Məhkəmə qərarları › İş №e-2(007)-1564/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1564/2025

29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1564/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- xx.xx.2021-ci il tarixli, 44332043 nömrəli müqavilə və **********410 kodlu abonent kartı. Müqavilənin predmeti- xidmət müqaviləsi. Tələb olunan məbləğ- 330 manat manat borc və 30 manat dövlət rüsumu. Sübutlar- Abonent kartı, xəbərdarlıq məktubu, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 445.1-ci, 448.2-ci maddələri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci, 61.1-ci, 62-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1-ci və 7.4-cü bəndləri. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 44332043 nömrəli müqavilə və **********410 kodlu abonent kartına əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında su təchizatı sistemindən suyun verilməsi və tullantı sularının axıdılması xidməti göstərmiş, Cavabdeh üçün su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 330 manat borc hesablanmışdır. Tərəflər arasında xx.xx.2021-ci ildən “su təchizatı və tullantı sularının axıdılması xidmətləri” barədə müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, suya yaranmış borc məbləğini ödəmiş və borcunun olmaması barədə qəbzləri və arayışı əlavə etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Nizami rayon Sukanal İdarəsinin ******* saylı, xx.xx.2025-ci il tarixli arayışı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2025-ci il tarixində sudan istifadəyə və tullantı sularının axıdılması xidmətinə görə borcunun olmaması müəyyən edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ümumilikdə 200 manat, xx.xx.2025-ci il tarixdə 70 manat, xx.xx.2025-ci il tarixdə 188 manat olmaqla cəmi 458 manat ödəniş edilmişdir. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı “Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 330 (üç yüz otuz ) manat borcun (abonent kodu: **********410) və 30 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar