Məhkəmə qərarları › İş №e-2(007)-1559/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1559/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1559/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 40.40 manat əsas, 6 manat cərimə olmaqla, cəmi 46.40 manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 72.40 manat əsas, 10.80 manat cərimə olmaqla, cəmi 83.20 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 73.40 manat əsas, 11 manat cərimə olmaqla, cəmi 84.40 manat borc, ümumilikdə üç müqavilə üzrə 186.20 manat əsas, 27.80 manat cərimə olmaqla, cəmi 214 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 12 ay müddətinə, hər ay 13 manat ödəmək şərtilə alqı-satqı qiyməti 149.90 manat olan “JBL” markalı qulaqcıq almışdır. Lakin Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərni pozması nəticəsində İddiaçı MMC qarşısında 40.40 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan cərimə qismində 60 manat borc öhdəliyi yaranmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 12 ay müddətinə, hər ay 17 manat ödəmək şərtilə alqı-satqı qiyməti 199.90 manat olan “Razer” markalı qulaqcıq almışdır. Lakin Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərni pozması nəticəsində İddiaçı MMC qarşısında 72.40 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan cərimə qismində 108 manat borc öhdəliyi yaranmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 12 ay müddətinə, hər ay 17 manat ödəmək şərtilə alqı-satqı qiyməti 199.90 manat olan “Razer” markalı qulaqcıq almışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilməlidir.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 011641621, ********* və ********* nömrəli alqı-satqı müqavilələrindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavələrdə göstərilmiş məhsulları alıcı Cavabdeh müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakları qəbul etmək, habelə borclarını satıcıya ödənilməsinə dair öhdəliklər götürmüşdür.

4. xx.xx.2023-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 149.99 manat olan “JBL” markalı qulaqcığı 12 ay müddətinə hər ay 13 manat ödəmək, xx.xx.2023-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 199.99 manat olan “Razer” markalı qulaqcığı 12 ay müddətinə hər ay 17 manat ödəniş etmək, xx.xx.2023-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 199.99 manat olan “Razer” markalı qulaqcığı 12 ay müddətinə hər ay 17 manat ödəniş etmək və hər üç müqavilə üzrə gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın almış və məhsulların qüsuruna dair qeyd edilmədən təhvil almışdır.

5. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 29-dan gec olmayaraq 12 ay müddətində hər ay 13 manat olmaqla, cəmi 149.99 manat, xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 29-dan gec olmayaraq 12 ay müddətində hər ay 17 manat olmaqla, cəmi 199.99 manat və xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 29-dan gec olmayaraq 12 ay müddətində hər ay 17 manat olmaqla, cəmi 199.99 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 40.40 manat əsas borc, 60 manat cərimə olmaqla, cəmi 100.40 manat borcu vardır, son ödəniş olaraq xx.xx.2024-cü il tarixdə 18 manat ödəniş edilmişdir, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 72.40 manat əsas borc, 108 manat cərimə olmaqla, cəmi 180.4 manat borcu vardır, son ödəniş olaraq xx.xx.2024-cü il tarixdə 18 manat ödəniş edilmişdir və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 73.40 manat əsas borc, 110 manat cərimə olmaqla, cəmi 183.40 manat borcu vardır və son ödəniş olaraq 18 manat məbləğində vəsait xx.xx.2024-cü il tarixdə edilmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində bağlanmış 12 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 40.40 manat əsas borc, 60 manat cərimə olmaqla, cəmi 100.40 manat, xx.xx.2023-cü il tarixində bağlanmış 12 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 72.40 manat əsas borc, 108 manat cərimə olmaqla, cəmi 180.40 manat və xx.xx.2023-cü il tarixində bağlanmış 12 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 73.40 manat əsas borc, 110 manat cərimə olmaqla, cəmi 183.40 manat, hər üç müqavilə üzrə cəmi 464.20 manat borcun ödənilməsi tələb olunmuşdur.

8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halı:

9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 011641621, ********* və ********* nömrəli müddətli (nisyə) alqı satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

15. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü ilədək hər ay 13 manat ödəmək şərti ilə ümumi dəyəri 149.99 manat olan “JBL” markalı qulaqcıq, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 17 manat ödəmək şərti ilə ümumi dəyəri 199.99 manat olan “Razer” markalı qulaqcıq və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 17 manat ödəmək şərti ilə ümumi dəyəri 199.99 manat olan “Razer” markalı qulaqcıq almışdır.

18. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktlarından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

19. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 40.40 manat əsas borc, 60 manat cərimə olmaqla, cəmi 100.40 manat borcu vardır, son ödəniş olaraq xx.xx.2024-cü il tarixdə 18 manat ödəniş edilmişdir, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 72.40 manat əsas borc, 108 manat cərimə olmaqla, cəmi 180.4 manat borcu vardır, son ödəniş olaraq xx.xx.2024-cü il tarixdə 18 manat ödəniş edilmişdir və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 73.40 manat əsas borc, 110 manat cərimə olmaqla, cəmi 183.40 manat borcu vardır və son ödəniş olaraq 18 manat məbləğində vəsait xx.xx.2024-cü il tarixdə edilmişdir.

20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borclara görə 40.40 manat, 72.40 manat və 73.40 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

22. xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilələrin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavələrdən görünür ki, cavabdeh ödəniş cədvəlləri üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə gecikdirilən aylıq borc məbləğinə gündəlik hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

23. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

24. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2023-ci il tarixli, ********* saylı müqavilə üzrə 6 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını, xx.xx.2023-ci il tarixli, ********* saylı müqavilə üzrə 10.80 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 11 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

25. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

26. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 40.40 manat əsas borc, cərimə borcu 1 manat olmaqla, cəmi 41.40 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 72.40 manat əsas borc, cərimə borcu 1 manat olmaqla, cəmi 73.40 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 73.40 manat əsas borc və cərimə qismində 1 manat olmaqla, cəmi 74.40, ümumilikdə 189.20 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 40.40 manat əsas borc, cərimə borcu 1 manat olmaqla, cəmi 41.40 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 72.40 manat əsas borc, cərimə borcu 1 manat olmaqla, cəmi 73.40 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 73.40 manat əsas borc və cərimə qismində 1 manat olmaqla, cəmi 74.40, ümumilikdə 189.20 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar