Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1586/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba regional “ASAN xidmət” mərkəzi cəlb edilməklə “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba regional “ASAN xidmət” mərkəzi cəlb edilməklə “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X19 tərəfindən xx.xx.2021-ci il tarixdə Quba regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 2V-1127 nömrə ilə reyestrdə qeydə alınmış Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona, X4na və bacısı X9 anası X11 vəfat etdikdən sonra vərəsəlik qaydasında ünvan 1 ünvanında ümumi sahəsi 58.1 kv.metr olan mənzildəki miras əmlakdan hər birlərinə bərabər hissədə olmaqla pay düşmüşdür. Həmin əmlaka dair ona 1/3 hissə, X4na 1/3 hissə və bacısı X9 1/3 hissədə mülkiyyət hüququna dair qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış verilmişdir. Onlara eyni zamanda anaları X5 Quba rayonu Digah kəndində fərdi yaşayış evi də miras qalmışdır. Lakin həmin evə dair heç bir sənəd olmadığı üçün miras əmlak siyahısına daxil edilməmişdir. X4 həmin Quba rayonu Digah kəndində yerləşən fərdi yaşayış evində yaşayırdı. Heç vaxt ailə qurmamış və daima spirtli içki qəbul edirdi. O, 2021-ci ilin təxminən noyabr-dekabr aylarında ata-baba kəndləri olan qardaşı Aydının yaşadığı Quba rayonu Digah kəndində olarkən qonşuları ona bildirdi ki, bacısı İradə Seyidova 2021-ci ilin sentyabr ayında kəndə Aydın Səidovun yanına gəlmişdir. Qardaşı Aydın qonşulara demişdir ki, bacısı X3 gələrək Aydını Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə aparmış və orada vəsiyyətnamə vemiş və vəsiyyətnamə verərkən sərxoş olmuşdur. Sonradan bacısının Aydına deməsinə görə əmlakını bacısı qızı Cavabdeh vəsiyyət etmişdir. Vəsiyyətnamənin məzmununda nə yazıldığını bilməmiş və vəsiyyətnamənin verilməsindən peşman olduğunu bildirmişdir. O, bu barədə Aydının özündən soruşanda bildirmişdir ki, o, bacısı İradə Seyidovadan 150 manat borc aldığı üçün bacısının hər sözü ilə razılaşmış və notariat ofisinə gedərkən sərxoş olduğuna görə nə üçün getdiyini bilməmişdir. O, qardaşı Aydına bildirmişdir ki, əgər vəsiyyətnamə onun iradəsilə yazılmamışdırsa o istənilən vaxt onu ləğv edə bilər. Aydın isə ona bildirmişdir ki, bacısı İradə ona demişdir ki, vəsiyyətnaməni ləğv etmək mümkün deyildir. Aydın həmçinin əgər vəsiyyətnaməni ləğv edərsə bacısı ona verdiyi 150 manat pulu istəsə qaytara bilməyəcəyini demişdir. Ona görə də ondan ona kömək etməyini xahiş etmişdir. Bundan sonra bacısı X16 həm özü, həm də X4nun adından 2022-ci ilin yanvar ayında Bakı şəhər Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə hər birinə məxsus 1/3 hissədə paylarının naturada bölünməsini tələb etmişlər. İddia ərizəsinə qardaşı Aydının əvəzinə etibarnamə əsasında İradə Seyidova təmsil edərək imza etmişdir. Bu iddia ilə əlaqədar bir neçə dəfə qardaşı Aydn Səidovla danışdıqda o ümumiyyətlə bacısı İradə Seyidovaya etibarnamənin verilməsindən məlumatsız olduğunu bildirmiş və onun hansı şəraitdə verilməsini xatırlamır. Aydın ondan xahiş etmişdir ki, həm vəsiyyətnamənin, həm də etibarnamənin ləğv edilməsi üçün Quba rayonun Digah kəndinə gələrək onu Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə aparsın ki, o həm bacısı X9 verdiyi etibarnaməni, həm də yazılmış vəsiyyətnaməni ləğv etsin. O da ona gələcəyini və nə kömək lazımdırsa edəcəyini bildirmiş, lakin bu danışıqlarından təxminən bir neçə gün keçdikdən sonra X4 heç bir xəstəliyi olmadan xx.xx.2022-ci il tarixdə naməlum şəraitdə 62 yaşında vəfat etmişdir. Payların naturada bölünməsi barədə Nizami Rayon Məhkəməsində olan iş üzrə icraat hüquq varisi müəyyən olunanadək dayandırılmışdır. O, həmçinin qeyd edir ki, qardaşı Aydın əvvəllər anaları sağ olarkən onlarla birlikdə yaşayırdı. Bacıları İradə ilə Aydının arasında münasibətlər pis olmuşdur. Belə ki, İradə qardaşları Aydınla birlikdə qalmamaq üçün onunla münaqişə yaradırdı və Aydına deyirdi ki, getsin rayonda yaşasın. Aydın da heç yerdə işləmədiyi və analarının təqaüdü ilə yaşadığı üçün getmək istəmirdi. X20 həmin dövrdə Aydına bildirirdi ki, bacısı İradə Aydından polisə şikayət etməmiş yaşamaq üçün ata-baba yerləri olan Quba rayonunun Dikah kəndinə getsin. Aydın isə rayona getmədiyi üçün bacısı İradə Seyidova 2020-ci ilin mart ayında Aydın tərəfindən döyülməsi barədə polisə şikayət etmişdir. Bundan sonra Aydın yaşamaq üçün ata-baba yerləri olan Quba rayonunun Dikah kəndinə getmişdir. Hələ analarının sağlığında anası ona bildirmişdir ki, bacıları İradə ona demişdir ki, yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzili ona vəsiyyət etsin. Hətta anası vəfat etdikdən sonra ona həmin mənzildən qanun üzrə vərəsə kimi ona düşən 1/3 hissə paydan onun xeyrinə imtina etməsini də demişdir. Yəni bacıları İradə Seyidovanın niyyəti həmin vaxtdan məlum idi. Vəsiyyətnamənin yazılması şəxsin istəyi və iradəsinin həyata keçirilməsi ilə bağlıdır. Lakin vəsiyyət edənin iradəsinin nəticəsi qardaş kimi onun hüquq və mənafeyinə toxunduğu üçün, qanunverici vəsiyyət edənin ölümündən sonra, onun iradə ifadəsinin həqiqətən ona mənsub olduğunu, vəsiyyətnamənin şüurlu şəkildə tərtib edildiyini və vəsiyyətin azad, müstəqil tərzdə baş verdiyini müəyyən etməyə imkan verib, onun etibarlılığını mübahisə edilməsinə icazə verir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ünvanlayaraq iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı ərizəsində X12 vəsiyyətnamə verən zaman sərxoş olduğunu, vəsiyyətnamənin məzmununu bilmədiyini, vəsiyyətnamənin verilməsindən peşman olduğunu, onun 150 manat qarşılığında bacılarının sözü ilə razılaşaraq notariat ofisinə getiyini qeyd etmişdir. İddia ərizəsində göstərilən uydurma və böhtan faktlara öz etirazlarını bildirirlər. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında iddiaçılar X16 və X12 cavabdeh İddiaçı qarşı “mənzilin real naturada bölgüsü” tələbinə dair 2(007)- 829/2022 saylı mülki iş vardır. Həmin mülki iş iddiaçı X19 xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 829/2022 saylı Qərardadı ilə X12 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Onlar hesab edirlər ki, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında 2(007)-829/2022 saylı mülki iş üzrə məhkəmə prosesini ləngitməkdir. Hazırki, mülki iş üzrə iddiaçı ilə mərhum Aydın Seyidovun əlaqələri demək olarki olmamışdır. Eyni zamanda mərhum evli olmamış, onun övladı olamadığından və ata-anası vəfat etdiyindən İradə və Fərmandan savayı yaxın qohumu olmamışdır. İddiaçı ilə münasibətləri pis olduğundan ona vəsiyyətnamə vermə niyyəti olmamışdır.Ölümündən aylar öncə mərhumla Seyidova İradə və Cavabdeh Whatsapp sosıal şəbəkəsində olan yazışmalarından və səsli mesajlardan müəyyən etmək olar ki, onların münasibətləri səmimi olmuşdur. Whatsapp sosial şəbəkəsində olan yazışmaların görüntüsündən müəyyən olunur ki, mərhum iddiaçıya nifrət bəsləyir və analarının yas mərasimini yola verdikdən sonra vəkil vasitəsilə mübahisəli mənzilə görə məhkəməyə müraciət etməyi öz bacısı İradəyə təklif edir. İddiaçı və ailəsinin hərəkətlərinin nəticəsində analarının öldüyünü, evi onlara buraxmaq niyyətinin olmadığını və onlardan qisas almaq niyyətinin olduğu yazışmalarda aydın şəkildə görünür. Mərhumla Günayın münasibətləri çox yaxın olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli yazışmaların görüntüsündən aydın olur ki, mərhum bütün əmlakını Günaya bağışlamış və onların sahibinin Günay olduğunu qeyd etmişdir. xx.xx.2022-ci il tarxili yazışmaların görüntüsündən müəyyən etmək olar ki, mərhum öz bacısı qızı Günayla daima fəxr etmiş, Günayı öz qızı bilmiş və hər yerdə bunu bildirmişdir. Günayla olan yazışmalarında mərhum dəfələrlə qardaşı Fərmana nifrət etidyini, onu görmək istəmədiyindən onu telefonda blok elədiyini qeyd etmişdir. İradənin mərhumla olan telefon danışığının qeydə alındığı səs yazısından onu da müəyyən etmək olar ki, onun səhhəti yaxşıdır. Həmin səs yazılarında dəflərlə mərhum iddiaçını təhqir edərək görmək istəmədiyini bəyyan etmişdir. Həmin yazışmalardan və səs yazılarından müəyyən etmək olar ki, məhrum Aydın ümumiyyətcə spirtli içkilərin qəbul etməyib və etsəydi Günay və İradə ona bu barədə deyərdilər. Mərhumun İradə və Günayla münasibəti iddia ərizəsində yazılan kimi olsaydı, onların sosial şəbəklərdə yazışmaları və danışıqları mehriban və səmimi şəkildə olmazdı. Günay və İradə tərəfindən mərhuma maddi yardım göstərilməsini, onların mərhumun qayğısına qalmasını səs yazılarından müəyyən etmək olar. X2 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmamış, onun üzərinə qəyyum təyin edilməmişdir. Eyni zamanda onun fəaliyyət qabiliyyəti məhkəmə qəran ilə məhdudlaşdırılmamış və üzərində himayəçi təyin olunmamışdır. xx.xx.2021-ci il tarixli vəsiyyətnamə verilərkən notariat orqanı tərəfindən Aydın Səidovun fəaliyyət qabiliyyəti aydınlaşdırılmış, vəsiyyətnamənin tərtib edildiyi məqamda onun öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bildiyi və öz iradəsini aydın ifadə etdiyi müəyyən edilmişdir. Bununla da, vəsiyyətnamə qanunvercilik normalarına əsasən düzgün və qanuni tərtib olunmuş və notarius tərəfindən təsdiq edilmişdir. Eyni zamanda qeyd edirlər ki, xx.xx.2022-ci il tarixdə X19 vəfat etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət kifayət uzun olduğundan mərhum X19 notariusa ərizə verməklə öz vəsiyyətnaməsini ləğv edə bilərdi. Lakin, onun belə bir niyyəti olmadığından sağlığında bu məqsədlə notariusa müraciət etməmişdir və vəsiyyətnamə öz qüvvəsində idi. Quba rayonu regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X7 tərəfindən xx.xx.2021-ci il tarixdə 7E-2848 reyestr nömrəsi ilə qeydə alınmış AR-İ İ Seriyalı, 166505 nömrəli etibarnamənin bacısı X9 verilməsindən X19 xəbərsiz olması cəfəngiyyatdır. Etibarnamə verərkən X19 tam həcmdə fəaliyyət qabiliyyətli olduğundan öz hərəkətlərini dərk və idarə edə bilir və nəticəsini başa düşmək iqtidarında olmuşdur. Eyni zamanda iddiaçı digər məhkəmədə Aydın verdiyi etibarnamənin özündə olmaması və digər onun qanunsuz verməsi barədə bildirməmiş və bunu bu günə qədər mübahisələndirməmişdir. X12 şəxsiyyətinin müəyyən edildiyi və fəaliyyət qabiliyyətinin notarius tərəfindən yoxlanıldığı etibarnamədə qeyd olunmuşdur. Göründüyü kimi, mərhum X19 tərəfindən həm etibarnamə, həm də vəsiyyətnamə verilərkən əqdin qanunvericiliklə müəyyən edilmiş formasına riayət olunmuşdır. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə verilərək bildirilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında hazırkı iş üzrə maraqlı şəxs olmasına baxmayaraq şahid qismində ifadə verən X16 ifadəsində onun Quba rayonunda yaşayan X4 ona zəng edərək rayona gəlməsini bildirdiyini demişdir. O da qızı Cavabdeh ilə Quba rayonuna gedərək birlikdə X17 Quba regional “ASAN xidmət" mərkəzində notariat ofisinə aparmış və orada qardaşı onun qızı Cavabdeh əmlakını vəsiyyət etmişdir. Həmçinin şahid X16 ifadəsində bildirmişdir ki, X4 ilə münasibətləri çox yaxşı olmuş və bu səbəbdən də əmlakını qızı Cavabdeh vəsiyyət etmişdir. Hazırda iddiaçı olan qardaşı İddiaçı ilə vəfat edən X4nun münasibətləri çox pis olmuşdur. İddiaçı şahid X9 qardaşı Aydın Səidovdan polisə şikayət etməsi ilə bağlı soruşduqda şikayət etmədiyini demişdir. İddiaçı isə ifadəsində X4 ilə münasibətlərinin yaxşı olduğunu, əksinə bacısı X16 ilə qardaşı Aydın arasındakı münasibətlərinin çox pis olduğunu və bacısı İradənin qardaşı Aydından polisə şikayət etdiyini bildirmişdir. İfadələrdə ziddiyyət yarandığı üçün tərəflərindən Nizami Rayon Polis İdarəsinə X8 qardaşı Aydın Səidov barəsində polisə şikayət etməsi barədə ünvanlanmış sorğularına cavabında X8 DİN-nin 102 zəng mərkəzinə X4 barəsində "sərxoş vəziyyətdə evdə münaqişə yaratması" barədə şikayəti daxil olması bildirilmişdir. Belə olan halda Aydın Səidovun öz iradə ifadəsi ilə vəsiyyətnamə verməsi üçün bacısı İradəyə zəng edərək Quba rayonuna çağırması məntiqli deyildir. Belə olan halda X8 X4 barəsində “sərxoş vəziyyətdə evdə münaqişə yaratması" barədə Nizami RPİ-nin 25-ci PŞ-ə yazdığı şikayət ərizəsini və şahid kimi verdiyi düzgün olmayan ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən etiraza münasibətdə ərizə verilərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli iclasında cavabdehin vəkili və nümayəndəsi verilmiş iddia ərizəsinə elə həmin gün elektron məhkəmə sistemi vasitəsilə etiraz yazaraq Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsinə istinad etsə də, etirazını xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixlərində məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq maddənin tələbinə uyğun olmayaraq iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində məhkəməyə təqdim etməmişdir. Həmçinin verilmiş etirazda mərhum Aydın Səidovun ümumiyyətlə spirtli içki qəbul etmədiyini bildirmiş və əgər etsəydi bacısı İradə və onun qızı Günay ona bu barədə deyəcəklərini qeyd etmişdir. Məhkəməyə X23 bacısı İradə və qızı Günayla “Whatsapp” yazışmalarını və səs danışıqlarını təqdim edərək guya onların mərhumun qayğısına qaldığını, Aydının qardaşı Fərmana nifrət etdiyini qeyd etmişdir. Bundan başqa Nizami Rayon Məhkəməsinin icraatında olan başqa bir işlə əlaqədar iddiaçılar X16 və mərhum X12 cavabdeh İddiaçı qarşı “mənzilin real naturada bölgüsü” tələbinə dair 2(007)-829/2022 saylı mülki iş olduğunu və tərəflərdən biri vəfat etdiyi üçün iş üzrə icraat dayandırıldığını qeyd etmişdir. Qeyd olunanlarla bağlı bildirirlər ki, həm etiraz ərizəsində yazıldığı kimi, həm də əvvəlki məhkəmə iclasında şahid kimi ifadə vermiş iş üzrə maraqlı şəxs X16 mərhum Aydın Səidovun ümumiyyətlə spirtli içki qəbul etmədiyini və mərhum qardaşı ilə çox normal münasibətlərinin olduğunu bildirmişdir. Əvvəla, qardaşbacı arasında olan telefon danışığının yazılması milli-mənəvi dəyərlərə uyğun deyildir. Səsin yazılması məqsədli xarakter daşıyır. “Whatsapp” yazışmalarının telefon yaddaşında qalması mümkündür, lakin bacının qardaşla telefon danışığında səsinin yazılması işin əvvəldən planlaşdırılmasıdır. Yazışmaların tarixinə baxanda aydın görünür ki, bu “mənzilin real naturada bölgüsü” tələbinə dair digər işin baxılması ərəfəsində təsəvvür yaratmaq üçün yazılmışdır. Yəni yazışmalar ancaq həmin ərəfədə olmuşdur. Cavabdehin təqdim etdiyi səs danışıqlarına qulaq asdıqda bilinir ki, mərhum Aydının ifadəsinin rabitəliliyində qeyri adekvatlılıq var, onun bacısı ilə danışıq mövzusu qardaşı Fərmanın özü ilə yox həyat yoldaşı və uşaqları barəsindədir. Danışıqdan hiss olunur ki, İradə qardaşı Aydınla əvvəl danışaraq digər qardaşı Fərman və ailəsi barədə mənfi rəy formalaşdırmış, bundan sonra da Aydınla olan səs danışığını məqsədli olaraq yazmışdır. Danışıq zamanı Aydının sərxoş olduğu açıq- aşkar bilinir. Sanki cavabdeh və anası İradə Seyidova bilirmiş ki, Aydın vəfat edəcək və ona görə də danışıqlarını yazırmış. İddiaçı məhkəməyə mərhum qardaşı Aydınla olan “Whatsapp” yazışmalarını təqdim etmişdir. Yazışmalarda Aydın bir dəfə də olsun qardaşı Fərman və ailəsinin ünvanına pis söz deməmişdir. Əksinə onlara istəyini bildirərək barələrində müsbət danışmışdır. X23 bacısı İradə Seyidova əvvəllər ünvan 1 ünvanında yaşamışlar. Onların münasibətləri pis olmuşdur. X27 xx.xx.2020-ci il tarixdə mərhum qardaşı Aydın Səidovun “sərxoş vəziyyətdə evdə münaqişə yaratması” barəsində Nizami RPİ-nin 25-ci PŞ-ə şikayət ərizəsi yazmışdır. Bacısı İradə ilə problemlərinin olduğunu və bacısının ondan polisə şikayət edərək tutduracağını bilən Aydın anasının nəsihəti ilə Quba rayonuna köçərək orada yaşamışdır. Bacısı onun bu vəziyyətindən istifadə edərək həm əvvəl etibarnamə, sonra isə qızı X29 regional “ASAN xidmət" mərkəzində notariat ofisinə apararaq vəsiyyətnamə almışdır. Verilmiş etibarnamədə həmçinin əmlaka dair sərəncam hüququ göstərilmişdir. İradə Seyidova etibarnamə əsasında Aydının yerinə imza edərək İddiaçı qarşı müştərək qaydada “mənzilin real naturada bölgüsü” tələbi barədə iddia qaldımışdır. Yəni mərhum Aydın Səidov bacısına müəyyən işlərin görülməsi məqsədi ilə etibarnamə vermişdir. Əgər Aydın öz iradəsi ilə notariat ofisinə gələrək sərəncam hüququ olmaqla etibarnamə vermək niyyəti olsaydı, özünün mülkiyyətində olan payı birbaşa ya bağışlayardı, ya da ki, özü özgəninkiləşdirərdi. Yəni Aydın əmlakını heç kəsə vermək və yaxud vəsiyyət etmək niyyətində olmamışdır. Əgər bu olubsa deməli Aydının iradəsi ilə olmamışdır. Çünki Aydın daima içkili vəziyyətdə olması həm bacısının polisə verdiyi şikayətində, həm də şahid ifadəsində öz təsdiqini tapmışdır. Aydının etibarnaməni hansı vəziyyətdə verdiyi açıq-aşkar görünür. Həmçinin Aydın öz mülkiyyətində olan əmlakını vəsiyyət etmək üçün bacısını və ya qızını Quba rayonuna çağırmasına ehtiyac yox idi. Aydın öz istəyi ilə notariat ofisinə gedərək əmlakını istədiyi şəxsə vəsiyyət edə bilərdi. Seyidova İradə və qızı Quba rayonuna Aydının yanına məqsədli olaraq getmiş və vəsiyyətnamənin verilməsi Aydının iradəsi ilə baş verməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid kimi ifadə verən Şöykət Aydəmirov ifadəsində bidirmişdir ki, özü Quba rayonu Digah kəndində X19 ilə yaxın qonşuluqda qeydiyyatda olmaqla orada yaşayır. Aydın Səidovu tez-tez daima sərxoş halda görürmüş. Əvvəl Bakı şəhərində yaşayan Aydının Qubaya köçərək yaşamasının səbəbinin bacısı İradə ilə yola gedə bilməməsi kimi qeyd etmişdir. Hətta Aydın verdiyi etibarnamə və vəsiyyətnamənin ləğv olunmasında ona kömək etməsini demişdir. O da həm etibarnaməni, həm də vəsiyyətnaməni istədəyi vaxt notariat ofisinə gedərək ləğv etdirə biləcəyini bildirmişdir. Göründüyü kimi Aydın Səidov könüllü surətdə notariat ofisinə gedərək vəsiyyətnamə verməmiş və vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin bir neçə tələbi pozulmuşdur. Aydının ağır həyat şəraiti nəticəsində öz hərəkətlərinin mənasını dərk etməyərək və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə, təsir altında vəsiyyətnamə tərtib etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, 27 il Amerikada yaşamışdır, ancaq anası ilə telefonla danışırdı. Atası 15 ildir ki, ölmüşdür. Onun başqa evi yoxdur, ata evimdə yaşayırdı. Aydın kiməsə xeyri olmasa da heç kəsə heç nə etmirdi, onunla problemi içki içməsi idi. Onun bacısı qızı ilə bir otaqda, anası da qardaşı ilə bir otaqda yaşayırdı, Bacısı polisə zəng edən günü o, evdə olmamış, bacısı ona zəng edərək Aydının içib dava saldığını bildirmiş, o, evə gələndə bacımsı Aydının onu öldürmək istədiyini, bıcaq çəkdiyini demiş, sonra anasından nə olduğunu soruşmuş, o da Aydın piyan olduğunu, bacısının ona öləsən dediyini, qardaşının da onu itələdiyini, vəssalam başq bir şey olmadığını, bıçaq falan çəkilmədiyini bildirmişdir. Həmin vaxt evə polislər gəlib Aydını soruşmuş, bacısı da polislərə bu evdə yaşaya bilmədiyini, qardaşının gəlib dalaşdığını, onları öldürməsindən qorxduğunu demişdir. X24 münasibəti yaxşı idisə İradə onun nə üçün polisə verirdi? və polisə Aydının onu gəlib öldürmək istədiyini deyirdi? Aydın universitet bitirsə də, mühəndis olsa da heç vaxt heç yerdə işləməmişdir, heç bacısı da heç yerdə işləməmişdir, son 5 il olar işləyirdi. Sonra bacısı Aydını tutduracağanı dediyi üçün anası Aydına kəndə getməsini, bacısının onu tutduracağını demişdir. xx.xx.2021-ci ildə qardaşı İrdənin gəldiyini, İradənin ona qızı Günaya vəsiyyətnamə verməsini istədiyini demiş, bu sözləri ona deyəndə qardaşı piyan olmuş və gülürdü. O da verdiyini soruşanda İradənin gəlib yalvardı deyə verdiyini bildirmişdir. O, bacısının ona pul verib-vermədiyini soruşmuş, Aydın da oradan burdan tapıb ona pul göndərdiyini demişdir. Sora Aydın ona vəsiyyətnaməni necə ləğv etdirə biləcəyini soruşmuş, o da necə veribsə gedib notariusda ləğv etdirə biləcəyini demişdir. Sonra yenə də yanvar ayının 2-3 olardı Aydına zəng etmiş, Aydın da bacısının ona pul düşmədiyini dediyi üçün bacısı ilə danışmadığını və dalaşdığını demişdir. O, vəsiiyyətnamə şahidi Tural ilə danışanda Tural ona Aydının içkili olduğunu, notariusa yaza bilmədiyini dediyini bildirmişdir. Notaris da onda imza üçün nə istəyirsə qoymasını demişdir. Aydın Ali təhsilli adam idi, nə üçün adını yaza bilməsin, buradan da görünür ki, son dəqiqəyə kimi o vəsiyyətnamə vermək istəməmiş, bacısı onu tutdurmaqla şantaj etmişdir. Bakıya gələ bilməyəcək deyə vəsiyyətnamə vermişdir. Xəstə olmayan adam vəsiyyətnamə verəndən sonra ölmüşdür. Axırıncı iki il yarım Aydın Bakıya gələ bilmirdi. O, əlli-əlliyə razı olduğunu İradəyə demişdir. Anası rəhmətə gedəndən sonra evi onun adına yazmağı üçün gəlmiş, o da gedib Aydına deməsini bildirmiş, İradə də Aydının ona payını verəcəyini, ondan aslı adam olduğunu demişdir. Etibarnamə Aydın Bakıya gələ bilmədiyi üçün İradəyə verilmişdir. O, etibarnamə ilə tanışdır, bu etibarnamə ilə İradə hər şey edə bilərdi. O, Aydına onu bacısı ilə məhkəməyə verdiyini demiş, Aydın da İradənin bu işin yolunun yalnız məhkəmə olduğunu, ona görə məhəkəməyə verildiyini dediyini bildirmişdir. O, yasda olmamış, amma qəbirsanlığa getmiş, baş daşı yoxdur. Aydının baş daşı var idi. Aydının baş daşının məzuniyyətə çıxıb düzətdirəcək. başdaşını o qoymamışdır. Anasının və qardaşının başdaşını İradə qoymuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, tərəf özü ona vəsiyyətnaməni öz iradəsiylə vermədiyini, içkili olduğunu demişdir. Şahid ifadələri hazırki iş üçün ona görə önəmlidir ki, vəsiyyət onun iradəsiylə olmuş, yoxsa iradəsiylə olmamışdır. Qonşular bildirmişlər ki, Aydın salığında özünü qeyri-normal aparırdı, içki düşgünü olmuş və gəlib qonşulara nəyi imzaladığını bilmədiyini demişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O həmçinin qeyd etdi ki, bunlar 2 qardaş bir bacı olmaqla mənzilə payçıdılar. Həmin payçılıqla bağlı ölən qardaşı ilə bu bacı iddia qaldırmışlar. Mülki iş üzrə cavabdeh tərəf Fərmandır. Faktiki olaraq İradə xanım və Fərman həmin evdə yaşayır orada xanımın ayrıca otağı da var. Fərmangil suyu bağlayırlar, işığı söndürürlər, otağa müdaxilə edirlər. Xanım işdən gəlib görmüşdür ki, otağı dağıdıblar, buna görə də polisə neçə dəfə şikayət etmiş və polislər araşdırmalar aparmışdır. Qardaşı, uşaqları xanımı təhqiramiz küçə söyüşləri ilə təhqir edirər. İradə xanım polisə şikayət vermək istəmir ki, Fərmanının barəsində cinayət işi olsun. İradə xanımın otağından oğurluq olmuşdur. Bu xanımı soyuducusuna, işığına, internetə müdaxilə etməklə yaşamağa qoymurlar, imkan vermirlər. Hər dəfə evdən bir şey götürmək üçün evə sahə müvəkkili gəlir, sahə müvəkkili qapını açır, hətta Fərmangil kilidi də sındırmışlar deyə qapını da aça bilmir. Yəni Fərman bacısına o qədər şiddət yaradır ki, İradə xanımla Aydın ikisi birləşib bu qardaşlarına qarşı iddia qaldırmışlar. Həmin işi Aydının ölümü ilə bağlı dayandırılmışdır. Ölən qardaşı Aydın İradə xanımın qızına vəsiyyətnamə vermişdir. Onun payı da ikinci dərəcəli payçı olaraq xanımın qızına keçəcək. Aydının əqli cəhətdən xəstə olduğuna dair heç bir sübut yoxdur. Əgər əqli xəstə olsa alkoqolizmlə əlaqədar məcburi müalicə alardı və belə bir sübut da yoxdur. Eyni zamanda vəsiyyətnamənin etibarsızlığı ilə bağlı heç bir orjinal sənədlər yoxdur. Sənədlərin əsli olmadan, heç olmasa notarial təsdiq olmasa sənədin surəti ilə işə baxılması mümkünsüzdür. Hansı şahid gəlir gəlsin bu notariat xidmətdə bas vermiş və notariusu heç bir yerə gətirməmişdir. Asan xidmətdə olmuşlar və onlarda bütün yazışmalar da var. O bildirdi ki, məhkəmə iclaslarına iddiaçı tərəfindən çağırılmış şahidlərlə iddiaçı əvvəlcədən danışmışdır. Onların ifadələri sübut kimi qəbul oluna bilməz. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba regional “ASAN xidmət” mərkəzi məhkəmə iclasına gəlməmiş, notarius Süleyman Məmmədov xx.xx.2022-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq notariat ofisinin iş rejimini və əhalinin sıxlığını nəzərə alaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında X16 şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı onun qardaşı, Cavabdeh isə qızıdır. Onunla qızı uzun müddətdir ki, Qara Qarayev prospekti 38 də yaşayırılar. Rəhmətə gedən qardaşı Seyidov Aydın da onlarla o evdə yaşayırdı. Yayda istirahət üçün Qubadakı bağ evinə gedir, qışda da bunlarla həmin mənzildə yaşayırdı. Onun qızı da Aydının yanında böyüdüyü üçün Aydın onu çox istəyirdi. Qardaşı evli olmadığı, övladı olmadığı üçün onun qızına bağlı idi və ona yeganə qızı olduğunu deyərdi. X28 bağ evlərin yaşayırdı. Həftə ərzində Aydın ona zəng edərək demişdir ki, özünü yaxşı hiss etmir, ora gəlməsin istədiyini və deyəsi sözünün olduğunu demişdir. O da qızı ilə işdən icazə alıb Qubaya getmişdirş. O, onun özünü yaxşı hiss etdiyini görəndə niyə çağırdığını soruşmuş, Aydın da ona ondan sonra nəyi varsa Günayın adına keçirtmək istədiyini bildirmişdir. Onlar da Aydın elə istədiyi üçün Qubada “Asan” xidmətdə notariusa yaxınlaşmış və qardaşı özü nəyi qızının adına keçirtdiyini yazmışdır. Aydın notariusa tək gedə bilərdə və onu kimsə məcbur edə bilməzdi. O, həmçinin bildirmişdir ki, qardaşı hamı kimi içərdi və heç bir disponserdə qeydiyyatda olmamışdır. Heç bir yerindən şikayət olunmamışdır. Ona alkoqolik demək üçün gərək əlində bir əsas olmalıdır. Ən azı narkoloji dispanserdən, xəstəxanadan çıxarış olmalıdır. Bu hadisələrdən 1 il qabaq qardaşı içkini heç dilinə də vurmurdu. Namaz qılacağını deyirdi, lakin qismət olmadı. Onlar “ASAN” xidmətə müraciət etmiş və orda onların iki nəfər şahidi kənar adamlardan olmuşdur. “ASAN” xidmətdə Notarius tez-tez nə etməsini bilib-bilməməsi ilə bağlı suallar verirdi. Əgər onlar notariusa zor ilə aparmışlarsa, notarius onları tək-tək içəri çağıranda onu ora zor tətbiq edə-edə, döyə-döyə gətirildiyini deyərdi. Bunlar hamısı iftiradır. Onun rəhmətə gedən qardaşı və Fərman qardaşı arasında heç bir münasibət olmamışdır. Fərman qardaşı 25 il Amerikada yaşamış, son 2 ildir ki, Bakıya gəlmişdir. Bu 2 ildə telefonla belə qardaşının necə olduğunu soruşmamışdır. Onda qardaşının yaşamağa yeri yox idi. Onda o, anasından qardaşın kömək etməsini xahiş etmiş, ailəsi ilə yaşamağa yeri olmadığından onlarla qalmağını demiş, ondan sonra Fərman qayınanasıgilin yanından onlara Q.Qarayevdəki mənzilə köçmüşdür. Daha sonra anası, ondan sonra da Aydın qardaşı rəhmətə getmişdir. O, hazırda istəyir ki, o ev satılsın, ona çatan payı özünə götürsün və başqa bir ev alsın. Çünki indi o, bütün qohumları gəzir və həmin evdə yaşaya bilmir. Bu gün-sabah 60 yaşı olacaq və o küçələrdə qalmışdır. Onun telefonunda olan səs yazılarından da görünür ki, qardaşı ilə hər gün danışır, qardaşı onun qızına zəng vurur, o qardaşına zəng vurur, Aydın onun qızına onu çox istədiyini deyirdi. Amma Fərman onun başına bu işləri gətirəndən sonra Aydın da ona nifrət edirdi. Hətta deyirdi ki, Bakıya gəlib onlara nə edəcəyini yaxşı bilir. O, həmçinin bildirmişdir ki, COVİD-19 virusu düşəndən sonra onun qızı anasını aparıb rayona qoymuşdur. Anası orada istirahət edirdi. Sonra anası orada qalmaq istədiyini demişdir. Q.Qarayevdəki evdə 3 ailə, anaları, Aydın, o qızı ilə bir yerdə və bir də Fərmanın ailəsi bir yerdə qalırdılar. Ev 3 otaqlıdır. Anası parkinson xəstəsi idi, vaxtı-vaxtında durub yeməyini yeyə bilmirdi, ayaq yoluna gedə bilmirdi. Ona görə də bağ evi ona çox rahat idi və orda hər cür şərait var. Anası və Aydın hər ikisi bağ evində qalırdılar. Quba rahat olduğu üçün anası Bakıya qayıtmayacağı qərarına gəlmişdir. Anası da rəhmətə gedəndən də sonra Aydın qardaşı da Qubada qalmağa, qayıtmamağa qərara gəlmişdir, çünki Fərmangili görmək istəmirdi. Özü isə evdən ona görə çıxmışdır ki, Fərman və yoldaşı ona çoxlu fiziki olmayan zorakılıqlar etmişlər. Qardaşı Aydın hər bir işə görə ona etibarnamə vermişdir. Ona görə ona etibarnamə vermişdir ki, onlar 25 il bir evdə yaşamışlar. Məhkəmənin əvvəlki iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, onunla Fərman, İradə və Aydının ataları xalaoğudur, o, Digah kəndində yaşayır və Aydını tanıyırdı, kənddə qalırdı. Fərmanı tanımırdı, onu 2-3 il əvvəl Şahvələd əmisinin yasında görmüşdür. Aydını həmişə mağazadan araq alıb çıxan görürdü, içki içən idi, demək olar ki, onun ayıq vaxtı az olurdu. Amma içib heç kəslə dava etməmişdir. Bir dəfə, onlara getmiş, orada Aydın araq içirdi, o da çay içmişdir. Aydının qonşusu Arif bir dəfə də ona demişdir ki, Aydın anasının pul kisəsini, orada olan iki üzüyü götürüb getmiş, sonradan isə qayıdıb gəlmişdir. Onların evi ilə Aydının qaldığı evin arasında 70-80 metr ara vardır, onun evindən yuxarıda bunların evidir. Sonuncu dəfə Aydını yeni ildən sonra görmüş, o, daha sonra xx.xx.2022-ci il tarixdə Moskvaya getmiş, fevralda qayıtmışdır. Etibarnamənin, vəsiyyətnamənin ləğv olunması ilə bağlı məsələlər 2022-ci ilin yanvar ayları idi ki, onda hələ Moskvaya getməmişdir. Aydın bir dəfə ondan soruşmuşdur ki, etibarnaməni və vəsiyyətnaməni ləğv etmək olur, o da mümükün olduğunu demiş, notariusdan soruşsa ona deyəcəklərini demişdir. Bu söhbəti edəndə Aydının içkili olub-olmamağı yadında deyildir. O həmçinin bildirmişdir ki, bir dəfə ondan nə yaxşı tək qaldığını soruşmuş, o da anasının Bakıda olduğunu, həm də ailə problemi olduğunu demiş, o da artıq ailə söhbəti olduğu üçün başqa bir söz soruşmamışdır. Aydın içkili olanda 50 faiz özünü idarə edə bilirdi, Aydın az danışan adam idi, amma salam verəndə götürürdü, hal-əhval tuturdu, ondan uşaqları soruşurdu, özünü idarə edirdi, bir dəfə aşa-aşa gedirdi, deyəsən çox içmişdir. O, Aydının alkoqoldan müalicə alıb-almadığını bilmir və o barədə heç kəsdən heç nə eşitməmişdir. Aydın axır vaxtlar kənddə qalırdı, əvvəllər kənddə qalmırdılar, yaydan-yaya gəlidilər. Aydın bacısı ilə sözlərinin düz gəlmədiyini demişdir. Bir dəfə qohumu Zaurdan eşitmişdir ki, Fərman deyir pul verir, o da içkiyə verir içir. O, polis işçisi olmuş, həmçinin əvvəllər başqa işlə bağlı bir dəfə şahid kimi çıxış etmişdir. Aydının ölməyindən heç xəbəri də olmamışdır, CARONA-19 virusu vaxtı idi bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, HK-2-640 saylı raportun və ərizənin surətindən görünür ki, X16 qardaşı Aydının sərxoş vəziyyətdə münaqişə yaratması barədə məlumat vermiş, X10 heç yerdə işləməməsinə baxmayaraq mütəmadi olaraq evə içkili vəziyyətdə gəldiyini, evdə hamını küçə söyüşləri ilə təhqir etdiyini, hədələdiyini, evdə münaqişələr yaratdığını, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Aydın evə yenə sərxoş vəziyyətdə gəldiyindən evdə dava dalaş saldığından məcbur olub 102 zəng vurub məlumat veerdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - xx.xx.2021-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X19 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmiş, vəsiyyətnamə 2 nüsxədən ibarət tərtib edilərək nüsxənin biri notariat ofisində saxlanılmış, digəri isə vəsiyyət edənə verilmişdir. - xx.xx.2022-ci il tarixli iddia ərizəsindən görünür ki, X16 və X19 cavabdeh İddiaçı qarşı mənzilin real naturada bölgüsü tələbinə dair iddia qaldırmışdır. - xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 İradə Murad qızına 10 il müddətinə etibarnamə verərək qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq satmaq, bağışlamaq və digər əqdlər bağlamağı, adından istənilən məzmunlu razılıq ərizələri və digər ərizələri yazmağı və başqa hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Etibarnamə xx.xx.2031-ci il tarixədək qüvvədədir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı, X15 və X9 anaları X11 vəfat etdikdən sonra vərəsəlik qaydasında ünvan 1 ünvanında ümumi sahəsi 58.1 kv.metr olan mənzildəki miras əmlakdan hər birlərinə bərabər hissədə olmaqla 1/3 hissədə pay düşmüşdür. Daha sonra xx.xx.2021-ci il tarixdə Quba regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 2V-1127 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə X19 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmiş, vəsiyyətnamə 2 nüsxədən ibarət tərtib edilərək nüsxənin biri notariat ofisində saxlanılmış, digəri isə vəsiyyət edənə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 346.1-ci maddəsinəəsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1188-ci maddəsinə əsasən, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin 3-cü bəndinə əsasən əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 57 və 58-ci bəndinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir. Həmin Təlimantın 72-ci bəndinə əsasən, vəsiyyət edən notariusa ərizə verməklə vəsiyyətnaməni dəyişdirə və ya ləğv edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli Qərarına əsasən, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə Quba regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 2V-1127 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə X19 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə notariat formasında yazılı formada iki şahid ilə birlikdə tərtib edilmişdir. Məhkəmə bununla bağlı ilk öncə bildirir ki, vəsiyyətnamə notariusda hazırlanarkən qanunvericiliyin tələbinə əməl edilmiş və X19 tərəfindən vəsiyyətnaməyə imza çəkilmişdir. Məhkəmə vəsiyyətnamənin X12 içkili vəziyyətdə olduğu, öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi dəlilinə münasibətdə qeyd edir ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, X19 daha öncə içki çox içdiyindən, sərxoş vəziyyətdə olarkən öz hərəkətlərini idarə edə bilməməsi səbəbindən müalicə olunmamış, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmiş, həmçinin o, iş üzrə şahid qismində ifadə vermiş mərhumun bacısı X9 vəsiyyətnamədən daha öncə xx.xx.2021-ci il tarixdə müəyyən hərəkətlərin edilməsi barədə 10 il müddətinə etibarnamə vermiş, onunla bərabər məhkəmədə İddiaçı qarşı iddia qaldırmış, verilən etibarnamə nə iddiaçı tərəfindən, nə də X19 tərəfindən mübahisələndirilməmiş və iddiaçının məhkəmə iclasında bildirdiyi iş üzrə iddianı qaldırarkən və hazırda məhkəmədə mübahisələndirilən vəsiyyətnamə verilərkən X19 anlaqlı vəziyyətdə olmuş və etdiyi hərəkətlərin mənasını anlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində də bildirmişdir ki, Aydın bir dəfə ondan etibarnaməni və vəsiyyətnaməni ləğv etmənin mümkün olub-olmadığını soruşmuşdur. Həmçinin, X12 içkili olaraq özünü idarə edə bildiyini demişdir. Bu da bir daha X12 öz hərəkətlərini idarə edə bildiyini, etdiyi hərəkəti dərk etdiyini, etdiyi hərəkətin nəticəsini başa düşmək qabiliyyətində olduğunu, vəsiyyətnamə verərkən ayıq vəziyyətdə olduğunu bir daha təsdiq edir. Eyni zamanda məhkəmə X12 vəsiyyətnamə verərkən sərxoş vəziyyətdə olması və öz hərəkətlərini idarə edə bilməməsi onun davranışlarından aydın olduğu üçün vəsiyyətnamə tərtib edilərkən notariat orqanın və şahidlərin bu vəziyyəti anlamamasını və buna rəğmən vəsiyyətnamə tərtib etməsini ağlabatan hesab etmir. Məhkəmə həmçinin, X12 vəsiyyətnaməni hədə-qorxu və təsir altında verməsi dəlili ilə bağlı bildirir ki, bununla bağlı məhkəməyə hər hansı sənəd və sübut təqdim edilməmiş, bu fakt iddiaçı tərəfindən sübut edilə bilməmişdir. 2020-ci ilin mart ayında X19 ilə bacısı arasında baş verən münaqişədən sonrakı tarixlərdə mərhum X19 bacısına xx.xx.2021-ci il tarixdə baş etibarnamə vermiş, onun qızına isə 2021-ci ilin sentyabr ayında bütün əmlakını vəsiyyət etmişdir. 2021-ci ilin sentyabr ayında verilmiş məlumatlı olduğu vəsiyyətnaməni 2022-ci ilin mart ayında vəfat etmiş X12 ləğv etdirməsi üçün kifayət qədər vaxtı olmuş lakin o, bunu etməmişdir. Bütün bunlar ona dəlalət edir ki, X12 mübahisələndirilən etibarnaməni öz hərəkətlərini dərk edən vəziyyətdə şəxsi iradəsi ilə vermişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçünücü şəxs Quba regional “ASAN xidmət” mərkəzi cəlb edilməklə “X19 tərəfindən xx.xx.2021-ci il tarixdə Quba regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 2V-1127 nömrə ilə reyestrdə qeydə alınmış Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçünücü şəxs Quba regional “ASAN xidmət” mərkəzi cəlb edilməklə “X19 tərəfindən xx.xx.2021-ci il tarixdə Quba regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 2V-1127 nömrə ilə reyestrdə qeydə alınmış Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1586/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1586/2022
07.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver