Məhkəmə qərarları › İş №e-2(007)-1597/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1597/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1597/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı sadələşdirilmiş icraat üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28277 olan Huawei Y5 markalı telefon üçün 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61556 olan Xiaomi 8 Lite markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84453 olan Samsung Galaxy A50 markalı telefon üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, ümumilikdə 562 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.04.2022-ci il tarixli, 2(007)-1528/2022 saylı qərardadından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı sadələşdirilmiş icraat üzrə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında 2(007)-1528/2022 saylı mülki iş vardır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı sadələşdirilmiş icraat üzrə iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı sadələşdirilmiş icraat üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar