Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1596/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51391 Meizu 15 LİTE markalı telefon üçün 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; 12.11.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********41999 X1 8 Pro markalı telefon və aksesuarlar üçün 205.1 (iki yüz beş manat, on qəpik) ödənilməmiş hissə, 20.9 (iyirmi manat, doxsan qəpik) manat cərimə olmaqla, ümumilikdə 270 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehin İddiaçı MMC ilə 07.03.2019-cu il və 12.11.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51391 Meizu 15 LİTE markalı telefon və İMEİ kodu **********41999 X1 8 Pro markalı telefon və aksesuarlar almış və nəticədə 270 (iki yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 810 (səkkiz yiiz on) manat (18 ay x 45 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********51391 Meizu 15 LİTE markalı telefon üçün ümumilikdə, 44 (qırx dörd) manat olmaqla ondan. 40 (qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə; 12.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 778.8 (yeddi yiiz yetmiş səkkiz manat, səksən qəpik) manat (12 ay x 64.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********41999 X1 8 Pro markalı telefon və aksesuarlar üçün ümumilikdə, 226 (iki yüz iyirmi altı) manat olmaqla ondan. 205.1 (iki yüz beş manat, on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.9 (iyirmi manat, doxsan qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1343.7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 07.03.2019-cu il və 12.11.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz 08.07.2021 -ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə. qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara əsasən hesab edir ki iddia tələbi təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2019-cu il tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh İMEİ kodu **********51391 Meizu 15 LİTE markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.11.2020-ci il tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh İMEİ kodu **********41999 X1 8 Pro markalı telefon və aksesuarlar satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 09 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07.03.2019-cu il tarixli və 12.11.2020-ci il tarixli müqavilə üzrə 245.1 manat ödənilməmiş hissə, 24.9 manat cərimə, ümumilikdə 270 manat borcu qalmışdır. İşə əlavə olunmuş 11.04.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 07.03.2019-cu il tarixli və 12.11.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği Cavabdeh 07.03.2019-cu il tarixli müqaviləyə əsasən 40 manat ödənilməmiş hissə, 4 manat cərimə; 12.11.2020-ci il tarixli müqaviləyə əsasən 205,1 ödənilməmiş hissə, 20,9 manat cərimə olmaqla, ümumilikdə ümumilikdə 270 (iki yüz yetmiş manat) borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 07.03.2019-cu il tarixli müqaviləyə əsasən 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, 12.11.2020-ci il tarixli müqaviləyə əsasən 205,1 ödənilməmiş hissə, 20,9 manat cərimə olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1596/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1596/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver