Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-160/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X9 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdeh X3 1002 (bir min iki) manat və ödənilmiş dövlət rüsumuna görə 30,02 (otuz manat iki qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən MP-P04596 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X7 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 2a,73 saylı mənzilə xx.xx.2021-ci il tarixində cavabdeh X9 məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəyib. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 2a, 73 saylı mənzilə dəymiş zərərə görə1002 (bir min iki) manat sığorta ödənişi həyata keçirilib. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Nizami rayon İH MKTB, 28 saylı MKİS-in Cəmiyyətə təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubla müəyyən olunub ki, X7 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 2a, 73 saylı mənzilə üst mərtəbədə yerləşən cavabdeh X9 məxsus 76 saylı mənzilin mətbəx otağından su axması nəticəsində maddi ziyan dəyib. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən cavabdeh X9 qarşı subroqasiya hüququ ilə əlaqədar 0672/23 saylı, xx.xx.2023-cü il tarixli məktubla tələb irəli sürülüb, lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranıb. İddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclası zamanı məlum olub ki, MP- P12784 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X7 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 2a, 73 saylı mənzilə xx.xx.2022-ci il tarixində yenindən cavabdeh X9 məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər vurulmuş, zərər üzrə tərəfimizdən 288 (bir min iki) manat sığorta ödənişi ödənilib. Qeyd edilənlərə əsasən Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsinə görə ödənilmiş 288 (bir min iki) manat sığorta ödənişini xx.xx.2023-cü il tarixli iddia ərizəsində tələb olunmuş 1002 (bir min iki) manat sığorta ödənişi və ödənilmiş 30,02 (otuz manat iki qəpik) manat pul vəsaitinə toplanaraq ümumi olaraq Cavabdeh X3 1320,02 (bir min üç yüz iyirmi manat, iki qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin ərizəsinə əsasən cavabdeh X10, əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ümumilikdə 1290 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Sığorta şəhadətnaməsinin surətindən görünür ki, “ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək sığortalanmışdır. Sığorta məbləği 38948,31 manat, sığorta haqqı 253,16 manat nəzərdə tutulmuşdur; - "xxxx" ASC-nin Pİ0073/21 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də MP-P 04596 nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək sığortalanmış, ünvan 1 ünvanına üst mərtəbədən su axması nəticəsində mənzilin yataq otağına və dəhliz hissəsinə zərər dəymişdir. Dəymiş zərər 1002 manat məbləğində müəyyən edilmişdir və 1002 manat sığorta ödənişi edilmişdir; - "xxxx" ASC-nin Pİ0043/22 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də MP-P 12784 nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək sığortalanmış, ünvan 1 ünvanına üst mərtəbədən subasma nəticəsində mənzilə zərər dəymişdir. Dəymiş zərər 288 manat məbləğində müəyyən edilmişdir və 288 manat sığorta ödənişi edilmişdir; - 28 MKİS tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 57 saylı məktubundan görünür ki, Nizami rayonu, Q.Qarayev küçəsi, ev 2A, mənzil 73-də yaşayan X5 mənzilinə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, həqiqətən üst qonşu 76-cı mənzilin sahibi X8 mərtəbəsindən alt qonşu 73-cü mənzilə dəfələrlə təmiz və çirkab su axıdılmışdır. Dəfərlərlə xəbərdar edilməsinə baxmayaraq axrıncı dəfə 02 avqust 2021-ci ildə yenidən su axıdılıb. Nəticədə, 73-cü mənzilin otaqlarına, dətlizinə, mətbəzinə ziyan dəyib; - 28 MKİS-in əməkdaşları tərəfindən tərdib edilmiş xx.xx.2022-ci il tarixli aktın surəindən görünür ki, Sığirta şikətindən daxil olmuş şikayət ərizəsi əsasında Q.Qarayev prospekti, ev 2A, mənzil 73-də olublar. Baxış zamnı məlum olub ki, həqiqətən üst qonşu Q.Qarayev prospekti, ev 2A, mənzil 76-da yaşayn sakin X6 mənzilindən xx.xx.2022-ci il tarixdə su axıntısı baş verib. 25 iyun tarixində baş vermiş hadisə zamanı mənzil 73-də yaşayan X5 mənzilinə xeyli ziyan dəyib; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh Babaulla qızının adına qeydiyyata alınmışdır; - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 1002 manat sığorta ödənişi X5 hesabına köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 288 manat sığorta ödənişi X5 hesabına köçürülmüşdür; - "xxxx" ASC-nin X9 ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubların surətindən görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, 7 iş günü ərzində ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/1866-9/1839 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 73 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 21 saylı evin 73 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 2-ci mərtəbəsində yerləşən 76 saylı mənzildən su axıdıldığı və nəticədə 73 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunub. Qeyd olunur ki, 76 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 73 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma halların baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 73 saylı mənzilə su sızması 76 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 21 saylı evin 73 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 957 manat məbləğində müəyyən olunub. Ekspert baxışına əşyalar təqdim edilmədiyindən tədqiqat aparmaq mümkün olmadı; - Məhkəməyə iddiaçı tərəfindən bir ədəd disk təqdim edilmişdir; - Mədaxil qəbzlərinin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 30,02 manat dövlət rüsumu və xx.xx.2024-cü il tarixdə 03 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X7 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 21 saylı evin 73 saylı mənzilinə həmin evin Cavabdeh qızına məxsus olan 76 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. "xxxx" ASC tərəfindən MP-P 04596 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X7 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 2a,73 saylı mənzilə cavabdehə məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəyib. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 2a, 73 saylı mənzilə dəymiş zərərə görə ümumilikdə 1290 manat sığorta ödənişi həyata keçirilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC tərəfindən sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X7 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 2a, 73 saylı mənzilə Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində 1290 manat zərər dəyib. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin ünvandakı 73 saylı mənzilə dəymiş zərərə görə ümumilikdə 1290 manat sığorta ödənişi həyata keçirilib. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Araşdırma zamanı cavabdeh iddiaçının subroqasiya tələbini qəbul etmiş, lakin avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə, bu xüsusatı nəzərə alaraq zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2024-cü il tarixli 10/1866-9/1839 saylı rəyinə əsasən, 73 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, 73 saylı mənzilə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 2ci mərtəbəsində yerləşən 76 saylı mənzildən su axıdıldığı və nəticədə 73 saylı mənzilin tikililərinə ziyan vurulduğu və 73 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 957 manat məbləğində müəyyən olunub. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 957 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 957 manat sığorta ödənişi məbləği Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 33,02 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 10/1866-9/1839 saylı saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33,03 manat dövlət rüsumunun 8,53 manatı iddiaçıya, 24,50 manatı cavabdehə aid edilməli və iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 manatın 25,8 manatı iddiaçıdan, 74,2 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 957 manat sığorta ödənişi məbləği və ödənilmiş 24,50 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 8,53 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 25,8 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 74,2 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 957 manat sığorta ödənişi məbləği və ödənilmiş 24,50 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 8,53 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 25,8 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 74,2 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-160/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-160/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver