Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1646/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən, LG LED Tv üçün 1228,46 (min iki yüz iyirmi səkkiz, qırx altı qəpik) manat ödənilməmiş hissə, 122,54 (yüz iyirmi iki, əlli dörd qəpik) manat cərimə pulu, 08.05.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 769 (yeddi yüz altmış doqquz) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə, 23.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu üçün 591 (beş yüz doxsan bir) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə pulu, ümumilikdə 2846 manat borc və 48,46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 07.03.2020-ci il, 08.05.2020-ci il, 23.03.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən LG LED Tv, Samsung Paltaryuyan, Samsung Soyuducu almışdır. Cavabdehin 07.03.2020-ci il, 08.05.2020-ci il, 23.03.2020-ci il tarixli müqavilələri 29.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 2846 (iki min səkkiz yüz qırx altı) manat borc yaranmışdır. 07.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1277,64 (min iki yüz yetmiş yeddi, altmış dörd qəpik) manat (25 ay x 49,14 manat + 49,14 manat ilkin ödəniş) olan LG LED Tv üçün 1351 (min üç yüz əlli bir) manat olmaqla ondan 1228,46 (min iki yüz iyirmi səkkiz, qırx altı qəpik) manat ödənilməmiş hissə, 122,54 (yüz iyirmi iki, əlli dörd qəpik) manat cərimə pulu, 08.05.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 978 (doqquz yüz yetmiş səkkiz) manat (23 ay x 40,75 manat + 40,75 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün 845 (səkkiz yüz qırx beş) manat olmaqla ondan 769 (yeddi yüz altmış doqquz) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə pulu, 23.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 804,32 (səkkiz yüz dörd, otuz iki qəpik) manat (15 ay x 50,27 manat + 50,27 manat ilkin ödəniş) olan Samsung Soyuducuüçün 650 (altı yüz əlli) manat olmaqla ondan 591 (beş yüz doxsan bir) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 471,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 07.03.2020-ci il, 08.05.2020-ci il, 23.03.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz 23.03.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli 20153790 saylı müqavilə üzrə 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli 20153790 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 49,14 manat ilkin ödənişlə 25 ay müddətinə aylıq 49,14 manat olmaqla, 1277,64 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.03.2020-ci il tarixli 20198667 saylı müqavilə üzrə 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış 23.03.2020-ci il tarixli 20198667 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 50,27 manat ilkin ödənişlə 15 ay müddətinə aylıq 50,27 manat olmaqla, 804,32 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.05.2020-ci il tarixli 20267917 saylı müqavilə üzrə 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış 08.05.2020-ci il tarixli 20267917 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 40,75 manat ilkin ödənişlə 23 ay müddətinə aylıq 40,75 manat olmaqla, 978 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. - 18.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqavilə üzrə 1228,46 manat əsas borc, 122,54 manat cərimə borcu olmaqla, ümumilikdə 1351 manat manat, 08.05.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqavilə üzrə 769 manat əsas borc, 76 manat cərimə borcu olmaqla, ümumilikdə 845 manat, 23.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqavilə üzrə 591 manat əsas borc, 59 manat cərimə borcu olmaqla, ümumilikdə 650 manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 2846 manat borcu vardır. İşə əlavə olunmuş 19.04.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 48,46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 07 mart 2020-ci il, 23 mart 2020-ci il və 08 may 2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, həmçinin həmin müqavilələr üzrə yaranmış öhdəliklər 23.03.2020-ci il tarixli əlavə sazişlərlə restrukturizasiya olunsa da, cavabdeh sazişlərlə yaranmış öhdəlikləri də vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 07.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli üzrə 1228,46 manat əsas borc, 122,54 manat cərimə borcu, 23.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqavilə üzrə 591 manat əsas borc, 59 manat cərimə borcu və 08.05.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 29.03.2021-ci il tarixli müqavilə üzrə 769 manat əsas borc, 76 manat cərimə borcu olmaqla, ümumilikdə 2846 manat borc və ödənilmiş 48,46 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1646/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1646/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver