Məhkəmə qərarları › İş №e-2(007)-1681/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1681/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1681/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2022-ci il tarixli, 03712904 saylı müqavilə (İmei kodu **********65606 olan Xiaomi Redmi 10C).

2. xx.xx.2022-ci il tarixli, 03222438 saylı müqavilə (İmei kodu **********97541 olan Xiaomi Redmi 10C).

3. xx.xx.2022-ci il tarixli, 03282805 saylı müqavilə (Apple Watch 7 qol saatı).

4. xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə (Playstaton 5, PS5 oyun pultu).

5. xx.xx.2023-cü il tarixli, 13982595 saylı müqavilə (Playstaton 5, PS5 oyun pultu).

Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. xx.xx.2022-ci il tarixli, 03712904 saylı müqavilə üzrə 158,58 manat əsas borc, 15,42 manat cərimə.

2. xx.xx.2022-ci il tarixli, 03222438 saylı müqavilə üzrə 126,73 manat əsas borc, 12,27 manat cərimə.

3. xx.xx.2022-ci il tarixli, 03282805 saylı müqavilə üzrə 792,88 manat əsas borc, 79,12 manat cərimə.

4. xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 719,17 manat əsas borc, 71,83 manat cərimə.

5. xx.xx.2023-cü il tarixli, 13982595 saylı müqavilə üzrə 1724,14 manat əsas borc, 172,86 manat cərimə.

Ümumilikdə tələb olunan məbləğ: 3873 manat borc və 58,73 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03712904 saylı müqavilə üzrə 158,58 manat əsas borc, 7 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03222438 saylı müqavilə üzrə 126,73 manat əsas borc, 6 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03282805 saylı müqavilə üzrə 792,88 manat əsas borc, 39 manat cərimə, xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 719,17 manat əsas borc, 35 manat cərimə, xx.xx.2023-cü il tarixli, 13982595 saylı müqavilə üzrə 1724,14 manat əsas borc, 86 manat cərimə borcu olmaqla ümumilikdə 3694,5 manat vəsait və ödənilmiş 56,02 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 2,71 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar