Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1539/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı MMC Cavabdeh Firudun oğluna qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1976-cı il təvəllüdlü Cavabdeh 29 avqust 2019-cu il tarixli, BXK5729789 saylı borc müqaviləsinə əsasən 348 (üç yüz qırx səkkiz) manat əsas borc, 27 may 2019-cu il tarixli, BXK5729333 saylı borc müqaviləsinə əsasən 360 (üç yüz altmış) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1539/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair e-2(007)- 1539/2025 saylı sadələşdirilmiş icraat qaydasında işə iddia icraatında baxılması qərara alınmışdır.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 29 avqust 2019-cu il tarixli BXK5729789 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 368 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 348 manat əsas borcu qalıb. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 27 may 2019-cu il BXK5729333 saylı tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 510 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 360 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 29 avqust 2019-cu il tarixli, BXK5729789 saylı borc müqaviləsinə əsasən 348 (üç yüz qırx səkkiz) manat əsas borc, 27 may 2019-cu il tarixli, BXK5729333saylı borc müqaviləsinə əsasən 360 (üç yüz altmış) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 738 (yeddi yüz otuz səkkiz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir.
Tərəflərin izahatları:
4. İddiaçı nümayəndəsi ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Firudun oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 29 avqust 2019-cu il tarixli BXK5729789 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Firudun oğlunun sahibliyinə və istifadəsinə 368 manat dəyərində məişət avadanlığı verilmişdir. İlkin ödəniş olaraq 20 manat ödəmiş, 348 manat borcu qalmışdır.
9. İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 29 avqust 2019-cu il tarixli BXK5729789 nömrəli girov müqaviləsindən görünür ki, “Samsung A10 SM-A105 Black” əmlakı girov qoyulmuşdur.
10. İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 27 may 2019-cu il BXK5729333 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Firudun oğlunun sahibliyinə və istifadəsinə 510 manat dəyərində məişət avadanlığı verilmişdir. İlkin ödəniş olaraq 150 manat ödəmiş, 360 manat borcu qalmışdır.
11. İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 27 may 2019-cu il BXK5729333 nömrəli girov müqaviləsindən görünür ki, “Samsung A20 SM-A205 Blue” əmlakı girov qoyulmuşdur.
12. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Firudun oğlunun 29 avqust 2019-cu il tarixli, BXK5729789 nömrəli müqavilə üzrə 348 manat, 27 may 2019-cu il BXK5729333 nömrəli müqavilə üzrə ödənilməmiş 360 manat, ümumilikdə 708 manat borcu vardır.
13. İddiaçı MMC-nin Cavabdeh Firudun oğluna ünvanlandığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 29 avqust 2019-cu il tarixli BXK5729789 saylı borc müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə bu günə 348 manat qalıq borc, 27 may 2019-cu il BXK5729333 saylı borc müqaviləsinə əsasən 360 manat qalıq borcu var. Göstərilənləri nəzərə alaraq, bu pretenziya məktubu ünvanına daxil olduğu vaxtdan 3 (üç) iş günü müddətində ümumi borcu olan 708 (yeddi yüz səkkiz) manat pul məbləğinin İddiaçı MMC-yə ödənilməsi tələb olunur. Qeyd: Tələb olunan pul məbləği qeyd edilən tarixdə ödənilmədiyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də ondan tələb olunacağı diqqətinə çatdırılmışdır.
14. 13.11.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 29 avqust 2019-cu il tarixli BXK5729789 nömrəli və 27 may 2019-cu il BXK5729333 nömrəli borc müqavilələri bağlanmışdır. Nəticədə cavabdehin 29 avqust 2019-cu il tarixli BXK5729789 nömrəli borc müqaviləsi üzrə 348 manat, 27 may 2019-cu il BXK5729333 nömrəli borc müqaviləsi üzrə 360 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilələrin predmeti olan məişət avadanlıqlarını İddiaçı MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir.
18. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
21. İddia təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Firudun oğlundan tutularaq İddiaçınə ödənilməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 27 may 2019-cu il tarixli, BXK5729333 nömrəli borc müqaviləsinə əsasən 360 manat əsas borc, 29 avqust 2019-cu il tarixli, BXK5729789 nömrəli borc müqaviləsinə əsasən 348 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir.
23. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia təmin edilsin. Cavabdeh 27 may 2019-cu il tarixli, BXK5729333 nömrəli borc müqaviləsinə əsasən 360 manat əsas borc, 29 avqust 2019-cu il tarixli, BXK5729789 nömrəli borc müqaviləsinə əsasən 348 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova