Məhkəmə qərarları › İş №e-2(007)-1657/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1657/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1657/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı Soyuducu üçün 827,5 manat ödənilməmiş hissə, 82,5 manat cərimə, ümumilikdə 910 manat, 30.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39027 olan “Samsung Galaxy A21S” markalı telefon üçün 183 manat ödənilməmiş hissə, 18 manat cərimə, ümumilikdə 201 manat, 11.12.2020-ci il tarixli müqaviləsinə əsasən, “Philips” markalı fen üçün 125 manat ödənilməmiş hissə, 12 manat cərimə, ümumilikdə 137 manat, 11.12.2020-ci il tarixli müqaviləsinə əsasən, “Panasonic” markalı Termopod üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə, ümumilikdə 77 manat, 30.08.2020-ci il tarixli müqaviləsinə əsasən, “CANALİ Marella” markalı Qazan dəsti üçün 61 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 67 manat və 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən “Tekstil-Sv” markalı battaniye seti üçün 24 manat ödənilməmiş hissə, 2 manat cərimə, ümumilikdə 26 manat borc və 34,58 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı Soyuducu almış və nəticədə 910 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1089 manat (12 ay x 9 manat + 90 manat ilkin ödəniş) “HOFFMANN” markalı Soyuducu üçün ümumilikdə 910 manat olmaqla ondan 827,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82,5 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 261,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan başqa İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 30.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39020 olan “Samsung Galaxy A21S” markalı telefon almış və nəticədə 201 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 588,6 manat (18 ay x 0 manat + 32,7 manat ilkin ödəniş) İMEİ kodu **********39020 olan “Samsung Galaxy A21S” markalı telefon üçün ümumilikdə 201 manat olmaqla ondan 183 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 405,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 11.12.2020-ci il tarixli müqaviləsinə əsasən, “Philips” markalı fen almış və nəticədə 137 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 168 manat (12 ay x 0 manat + 14 manat ilkin ödəniş) “Philips” markalı fen üçün ümumilikdə 137 manat olmaqla ondan 125,12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 43 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 11.12.2020-ci il tarixli müqaviləsinə əsasən, “Panasonic” markalı Termopod almış və nəticədə 77 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 315 manat (18 ay x 0 manat + 17,5 manat ilkin ödəniş) “Panasonic” markalı Termopod üçün ümumilikdə 77 manat olmaqla ondan 70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 245 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 30.08.2020-ci il tarixli müqaviləsinə əsasən, “CANALİ Marella” markalı Qazan dəsti almış və nəticədə 67 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 248,4 manat (12 ay x 0 manat + 20,70 manat ilkin ödəniş) “CANALİ Marella” markalı Qazan dəsti üçün ümumilikdə 67 manat olmaqla ondan 61 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 187,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan başqa iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən “Tekstil-Sv” markalı battaniye seti almış və nəticədə 26 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 110 manat (3 ay x 35 manat + 25 manat ilkin ödəniş) “Tekstil- Sv” markalı battaniye seti üçün ümumilikdə 26 manat olmaqla ondan 24 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.10.2020-ci il tarixli, 21276942 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1089 manat “HOFFMANN” markalı Soyuducu satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.07.2020-ci il tarixli, 21046842 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 588,6 manat İMEİ kodu **********39020 olan “Samsung Galaxy A21S” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2020-ci il tarixli, 22127611 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 168 manat “Philips” markalı fen satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2020-ci il tarixli, 22127693 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 315 manat “Panasonic” markalı Termopod satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan başqa işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.08.2020-ci il tarixli, 21126569 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 248,4 manat “CANALİ Marella” markalı Qazan dəsti satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan başqa işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.10.2020-ci il tarixli, 21277059 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 110 manat “Tekstil-Sv” markalı battaniye seti satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 19.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.10.2020-ci il tarixli müqavilə üzrə 827,5 manat ödənilməmiş hissə, 82,5 manat cərimə pulu borcu, ümumilikdə 910 manat, 30.07.2020-ci il tarixli müqavilə üzrə 183 manat ödənilməmiş hissə, 18 manat cərimə pulu borcu, ümumilikdə 201 manat, 11.12.2020-ci il tarixli müqavilə üzrə 125 manat ödənilməmiş hissə, 12 manat cərimə pulu borcu, ümumilikdə 137 manat, 11.12.2020-ci il tarixli müqavilə üzrə 70 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu borcu, ümumilikdə 77 manat, 30.08.2020-ci il tarixli müqavilə üzrə 61 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu borcu, ümumilikdə 67 manat və 26.10.2020-ci il tarixli müqavilə üzrə 24 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu borcu, ümumilikdə 26 manat borc qalmışdır. İşə əlavə olunmuş 20.04.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 34,58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 26.10.2020-ci il, 30.07.2020-ci il, 11.12.2020-ci il, 30.08.2020-ci və 26.10.2020-ci tarixli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə 26.10.2020-ci il tarixli müqavilə üzrə 910 manat əsas borc, 63,70 manat cərimə borcu, 30.07.2020-ci il tarixli müqavilə üzrə 201 manat əsas borc, 14,07 manat cərimə borcu, 11.12.2020-ci il tarixli müqavilə üzrə 137 manat əsas borc, 9,59 manat cərimə borcu, 11.12.2020-ci il tarixli müqavilə üzrə 77 manat əsas borc, 5,39 manat cərimə borcu, 30.08.2020-ci il tarixli müqavilə üzrə 67 manat əsas borc, 4,69 manat cərimə borcu, 26.10.2020-ci il tarixli müqavilə üzrə 26 manat əsas borc, 1,82 manat cərimə borcu olmaqla, ümumilikdə 1517,26 manat borc və ödənilmiş 34,58 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 26.10.2020-ci il tarixli müqavilə üzrə 910 manat əsas borc, 63,70 manat cərimə borcu, 30.07.2020-ci il tarixli müqavilə üzrə 201 manat əsas borc, 14,07 manat cərimə borcu, 11.12.2020-ci il tarixli müqavilə üzrə 137 manat əsas borc, 9,59 manat cərimə borcu, 11.12.2020-ci il tarixli müqavilə üzrə 77 manat əsas borc, 5,39 manat cərimə borcu, 30.08.2020-ci il tarixli müqavilə üzrə 67 manat əsas borc, 4,69 manat cərimə borcu, 26.10.2020-ci il tarixli müqavilə üzrə 26 manat əsas borc, 1,82 manat cərimə borcu olmaqla, ümumilikdə 1517,26 manat borc və ödənilmiş 34,58 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar