Məhkəmə qərarları › İş №e-2(007)-1534/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1534/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1534/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64836 olan İphone 13 PRO markalı telefon üçün 3068,04 (üç min altmış səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 932,46 (doqquz yüz otuz iki manat qırx altı qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********28639 olan İphone 13 PRO markalı telefon, “Apple” markalı adapter üçün, 3210, 96 (üç min iki yüz on manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 963,54 (doqquz yüz altmış üç manat əlli dörd qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 8175 manat borc, 101,75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2022ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64836 olan İphone 13 Pro markalı telefon, İMEİ kodu **********28639 olan İphone 13 Pro markalı telefon, “Apple” markalı adapter amış və nəticədə 8175 (səkkiz min yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4405,04 (dörd min dörd yüz beş manat dörd qəpik) manat (17 ay x 259,12 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********64836 olan İphone 13 PRO markalı telefon üçün ümumilikdə 4000,5 (dörd min manat əlli qəpik) manat olmaqla ondan, 3068,04 (üç min altmış səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 932,46 (doqquz yüz otuz iki manat qırx altı qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4449,96 (dörd min dörd yüz qırx doqquz manat doxsan altı qəpik) manat (18 ay x 247,22 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********28639 olan İphone 13 PRO markalı telefon, “Apple” markalı adapter üçün ümumilikdə 4174,50 (dörd min yüz yetmiş dörd manat əlli qəpik) manat olmaqla ondan, 3210,96 (üç min iki yüz on manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 963,54 (doqquz yüz altmış üç manat əlli dörd qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2576 manat təşkil edir. Cavabdehlə arasında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh iki ədəd “İphone 13 Pro” markalı telefon götürmüşdür. Tərəflərindən cərimə məbləğində isə güzəşt edilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsi verildiyi vaxtdan ödəniş etməmiş və alınan məhsullarda qüsur olmasına dair müraciət etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 14061408 saylı alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən sonuncuya ümumi dəyəri 4405,04 manat olan İmei kodu **********64836 olan “İphone 13 Pro” markalı telefon, xx.xx.2022-ci il tarixli, 14061409 saylı alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 4449,96 manat olan İmei kodu **********28639 olan “İphone 13 Pro” markalı telefon, Apple Adapter satılmışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı MMC-nin xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 14061408 saylı müqavilə üzrə 3068,04 manat ödənilməmiş hissə, 932,46 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli, 14061409 saylı müqavilə üzrə 3210,96 manat ödənilməmiş hissə, 963,54 manat dəbbə pulu olmaqla, ümumilikdə 8175 manat borcu vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci və 467ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğlərinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 214 və 224 manat olaraq müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 101,75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 14061408 saylı müqavilə üzrə 3068,04 manat əsas borc, 214 manat cərimə, xx.xx.2022-ci il tarixli, 14061409 saylı müqavilə üzrə 3210,96 manat əsas borc, 224 manat cərimə borcu olmaqla ümumilikdə 6717 manat vəsait və ödənilmiş 101,75 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar