Məhkəmə qərarları › İş №e-2(007)-1681/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1681/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1681/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 14.09.2020-ci il, 29.01.2021-ci il və 10.07.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN SOYUDUCU, MODENA markalı mebel, İMEİ kodu **********89289 SAMSUNG GALAXY A51 markalı telefon almış və nəticədə 2178 (iki min bir yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1486.8 (min dörd yüz səksən altı, səksən qəp) manat (18 ay x 82.6 manat + 0 manat ilkin ödəniş) HOFFMANN SOYUDUCU üçün ümumilikdə, 1086 (min səksən altı) manat olmaqla ondan, 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 98 (doxsan səkkiz) manat cərimə; 29.01.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (24 ay x 25 manat + 0 manat ilkin ödəniş) MODENA markalı mebel üçün ümumilikdə, 632 (altı yüz otuz iki) manat olmaqla ondan, 575 (beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 (əlli yeddi) manat cərimə; 10.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1091.8 (min doxsan bir, səksən qəp) manat (12 ay x 83.9 manat + 85 manat ilkin ödəniş) İMEİ kodu **********89289 SAMSUNG GALAXY A51 markalı telefon üçün ümumilikdə, 460 (dörd yüz altmış) manat olmaqla ondan, 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 (qırx bir) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 1196.6 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 14.09.2020-ci il, 29.01.2021-ci il və 10.07.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 24.03.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. 14.09.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN SOYUDUCU üçün 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə; 29.01.2021-ci il tarixli müqaviləsinə əsasən, MODENA markalı mebel üçün 575 (beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə; 10.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89289 SAMSUNG GALAXY A51 markalı dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: telefon üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, 41 (qırx bir) miqdarında borc yaranmışdır. Qeyd olunanlara əsasən, ümumilikdə 2178 manat borc 41.78 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.09.2020-ci il tarixli, 21168495 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “HOFFMANN” markalı soyuducu verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.01.2021-ci il tarixli, 22242318 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə MODENA markalı mebel verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2020-ci il tarixli, 21015274 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********89289 SAMSUNG GALAXY A51 markalı telefon verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.09.2020-ci il tarixli, 21168495 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1№li Əlavədən görünür ki, hər ayın 26 və 27-dən gec olmayaraq 18 ay müddətinə 82.6 manat ödəniş etməlidir İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.01.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1№li Əlavədən görünür ki, hər ayın 13-dən gec olmayaraq 24 ay müddətinə 25 manat ödəniş etməlidir. İşə əlavə olunmuş kredit müqaviləsinin 21.04.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 14.09.2020-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 82.6 manat ödəməyi öhdəsinə götürsə də, 988 manat qalıq borc, 98 manat cərimə pulu; 29.01.2022-ci il tarixli müqaviləyə əsasən,24 ay müddətinə hər ay 25 manat ödəməyi öhdəsinə götürsə də, 575 manat qalıq borc, 57 manat cərimə pulu ; 10.07.2020-ci il tarixli müqaviləyə əsasən, 12 ay müddətinə hər ay 85 manat ödəməyi öhdəsinə götürsə də, 419 manat manat qalıq borc, 41 manat cərimə pulu olmaqla, ümumilkdə 2178 manat borcu vardır. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış 29.01.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 29.01.2021-ci il tarixli, 22242318 nömrəli müqaviləyə əsasən “HOFFMANN” markalı soyuducunu tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış 14.09.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 14.09.2020-ci il tarixli, 21168495 nömrəli müqaviləyə əsasən MODENA markalı mebeli tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış 10.07.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 10.07.2020-ci il tarixli, 21015274 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********89289 SAMSUNG GALAXY A51 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış 24.03.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.09.2020-ci il, 29.01.2021-ci il və 10.07.2020-ci il tarixli müqavilələrə əsasən, istifadəsinə “HOFFMANN” markalı soyuducu, “MODENA” markalı mebel, İMEİ kodu **********89289 “SAMSUNG GALAXY A51” markalı telefonu almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. İddiaçı MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 22.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 41,78 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.09.2020-ci il, 29.01.2021-ci il və 10.07.2020-ci il tarixli müqavilələrə əsasən, istifadəsinə “HOFFMANN” markalı soyuducu, “MODENA” markalı mebel, İMEİ kodu **********89289 “SAMSUNG GALAXY A51” markalı telefon verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 14.09.2020-ci il tarixli, 21168495 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1№li Əlavəyə əsasən, hər ayın 26 və 27-dən gec olmayaraq 18 ay müddətinə 82.6 manat, 29.01.2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1№li Əlavəyə əsasən, hər ayın 13-dən gec olmayaraq 24 ay müddətinə 25 manat, 10.07.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1№li Əlavəyə əsasən, hər ayın 16-dan gec olmayaraq 12 ay müddətinə 83.9 manat 85 manat ödəməyi öhdəsinə götürsə də öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə bağladığı 14.09.2020-ci il, 29.01.2021-ci il və 10.07.2020-ci il tarixli kredit müqavilələri üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 14.09.2020-ci il tarixli, 21168495 nömrəli müqavilə üzrə 98 manat, 29.01.2021ci il tarixli, 22242318 nömrəli müqavilə üzrə 57 manat, 10.07.2020-ci il tarixli, 21015274 nömrəli müqavilə üzrə 41 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 14.09.2020-ci il tarixli, 21168495 nömrəli müqavilə üzrə 98 manat məbləğində dəbbə pulu azaldılaraq 69 manat, 29.01.2021-ci il tarixli, 22242318 nömrəli müqavilə üzrə 57 manat məbləğində dəbbə pulu azaldılaraq 40 manat, və 10.07.2020-ci il tarixli, 21015274 nömrəli müqavilə üzrə 41 manat məbləğində dəbbə pulu azaldılaraq 29 manat məbləğində müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 41,78 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 14.09.2020-ci il tarixli müqaviləyə əsasən 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat cərimə, 29.01.2021-ci il tarixli müqaviləyə 575 (beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, 10.07.2020-ci il tarixli müqaviləyə əsasən 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat, ümumilikdə 2120 manat borc və 41.78 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar