Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1638/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin tələb edilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- "xxxx" ASC. Cavabdeh- Cavabdeh. Tələb olunan məbləğ- 120 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu. Sübutlar: İcbari Sığorta müqaviləsi, Sığorta aktı, “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayış, ödəniş tapşırığı, dəymiş zərərin hesabatı, inzibati tənbeh vermə haqqında qərar, pretenziya, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci, 936.5-ci, 1108.1-ci, 1114.1-ci maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, PAZ********** saylı sığorta müqaviləsinə əsasən “Kia Rio” minik markalı, 99VP726 dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinədək, yəni xx.xx.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh tərəfindən “Kia Rio” minik markalı, 99VP726 dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Opel Astra” minik markalı, 99VJ345 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. "xxxx" ASC-nin dəymiş zərərin hesabatından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” minik markalı, 99VJ345 dövlət qeydiyyat nişanlı avtomobilə 120 manat məbləğində zərər dəymiş, ödəniş aktı və hesabdan çıxarış ilə həmin avtomobilə dəymiş zərərə görə 120 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC tərəfindən ödənilməsi müəyyən edilmişdir. Beləliklə, Cavabdeh “Opel Astra” minik markalı, 99VJ345 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmiş, və "xxxx" ASC tərəfindən zərərlə bağlı maddi ziyanın məbləği 120 manat müəyyən olunaraq müvafiq olaraq sığorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 120 (bir yüz iyirmi) manat məbləğində sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1638/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1638/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver