barədə İddiaçı2la razılılıq əldə edib. İddiaçılar buna razılıq verirlər və bununla bağlı heç bir problem yaranmır. Daha sonra həmin mənzildə yaşayan kirayəçilər bununla bağlı problem yaşadıqlarından evdən çıxırlar. İddiaçı2 alimenti ödəməməsi ilə bağlı axtarışı və onların icra məmuruna şikayətləri var bununla bağlı iş davam edir. Daha sonra Cavabdeh1 evə köçür və yaşayır. Yay aylarında Cavabdeh1 uşaqlarını bağa aparır, bağda qalır, uşaqlar şəhər məktəblərində oxuyurlar, səhər uşaqları məktəbə aparır, sonra anasıgilə gedir, axşam uşaqları ilə evə gəlirdi. İddiaçı son dövrlərdə Cavabdeh1 orada uzun müddət və təməlli olaraq yaşamadığını bu gün sübut edə bilmir. Konstitusiya Məhkəməsi Plenum qərarı birbaşa göstərir ki, yaşayış ehtiyacının, meyarının ödənilməsini və uzun müddət orada yaşamadığı sübut olunmalıdır. Nəyə görə 2022-ci ilin noyabr ayında müqavilə bağlandıqdan sonra iddiaçılar "xxxx" MMC qarşısında açarları təqdim etmək barədə öhdəlik götürdükləri halda, açarları həmin vaxt "xxxx" MMC-yə təqdim edə bilmirlər. "xxxx" MMC-nin nümayəndəsi də məhkəmə iclasında iddiaçıların açarı onlara təqdim etmədiklərini bildirib. Çünki Fidan xanım orada yaşayırdı. Heç kim əsas olmadan Fidan xanımı yaşadığı yerdən çıxara bilməz, hüququndan məhrum edə bilməz. Ona görə də, Fidan xanımı oradan çıxara bilməyiblər, Fidan xanım orada yaşadığına görə "xxxx" MMC Fidan xanımla müqavilə bağlayıb və açarları ondan təhvil alıb, daha sonra onu oradan köçürdüb. "xxxx" MMC-nin nümayəndələrinin iştirakı ilə Cavabdeh1 mübahisəli evdən köçürülüb. Nəyə görə bu gün mənzil söküləndən sonra iddiaçılar iddia qaldırıblar. Əgər hər şey iddiaçıların bildirdikləri kimi idisə, iddiaçılar vaxtında iddia qaldırardılar və Cavabdeh1 orada yaşamadığını deyərdilər, məhkəmə də yerində baxış keçirərdi və Cavabdeh1 orada yaşayıb-yaşamadığı həqiqətən də müəyyən olunardı. Bu gün kommunal ödənişlərlə bağlı sübut təqdim etmək Cavabdeh1 orada yaşamadığını əks etdirmir, sadəcə həmin sənədlər Cavabdeh1 kommunal xidmətlərdən istifadə etmədiyini sübut edir və bu da onun hüququdur. Bu gün həmin evin mülkiyyətçiləri iddiaçılardır, evin açarı iddiaçılarda da var idi. İddiaçı tərəf Cavabdeh1 evin açarlarını dəyişdirdiyini iddia etsə də, Cavabdeh1 mülkiyyətçilərin evinin açarını dəyişmək hüququ yoxdur. İddiaçı bu gün hərəkətləri ilə orada olmadığını sübut edir. İddiaçılar orada olmadığı halda Cavabdeh1 həmin evdə yaşamadığını necə iddia edə bilər. 2022-ci ilin noyabr ayında iddiaçılar "xxxx" MMC ilə müqavilə bağlayaraq evi boşaldaraq açarları təhvil verməyi öhdəsinə götürübdür. Lakin "xxxx" MMC-nin nümayəndəsi də iddiaçıların açarı təqdim etmədiyini təsdiq edib. Artıq bu göstəricidir ki, Cavabdeh1 orada yaşayıb. İddiaçılar mülkiyyətçi olduqlarına görə evə istədiyi formada daxil ola bilərdilər və öz hüquqlarını vaxtında müdafiə etməli idilər. "xxxx" MMC iddiaçılardan evin açarını tələb edib, Cavabdeh1 ilə müqavilə bağlayacağını iddiaçılara bildirib. Yaşayış sahəsinə istifadə hüququ tanınmış şəxsin mülkiyyətçilərlə eyni hüquqları var. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. Hətta əgər iddiaçılar Cavabdeh1 həmin evdə yaşamadığını sübut etsəydilər belə, müqavilənin etibarsız hesab edilməsi tələbi ilə deyil, ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idilər. İddiaçı2 nümayəndəsi və vəkili özü də etiraf edir ki, "xxxx" MMC 300 manat Rəşidə Rəcəboya, 300 manat Cavabdeh1 kirayə haqqı təklif edib, bu da onu göstərir ki, Cavabdeh1 həmin evdə yaşayıb. Artıq Cavabdeh1 evə istifadə hüququ tanınıb, iddiaçılar cavabdehin istifadə hüququna xitam verə bilmirdilər, kompensasiya da vermək istəmirdilər, evin sökülməsi ilə əllərində fürsət yaranmışdı ki, "xxxx" MMC də Cavabdeh1 evdən çıxaracaq. Bu da alınmadı, ona görə də ev söküləndən sonra məhkəmədə iddia qaldırıblar. Cavabdeh1 ilə İddiaçı2 2015-ci ildən mənzildən çıxıb getməsinin məsələyə heç bir aidiyyəti yoxdur. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var. Məhkəmə qərarında təsdiqini tapmış hallar digər məhkəmə iclasında nə mübahisələndirilə, nə də təsdiqini tapa bilər. Məhkəmə qərarı ilə 2018-ci ildə Fidan xanım o evə köçrülüb, ondan əvvəl mənzildə kirayədə qalanların ona heç bir aidiyyəti yoxdur. 2019-cu ildə alimentlə bağlı formal razılığa əsasən kirayəçilər həmin evdə qalıb, kirayə pulunu Fidan xanım götürüb. Ona görə də, iddiaçılar bu vaxta qədər susublar və razılıq əsasında həmin formada həll olunub. Kirayəçi qızlar həmin evdə qazdan boğulandan sonra qaz sayğacı bloka düşüb. Qaz sayğacı blokda olduğuna görə Cavabdeh1 qazdan istifadə etməsi mümkün deyildi. Konstitusiya Məhkəməsinin qərarında hansı halların ehtiyac meyarını ödədiyini göstərir. Həmin meyarlara əsasən cavabdeh nikaha girməyib, mülkiyətində əmlakı yoxdur, yaşayış sahəsinə ehtiyacı ödənilmir. Bu gün qarşı tərəf bunları sübut edə bilmir. İddiaçının əlində olan sübut kommunal xidmətlər bağlı idi ki, bu da cavabdehin hüququ idi, istəmirdisə istifadə etməyib. İddiaçının müəyyən vaxt keçəndən sonra iddia qaldırması, susqunluq nümayiş etdirməsi, Cavabdeh1 orada qalmasını qəbul etdiklərini göstərir. Bu gün ev söküləndən sonra hərəkətlilik göstərmək, yalnız kommunal xərclərə görə iddiaçının haqlı olduğunu göstərmir. Eyni zamanda cavabdeh tərəfdən şahid ifadələrində də Cavabdeh1 orada necə, nə vaxt və hansı şərtlərlə qalması təsdiq olundu. İddiaçı tərəf Konstitusiya Məhkəməsinin qərarına əsasən uzun müddətli istifadə etməməyi sübut edə bilmir. Cavabdeh1 istədiyi vaxt gəlib-gedib, uşaqlarını məktəbə aparıb, gətirib. Onlar onsuz da Fidan xanımın səhərdən axşama qədər evdə qalmasını iddia etməmirlər. İddiaçı tərəf Konstitusiya Məhkəməsinin qərarında tətqiq edilməli, sübut olunmalı halları bu gün sübut edə bilmədi. İddia tələbi qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadə verərək bildirdi ki, o, tərəfləri tanıyır. O, ərazinin sahə rəisi olaraq inzibati ərazidə yaşayış binalarında mütəmadi olaraq pasport-texniki qaydaları keçirir, həm vətəndaşlarla tanış olur, qeydiyyat qaydalarını aparır, həm də inzibati ərazi ondan soruşulduğuna görə vətəndaşlara nömrəsini verir. 2019-cu ildə mübahisəli mənzildə tələbələr kirayədə qalırıblar. Sonra orada hadisə baş verib və həmin tələbələr oradan köçüblər. Həmin vaxt o, həmin 6 nəfər tələbə qızı da qeydiyyata götürüb. Sonradan həmin mənzilin mülkiyyətçisi İddiaçı2 aliment borcunu ödəməkdən yayındığına görə axtarışa verildi. Mübahisəli mənzilin yerləşdiyi bina ilə onun otağının arasında təxminən 20 metr məsafə var idi. O, mütəmadi olaraq oraya qalxıb-düşəndə orada ona qapını açan olmurdu. Axşamlar oraya baxanda işığın yanmadığını görüb. Sonradan oraya getməyib, lakin çöldən evdə işığın yanıb-yanmadığını nəzarətdə saxlayıb. Təxminən 2022-ci ilin sonunda İddiaçı2 bacısı evin söküləcəyinə görə əşyalarını götürmək barədə ərizə verib. Əvvəlcə o, yuxarı qalxaraq evin qapısını döyüb, lakin qapını açan olmayıb. Ondan sonra o, Fidan xanıma zəng edərək onu çağırıb. Fidan xanım bir qadınla gəlmişdi. Onlar hətta ərizənin şəkilin çəkmək istəyiblər, o isə icazə verməyib. O, Fidan xanımdan izahat alanda, o mobil telefonda kiminləsə danışdı, danışdığı şəxsin dediklərinə uyğun izahat yazdı, lakin ərizəyə uyğun izahat yazmadı. Fidan xanım yazdığı izahatın şəkilini çəkdi. Ondan sonra o, bir daha Cavabdeh1 və o biri tərəfi görməyib və daha sonra bina sökülüb. Cavabdeh1 izahat almamışdan əvvəl görüb-görmədiyini dəqiq xatırlamır. Çünki onun inzibati ərazisində 20 ədəd yaşayış binası, ticarət və iaşə obyektləri var. Hamını yadında salaya bilməz. Bir ay ərzində tək onun icraatına 15-20 ədəd ərizə daxil olur. Bildiyi odur ki, İddiaçı2 Cavabdeh1 pul borcludur, lakin ödəmir. Amma Cavabdeh1 İddiaçı2 axtarılması ilə bağlı ona müraciət etməmişdir. Sonradan bilib ki, İddiaçı2 Rusiya Federasiyasındadır və onlarda portalda görsənir. O, həmişə həmin evi yoxlamayıb, çünki həmişə hər yanı yoxlaya bilməz. Bir gün orada, bir gün başqa yerdə, bir gün isə tədbirdə olur. Amma mütəmadi olaraq pasport rejimi qaydalarını yoxlayır. Həmin mənzilin də onun diqqətini cəlb etməsinin səbəbi həm axtarışın olması, həm də oturduğu yerlə həmin mənzil arasında 20 metr məsafənin olmasıdır. Yəni o, çölə çıxanda həmin mənzilin pəncərəsini birbaşa görür, evdə işıq yanıb-yanmamasını görür. O, adətən pasport rejimini axşam saat 17:00-18:00-dan sonra yoxlayır. Fidan xanımı ərizə ilə əlaqədar çağırıb. Bu ilin əvvəli ev sökülüb. Zəhərlənmənin nəyə görə olması dəqiq yadında deyil, çünki prokurorluq araşdırmanı aparıb. O, evdə kiminsə yaşadığını görməyib. O, təkcə tələbə qızları görüb, qızlardan sonra 2020-ci ildə axtarışla bağlı mənzilə qalxıb, bəlkə də kimsə həmin vaxt mənzildə yaşayıb, amma ona qapını açan olmayıb. Fidan xanımı yalnız ərizə ilə əlaqədar dəvət edəndə görüb. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 izahat verərək iş üzrə hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmış və əlavə olaraq bildirmişdir ki, iddia tələbinin təmin olunması hazırda "xxxx" MMC-nin xeyrinədir. "xxxx" MMC digər şəxslərə 300 manat aylıq ödənişlər edir. İddia təmin olunmasa da, onsuz da 300 manat ödənişləri ödəyiblər. Mənzili tərəfin özünə təhvil verəcəklər. Yəni iddia hazırda onların hüquqlarına toxunmur. "xxxx" MMC-yə həmin binanın sökülməsi barədə xx.xx.2022-ci il tarixdə sərəncam verilib. Sərəncama əsasən qəzalı vəziyyətdə olan binanın sökülməsi, yerində yeni yüksək mərtəbəli binanın tikilməsi və orada yaşayan sakinlərin hər birinə yaşayış sahəsi verilməklə sakinlərin həmin mənzillərə köçürülməsi qeyd olunmuşdur. İş üzrə iddiaçı da daxil olmaqla orada olanların hər biri ilə müqavilə bağlanıb. 15 noyabr 2022-ci il tarixində İddiaçı1 ilə müqavilə bağlanıb. İddiaçı1 həm öz adından, həm də qardaşı İddiaçı2 adından həmin müqaviləni bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə mənzil boşaldılaraq 15 gün ərzində təhvil verilməli idi. Binadan köçən sakinlər mənzillərinin qapı, pəncərələrini söküb aparırdılar. Yəni artıq bina tamamilə qəzalı vəziyyətdə idi. Rəşidə xanımın özünü şəxsən tanıyır, müqavilə bağlandıqdan sonra bir neçə dəfə "xxxx" MMC-yə gəlib-gedəndə görüb. Paylı mülkiyyət olduğuna görə MMC-lər çox vaxt fərqləndirə bilməyib, ayrı-ayrı müqavilələr yazırlar. Onllar çıxarışda necə yazılıbsa, o cür də Rəşidə xanımla müqavilə bağlayıblar. Müqaviləyə görə aylıq 600 manat kirayə haqqı ödəniləcək. Müqavilə bağlandığı vaxtdan Rəşidə xanıma məlumat verildi ki, 15 gün müddətində mənzil boşaldılıb "xxxx" MMC-yə təhvil verilməlidir. Artıq müqavilə bağlandıqdan 2-3 ay keçməsinə baxmayaraq, Rəşidə xanım mənzili boşaldaraq "xxxx" MMC-yə təhvil verə bilməyib. Dəfələrlə özü və yoldaşı ilə əlaqə saxlayıblar. Daha sonra digər xanım qətnamə ilə yaxınlaşaraq mənzildə istifadə hüququnun tanındığını, orada yaşadığını və açarların da onda olduğunu bildirib. Xanımı dinlədilər və lakin bununla bağlı "xxxx" MMC tərəfindən heç bir qərar verilməyib. Cavabdeh1 ilə müqavilə bağlamaq "xxxx" MMC-yə ziyan gətirər. Çünki Cavabdeh1 həm kirayə haqqını, həm də mənzilin açarlarını istədiyinə görə bu onlara həm əlavə iş, həm də xərclərə səbəb olurdu. Sonradan Rəşidə xanımla əlaqə saxlayaraq Fidan adlı xanımın gəldiyini, burada yaşadığını dediyini bildiriblər və bununla bağlı nə demək istədiyini soruşular. Rəşidə xanımın özünü dəvət ediblər və o, ofisə gəlin. O, Rəşidə xanıma mənzili 15 günə boşaldıb təhvil verməsi barədə öz üzərinə öhdəlik götürdüyünü, lakin mənzili boşaldıb təhvil verə bilmədiyini, üstəlik evin açarının onda olmadığını, hazırda mənzili boşaldaraq təhvil verməli olduğunu, mənzildən çıxmadan binanı sökməyin mümkün olmadığını bildirib. İddiaçı1 açarlar olmayıb. Onların ofisləri əvvəl uzaqda yerləşirdi, müqavilə də orada bağlanmışdı. Daha sonra binanı sökməyə başlayan ərəfədə onların ofisləri binanın yaxınlığına köçürülüb. Fidan xanım qətnamə gətirərək açarların onda, əşyaların isə evdə olduğunu, bununla bağlı polisə, prokurorluğa müraciət etdiyini bildirib. Onlar da orada əşyalar ola-ola binanı sökməyəcəklərini bildiriblər. Mənzildə qazın, suyun, işığın istifadə olunmasına "xxxx" MMC-nin səlahiyyəti yoxdur. MMC yalnız borcun olubolmamasını yoxlayır. Qalan kimlərin borcu varsa, özləri ödəyir. Daha sonra xanım qapını açıb, dediyinə görə ordakı fəhlələrdən də kömək alaraq əşyaları daşıyıblar. İkinci müqavilə 22 fevral 2023-cü ildə məcburiyyətdən bağlanıb, çünki Fidan xanım mənzildən çıxmırdı, hansı ki həmin vaxt bütün sakinlər binadan çıxıblar. Artıq onlar həmin gün razılaşıblar, müqavilə bağlayıb, aktlaşdırıblar və bina sökülməyə başlanıbdır. O, düşünürdü ki, onlar Rəşidə xanıma məxsus mənzili başqa şəxsin mülkiyyətinə verməyiblər. Müqavilədən görünür ki, onlar istifadə hüququ tanınan şəxsə, necə ki, açarların bir nüsxəsi ondan alınıb başqa mənzilə köçürülüb, eynilə də onların bina təhvil verildikdən sonra açarların bir nüsxəsini ona təhvil vermək öhdəlikləri qalıb. Onların başqa öhdəlikləri yoxdur, kirayə ödənişlərinin hamısını tam şəkildə ödəmişlər. Amma müqavilələrin etibarsız sayılması onların xeyirinədir, çünki onların verdiyi kirayə pullarını geri ala biləcəklər. Mülki Məcəllənin 152-ci maddəsini bu münasibətə tətbiq etmək olmaz. Çünki onlar yalnız tərəflə Mülki Məcəlləyə uyğun, qanuna zidd olmayan, qarşılıqlı münasibətlərlə müqavilə bağlayıblar. Onlar qanun pozuntusuna yol verməyiblər. Müqavilədə tərəf olduqlarına görə onları cavabdeh qismində cəlb ediblər, amma iddia tələbinin təmin olunması və ya olunmaması onların hüquqlarını pozmur. Müqavilənin imzalanmasında heç bir qanunsuzluq yoxdur, tamamilə qanuni olaraq imzalanıb. Çünki qanuni qüvvəsini almış məkəmə qətnaməsi təqdim olunub. Vətəndaşın da açarları özündə olursa, açarla mənzilə sərbəst daxil ola bilirsə, artıq onlar üçün həmin şəxsin yaşayıb-yaşamaması vacib deyil. Çünki vətəndaşın istifadə hüququnun tanınması barədə məhkəmə qətnaməsi var. Onun vəzifəsi həmin şəxsi mənzildən köçürməyə kömək etmək, daha sonra da veriləcək mənzilin açarının bir nüsxəsini müqavilə bağlamış şəxsə təhvil verməkdir. Tam qanuna uyğun şəkildə müqavilə bağlanıb. O, 14 ildir ki, MMC-lərlə işləyir və bu kimi hallarda köçürməni belə edirlər. Qanuna zidd olmamaq şərti ilə istər binada yaşayan, istər kirayəçi, istənilən şəxslə, istifadə hüququ olan və ya olmayan şəxslə müqavilə bağlaya bilərlər. Amma əgər hər bir şəxslə müqavilə bağlanmalı olması soruşulursa, ceyr bağlanılmalı deyildi, qeydiyyatda olan şəxslərin razılıqları tələb olunur. Əgər Mülki Məcəlləyə zidd deyilsə, istənilən şəxslə müqavilə bağlaya bilərlər. Əgər orada heç kim yaşamırsa, maneəçilik törətmirsə, bina qəzalı vəziyyətdədirsə, onlarla müqavilə bağlamırlar, razılıqlarını da istəmirlər, amma müqaviləyə də diqqət yetirsəniz yaşayan hər bir şəxsin razılığı tələb olunur. Bu gün bağlanılan həmin müqavilələri razılıq kimi qəbul edə bilərlər ki, bağlanılan o müqaviləyə görə xanım bilir ki, onun yaşadığı mənzil sökülüb. Nə MMC-yə vətəndaşı köçürüb uzun illər ona kirayə pulu ödəməyi sərf edər, nə də vətəndaşa mənzili söküb əvəzinə yeni binadan mənzil vermək ona sərf edər. İddiaçılar bina söküntüyə gedəndə iddianı vaxtında qaldırar, açarları təhvil verərdilər, onlar isə müqavilə bağlamaqla məcburiyyət qarşısında qalmazdılar. Cavabdeh1 orada yaşayıb-yaşamaması barədə məlumatı yoxdur. Bu gün onlara cavabdehin mənzildə yaşayıb yaşamaması maraqlı deyil. Onlar müəyyən ediblər ki, məhkəmə qətnaməsi ilə onun istifadə hüququ var, açarla mənzilin qapısını açaraq sərbəst şəkildə içəri daxil ola bilir, əşyaları oradadır, əşyaları çıxarır və əşyalarla bağlı mübahisə yoxdur. İddiaçı əşyaların orada olduğunu, açarların dəyişdiyini etiraf edir. Qeyd edilənlərə əsasən iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilən X8 ifadə verərək bildirmişdir ki, o, Cavabdeh1 tanıyır. Cavabdeh1 ilə eyni həyətdə yaşayıblar, qonşu olublar. Cavabdeh1 2-ci blokda, o, 4-cü blokda yaşayıb. Onu həyətdə görürüb, bir-birilərinə salam veririblər. Fidan xanımın uşaqlarının bağçaya getmək müddəti bitmişdi, dəqiq bilmir, bəlkə də uşaqları birinci sinifə gedirdi yoxsa getmirdi, amma uşaqları bağçaya aparıb-gətirəndə həyətdə görüb. Cavabdeh1 2021-ci ildə köçənə qədər ümumi görüb. Arada onların boşandığını eşidib. Yoldaşı ilə də salamları olub. O ərəfədə bir müddət yəqin ki, uşaqlarına köməyə ehtiyacı olduğu üçün o anasıgilə gedib-gəlirdi. Ondan sonra həmişəki kimi öz evində yaşayırdı. Bina sökülənə qədər orada idi, uşaqlarını aparıb-gətirirdi. O, Cavabdeh1 hər dəqiqə evdə olub-olmadığını bilə bilməz. O, sadəcə qonşu idi, həyətdə, günaşırı salona, həkimə gedəndə onu görürdü. Hamı axşamlar evində olur, onun hər axşam evə gedib-gəldiyini görə bilməz. O, Mənzil Kommunal İstismar Sahəsində işləyir. O, Cavabdeh1 gələn məktubların məhkəmədən və ya başqa orqanlardan gəldiyini bilmirdi. Çünki o məktublar ona aid deyildi, o işlər qeydiyyat məsələlərinə aid idi. Mənzildə işıq, qaz və su olamaya-olmaya orada yaşamağın mümkün olmasına o fikir bildirə bilməz. O, cavabdehi hər gün görməsə də, iki-üç gündən bir uşaqları aparıb-gətirəndə görürdü. O, fevral ayında binadan çıxıb, qış ayları idi, o, Cavabdeh1 hər dəqiqə görə bilməzdi. O, Cavabdeh1 fevral ayında həyətdə, işdən çıxanda, mağazaya gedəndə Cavabdeh1 haradansa uşaqları ilə gələndə görüb. O, 2023-cü ilin fevral ayında Cavabdeh1 görüb. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilən X9 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 onun qonşusudur. O, 5-ci mərtəbədə, Fidan 4-cü mərtəbədə yaşayıb. Cavabdeh1 bina sökülənə qədər. dekabr ayına kimi orada yaşayıb. O, Fidanı hər gün görürdü. Əvvəl qaz, su var idi, aliment ödənilmədiyinə görə pulsuz qaldı, mənzili kirayə verdi, sonra da mənzildə qəza oldu, hamısı kəsildi. Daha sonra məhkəmə çəkişmələri bitdi, Fidanın həmin mənzilə istifadə hüququ tanındı və evə köçərək yaşadı. Kirayəçilər mənzildə çox yaşamadılar, səs-küy saldıqlarına görə Fidan onları qovdu. Kirayəçilər getdilər, Fidan isə mənzilə qayıtdı. Fidan ərə gedəndən orada yaşayıb. Fidan səhər uşaqları ilə gedirdi, axşam gəlirdi, onun mənzilindəki soyuducudan, sudan, qazdan istifadə edirdi. Onun qızı yox idi, Fidan onun üçün qızı kimi idi, onlar söhbət edə-edə o, Azərbaycan dilini, o isə rus dilini öyrənirdi. Fidan onun mənzilində yaşamırdı, gəlirdi qazdan, sudan istifadə edirdi, sonra öz evinə qayıdırdı. O, Fidana 5 litrlik balonda su verirdi, uşaqlarını onun evində yuyundururdu, özü isə anasıgilə gedirdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilən X12 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 qonşusudur. Onlar ayrı bloklarda yaşayıblar. Uşaqları qızı ilə birlikdə böyüyüblər. Cavabdeh1 2018-ci ilə qədər orada yaşadı. Sonra əri ilə ayrıldılar. Amma gediş-gəliş var idi. Bir müddət orada görünmədi. Sonradan yenə gəldi, gediş-gəlişi oldu. O, işdə olurdu, axşamlar uşaqları həyətdə gəzdirəndə görürdü, onun evində olmayıb. Bina sökülənə qədər Cavabdeh1 görürdü, yəni gəlib-gedirdi. Onu həyətdə 2-3 dəfə görüb. O, səhər saat 09:00-dan axşam saat 07:30 yaxud 08:00-a kimi işdə olur, yəni öz dükanıdır, tez də çıxa bilir. Yay vaxtlarında axşamlar həyat yoldaşı ilə həyətdə olurdu, uşaqlar da birlikdə gəzirdilər, uşaqları birlikdə böyüyüblər. O vaxt qızının 7-8 yaşı olardı. İndi qızının 18 yaşı var. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, o cümlədən şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 4/5 hissədə X1 və 1/5 hissədə İddiaçı2 xüsusi mülkiyyətlərindədir; - Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə 2013, 2020, 2022 (aorel ayı istisna olma) qaz sərfiyyatı olmamışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilək, İddiaçı2 ilə Cavabdeh1 arasında Bakı şəhər Səadət sarayında 24 sentyabr 2005-ci il tarixdə 2643 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 02 iyun 2007-ci ildə anadan olmuş X2 və 26 sentyabr 2011-ci ildə anadan olmuş X3 anası Cavabdeh1 yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı2 tutulub iddiaçı Cavabdeh1 verilməsi, alimentin tutulma müddətinin 29 avqust 2017-ci il tarixdən hesablanması qət edilmişdir. - Cavabdeh2 MMC, İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X15 dair Müqavilə dair 1/7/21 saylı müqavilədən görünür ki, Tikinti şirkəti Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixiı 227 nömrəli sərəncamı əsasında, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçiləri” isə öz növbəsində , bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80.24 m2 olan köhnə 4 otaqlı mənzilini “Tkinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 m2 olan yeni təmirli 21 saylı mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürürlər.Mənzil mülkiyyətçisinin köhnə mənzilindən köçmək üçün “Tikinti şirkəti”ndən 150 manat vəsait tələb etmək, Köhnə mənzilin əvəzinə alaçağı yeni mənzil inşa edilib başa çatanadək köhnə mənzilə uyğun köçəcəyi digər mənzildə yaşamaq üçün “Tikinti şirkəti” üzərinə hər ay üçün 600 manat öhdəlik qoymaq hüquqları vardır (4/5 hissəsi İddiaçı1, 1/5 hissəsi isə İddiaçı2 ayrılır). - "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X15 dair 1/7/21 saylı müqavilədən görünür ki, Tikinti şirkəti Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 227 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi və "Mənzilə istifadə hüququ tanınmış şəxsi" Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(007)- 5970/2017 saylı qətnaməsi əsas götürülməklə həmin mənzilə köçürməyi və mənzilin açarlarının bir nüsxəsini ona təqdim etməyi, "Mənzilə istifadə hüququ tanınmış şəxs" isə öz növbəsində bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80,24 kv.m olan köhnə 4 otaqlı mənzili boşaldaraq "Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 21 saylı mənzilə köçürülməyə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Qeyd: bu müqavilənin qeyd olunan mənzil İddiaçı1 və İddiaçı2 bu mülkiyyətində olmasına baxmayaraq söküntü zamanı məhkəmə qətnaməsi ilə istifadə hüququ tanılmış Cavabdeh1 həmin mənzildə yaşaması müəyyən olundu və həmin mənzil boş vəziyyətdə açarları ondan təhvil alındı. Cavabdeh1 Köhnə mənzilin əvəzinə köçürüləcəyi yeni mənzil inşa edilib başa çatanadək köhnə mənzilə uyğun köçəcəyi digər mənzildə yaşamaq üçün "Tikinti şirkəti" üzərinə hər ay üçün 300 manat öhdəlik qoymaq hüququ vardır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5970/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonunun Qara Qarayev prospektindəki 76 saylı evin 28 saylı mənzilinə istifadə hüququ tanınması, o, azyaşlı uşaqları olan 07 iyun 2007-ci il təvəllüdlü X4 və 26 sentyabr 2011-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4269/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami RayonMəhkəməsi 10 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır). Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil 4/5 hissədə X1 və 1/5 hissədə İddiaçı2 xüsusi mülkiyyətlərindədir. Cavabdeh2 MMC Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixiı 227 nömrəli sərəncamı əsasında, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun bina inşa edir. Bu məqsədlər mənzilin mükiyyətçiləri olan iddiaçılarla xx.xx.2022-ci il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X15 dair Müqavilə dair 1/7/21 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçıyar məzili cəmiyyətə təhvil verilməsi ilə bağlı öhdəlik götürmələrinə baxmayaq mənzilin təhvil verməmişlər. Bundan sonra isə cəmiyyət digər Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X15 dair 1/7/21 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi və "Mənzilə istifadə hüququ tanınmış şəxsi" Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(007)-5970/2017 saylı qətnaməsi əsas götürülməklə həmin mənzilə köçürməyi və mənzilin açarlarının bir nüsxəsini ona təqdim etməyi, "Mənzilə istifadə hüququ tanınmış şəxs" isə öz növbəsində bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80,24 kv.m olan köhnə 4 otaqlı mənzili boşaldaraq "Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 21 saylı mənzilə köçürülməyə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Belə ki, müqavilə bağlanan an mənzilin açarları Cavabdeh1 olmuş, mənzil onun tərəfindən boşaldılmış, yanlız bundan sonra mənzilin sökülməsini təmin etmək mümkün olmuşdur. Hazırda isə iddiaçılar Cavabdeh1 Ağabala qızının övladları 02 iyun 2007-ci il təvəllüdlü X4 və 26 sentyabr 2011ci il təvəllüdlü X5 ilə birlikdə onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 76 saylı binanın 28 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinə və Cavabdeh1 Ağabala qızı ilə "xxxx" MMC arasında 22 fevral 2023-cü il tarixli eyni 1/7/21 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ilk öncə iddia tələbinin “iddiaçılar Cavabdeh1 Ağabala qızının övladları 02 iyun 2007-ci il təvəllüdlü X4 və 26 sentyabr 2011-ci il təvəllüdlü X5 ilə birlikdə onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti küçəsində yerləşən 76 saylı binanın 28 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı halda müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh1 arasında Bakı şəhər Səadət sarayında 24 sentyabr 2005-ci il tarixdə nikah bağlanmış, onların birgə nikahlarından 02 iyun 2007-ci ildə X4 və 26 sentyabr 2011-ci ildə X5 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və uşaqlar analarının himayəsində saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5970/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamə ilə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonunun Qara Qarayev prospektindəki 76 saylı evin 28 saylı mənzilinə istifadə hüququ tanınması, o, azyaşlı uşaqları olan 07 iyun 2007-ci il təvəllüdlü X4 və 26 sentyabr 2011-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra icra yönəldilmiş və qətnamənin icrası təmin edilmişdir. Ona görə mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5970/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 azyaşlı uşaqları olan 07 iyun 2007-ci il təvəllüdlü X4 və 26 sentyabr 2011-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mənzil sökülən günə kimi ona məxsus əşyalar həmin ünvanda olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Hazırda iddiaçılar cavabdehin məhkəmə qətnaməsi ilə mənzilə köçürüldükdən sonra bir gün belə mənzildə yaşamadığını, kommunal xidmətdən istifadə etmədiyini, ilk əvvəl evi bir neçə ay müddətinə kirayəyə verdiyini, başqa evdə yaşadığını qeyd etmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdehin mübahisəli mənzildə istifadə hüquqları tanınmışdır və iş materialları ilə cavabdehin yaşayış hüquqlarını təmin edəcək başqa bir mənzilinin olması müəyyən edilməmişdir. Məhkəmə iclasında mənzilə köçürüldükdən sonra cavabdehin mübahisəli ünvanda yaşayıb-yaşamamasının müəyyən edilməsi məqsədi ilə şahidlərin dindirilməsi təmin edilmiş, lakin şahid ifadələri ilə göstərilən hal müəyyən edilməmişdir. Belə ki, sahə müvəkkili Şahid ifadəsində 2019-cü ildə mənzildə kirayəçiləri yaşadığını, daha sonra isə mənzilin işıqlarının sönülü olduğunu, mənzilin qapısın açılmadığını, Cavabdeh1 həmin ünvanda görmədiyini, şahid X8 Mənzil Kommunal İstismar Sahəsində işlədiyini, Cavabdeh1 və uşaqlarını mübahisəli mənzilin ərazisində gördüyünü, şahid X9 cavabdehin mübahisəli mənzildə yaşadığını, onun evindəki soyuducudan, sudan, qazdan istifadə etdiyini, uşaqları üçün onun evində hamam otağından istifadə etməsi, şahid X12 isə cavabdehin nikahı pozulandan sonra bir müddət görmədiyini, sonradan yenidən gəldiyini, bina sökülənə qədər onun gəlib-getdiyini gördüyünü qeyd etmişdir. Göründüyü kimi şahid ifadələri ilə cavabdehin mübahisəli mənzildə yaşamaması halı öz təsdiqini tapmamışdır. Həmçinin şəxsin kommunal xidmətdən istifadə etməməsi onun mənzildə yaşamasının təsdiqi üçün mütləq əsas sayıla bilməz. Əksinə müəyyən edilmişdir ki, mənzil sökülən zaman mənzilin açarı Cavabdeh1 tərəfindən cəmiyyətə təhvil verilmiş, ona məxsus əşyaların daşınması təmin edildikdən sonra mənzil sökülmüşdür. Yəni mənzil cavabdehin istifadəsinə olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mənzilə istifadə hüququnun tanınmasını və onun yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, hazırkı iddia mübahisələndirilən hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 Ağabala qızı ilə "xxxx" MMC arasında 22 fevral 2023-cü il tarixli eyni 1/7/21 nömrəli müqavilənin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X15 dair 1/7/21 saylı müqaviləyə əsasən “GİYASLİ GROUP" MMC Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 227 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi və "Mənzilə istifadə hüququ tanınmış şəxsi", yəni Cavabdeh1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(007)- 5970/2017 saylı qətnaməsi əsas götürülməklə həmin mənzilə köçürməyi və mənzilin açarlarının bir nüsxəsini ona təqdim etməyi, Cavabdeh1 isə öz növbəsində bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80,24 kv.m olan köhnə 4 otaqlı mənzili boşaldaraq "Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 21 saylı mənzilə köçürülməyə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə tərəfləri müstəqil şəkildə müqavilə bağlayaraq öz iradələrini ifadə etmişlər. Məhkəmə hesab edir ki, həmin müqavilə qanunauyğun müqavilədir. Belə ki, mənzilin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olması məlumdur. Lakin müəyyən edilmişdir ki, mənzil onlar tərəfindən cəmiyyətə təqdim edilməmiş, bu isə öz növbəsinə həm tikinti şirkətini işlərinin ləngiməsinə, həmdə digər sakinlərin hüquqlarının pozulmasına səbəb olurdu. Cavabdeh1 isə mənzildə yaşamasına dair cəmiyyətə özü müraciət etmiş, mənzili müqaviləyə uyğun cəmiyyətə təhvil vermişdir. Hazırdkı halda əqdin etibarsız sayılması əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia mübahisələndirən hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə və iddiaçı tələb etmədiyinə görə, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiaları təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1529/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1529/2023
18.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver