Məhkəmə qərarları › İş №e-2(007)-1635/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1635/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1635/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə

2. xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə Müqavilənin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 1324,1 manat əsas borc, 198,6 manat cərimə.

2. xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 358,2 manat əsas borc, 53,7 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 1934,6 manat borc və 39,35 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Cavabdeh məhkəməyə etiraz verərək bildirmişdir ki, o, müqavilələr üzrə cavabdeh təşkilatdan “Samsung” markalı paltaryuyan maşın, “LG” markalı televizor və “Samsung” markalı telefon almış, aylıq ödənişləri vaxtlı-vaxında ödəmişdir. Lakin, sonradan işdən çıxmağı ilə əlaqədar müqavilələr üzrə ödənişlər edə bilməmişdir. Buna baxmayaraq iddiaçı təşkilat ona böyük məbləğdə cərimə hesablamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddiaçının iddia ərizəsində ona hesabladığı cərimələrin silinməsi və əsas borcun tərəfindən aylıq olaraq minimum məbləğdə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Eyni zamanda məhəkmə cavabdehin etirazının “əsas borcun tərəfindən aylıq olaraq minimum məbləğdə ödənilməsi” hissəsinə münasibətdə bildirir ki, qeyd olunan hal ilə bağlı icra mərhələsində icra şöbəsinə və ya borcun hissə-hissə ödənilməsi barədə ayrıca ərizə ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 1324,1 manat əsas borc, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 358,2 manat əsas borc, 20 manat cərimə borcu olmaqla ümumilikdə 1752,3 manat borc və ödənilmiş 39,35 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar