Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1541/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73488 Blackview A60 markalı telefon, Panasonıc ev telefonu, Power Bank, Charger Usb üçün 84.6 (səksən dörd manat, altmış qəpik ödənilməmiş hissə, 8.4 (səkkiz manat, qırx qəpik) manat cərimə; 24.11.2020-ci il tarixli müqaviləsinə əsasən, HP Komputer, Çanta, Scan disk, Qulalıq, Mouseüçün 1104 (min yüz dörd manat ödənilməmiş hissə, 110 (yüz on) manat cərimə; 01.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********97746 Blackview A80 markalı telefonüçün 209 (iki yüz doqquz manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; ümumilikdə 1536 manat borc, 35,36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin, İddiaçı MMC ilə 15.11.2020-ci il, 24.11.2020-ci il və 01.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73488 Blackview A60 markalı telefon, PANASONİC ev telefonu, Power Bank, Charger Usb, HP Komputer, Çanta, Scan disk, Qulalıq, Mouse, İMEİ Kodu **********97746 Blackview A80 markalı telefon almış və nəticədə 1536 (min beş yüz otuz altı manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 304.8 manat (12 ay 25.4 manat + 0) manat ilkin ödəniş İMEİ Kodu **********73488 Blackview A60 markalı telefon, PANASONİC ev telefonu, Power Bank, Charger Usbüçün ümumilikdə, 93 (doxsan üçj manat olmaqla ondan, 84.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 8.4 (səkkiz, qırx qəp) manat cərimə; 24.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1319.4 (min üç yüz on doqquz manat, qırx qəp) manat (18 ay x 73.3 manat + 0 manat ilkin ödəniş) HP Komputer, Çanta, Scan disk, Qulalıq, Mouse üçün ümumilikdə, 1214 (min iki yüz on dörd) manat olmaqla ondan, 1104 (min yüz dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 110 (yüz on) manat cərimə; 01.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 250.8 (iki yüz əlli manat, səksən qəp) manat (12 ay x 20.9 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********97746 Blackview A80 markalı telefon üçün ümumilikdə, 229 (iki yüz iyirmi doqquz) manat olmaqla ondan, 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 20 (iyirmi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 15.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73488 Blackview A60 markalı telefon 01.12.2020-ci il tarixində imtina etmiş və məhsul 202.8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 15.11.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 17.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 202.8 manat, ümumilikdə, 220.2 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 257.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 15.11.2020-ci il, 24.11.2020-ci il və 01.12.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz 11. 12.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.11.2020-ci il tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh Blackview A80 markalı telefon, Power Bank, Charger Usb satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.11.2020-ci il tarixli tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh HP Komputer, Çanta, Scan disk, Qulalıq, Mouse satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.12.2020-ci il tarixli tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh İMEİ Kodu **********97746 Blackview A80 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 05.04.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh ilə bağladığı 15.11.2020-ci il, 24.11.2020-ci il və 01.12.2020-ci il tarixli alğısatqı müqavilələri üzrə əsas borc üzrə 1397,6 manat, cərimə borcu üzrə 138,4 manat olmaqla, ümumilikdə 1536 manat borcu vardır. İşə əlavə olunmuş 06.04.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC iddia ərizəsinin verilməsi üçün MMC tərəfindən 35,36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 15.11.2020-ci il, 24.11.2020-ci il və 01.12.2020-ci il tarixli müqavilələr əsasında İddiaçı MMC-dən əşyalar (mallar) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh oğundan 15.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73488 Blackview A60 markalı telefon, PANASONİC ev telefonu, Power Bank, Charger Usbüçün 84,6 manat ödənilməmiş hissə, 8,4 manat cərimə borcu, 24.11.2020-ci il tarixli müqaviləsinə əsasən, HP Komputer, Çanta, Scan disk, Qulalıq, Mouse üçün 1104manat ödənilməmiş hissə, 110 manat cərimə borcu, 1.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********97746 Blackview A80 markalı telefon üçün 209 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu olmaqla ümumilikdə 1536 manat borc, 35,36 manat ödənilmiş dövlət rüsumunun əvəzi «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1541/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1541/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver