Məhkəmə qərarları › İş №e-2(007)-1683/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1683/2024

16.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1683/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Tağı oğlunun sədrliyi Məhkəmə iclasının katibi Abdulova Lalə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin dəyərinin müəyyən edilərək hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin dəyərinin müəyyən edilərək hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı mənzilin yaşayış sahəsinin dəyərinin müəyyən edilməsi, mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X4 xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. Onun 4 övladı qanun üzrə birinci növbəli vərəsələrdir. Onun ölümü ilə əlaqədar 75 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi qanun üzrə birinci növbəli vərəsələri 4 övladı müəyyənləşdirilmişdir. 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəadətnamə verilmiş və hər biri miras əmlakdan 1/4 hissədə pay almışdır. Miras əmlak ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı mənzil ünvanda yerləşməklə ümumi sahəsi 60 kv.mdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəadətnamə əsasında xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış almışlar. Həmin çıxarışda hər birinin payı ¼ hissə olmaqla göstərilmişdir. İki bacısı X2 və X5 paylarını bağışlama müqaviləsi ilə ona bağışlamışlar. Bunun əsasında o, 3/4 hissə və qardaşı Cavabdeh 1/4 hissə olmaqla miras payına görə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış almışlar. 2017-ci il tarixdən onların payı müəyyən olunmasına baxmayaraq mənzildə qardaşı Cavabdeh yaşayır. Onun mənzildən istifadə etməyinə imkan vermir. Xeyli müddət keçməsinə baxmayaraq o, mülkiyyətindən faktiki olaraq məhrum olmuşdur. Belə ki, o, nə həmin mənzildə yaşaya bilir, nə də sərbəst istifadə edə bilir. Səbəb isə odur ki, cavabdeh həmin mənzildə öz ailəsi ilə birgə yaşayır. Cavabdeh 2017-ci il tarixdən bu günə kimi yəni 6 ildir ki, mənzildən istifadə etmişdir və onun istifadə etməsinə mane olmuşdur. Ona görə də o, 2023-cü il yanvar ayında ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 ünvanda yerləşən mənzilin “naturada bölünməsi,ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi”tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2956 nömrəli ekspert rəyi ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin paylar üzrə naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01, 89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Naturada bölgü mümkün olmadığı kimi, istifadə qaydalarını müəyyən etmək mümkün olmamışdır. Nizami rayon məhkəməsi özünün xx.xx.2024-cü il tarixli, 2(007)-58/2024 tarixli qətnaməsi onun ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbini təmin etməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, qanunveriliyin tələbinə əsasən əmlakın naturada bölünməsi mümkün olmadığı halda, iddiaçı öz payının dəyərini cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə tərəflərə izah etməyi zəruri hesab edir ki, cavabdehin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. (Nizami rayom məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-58/2024 tarixli qətnaməsi). O, belə hesab edir ki, naturada bölgü mümkün olmadığına və cavabdeh payını satmaqdan imtina etdiyinə görə mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsini tələb edə bilər. Belə ki, onun ailəsi ev olmadığına görə bura gələ bilmir, oğlu təhsil alır, imkanı yoxdur. Evin hərracda satılaraq payının ödənilməsini istəyir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə MPM-in 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1i rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 60, mənzil 85 nömrəli mənzilin yaşayış sahəsinin dəyərinin 114500 manat qiymətləndirilən mübahisəli mənzilin ¼ hissəsində dəyəri 28.600 manatın İddiaçı tərəfindən Cavabdeh ödənilməsi, Cavabdeh mənzilin ¼ hissəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, İddiaçı mübahisəli mənzilə dair tam mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, cavabdehin və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi, onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaları və bunların eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək, ilkin olaraq verdiyi iddia tələbinin təmin edilməsini, yəni ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı mənzilin yaşayış sahəsinin dəyərinin müəyyən edilməsi, mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, iddia tələbinin artırılması barədə ərizəsinin nəzərə alınmamasını xahiş edir, ilkin olaraq verdiyi iddianı isə müdafiə edir. Çünki cavabdeh kompensasiya məbləği ilə razılaşmır. Bu barədə cavabdehlə aparılan bütün danışıqlar nəticəsiz olmuşdur. Cavabdeh istəyirsə evi 200.000 manata satsın, sonra paylara uyğun bölünsün. Amma cavabdeh daha artıq pul götürmək istəyir. Cavabdeh 35.000 manat kompensasiyaya razılaşmır. Ona görə də, mənzilin hərracda satılması və paylara uyğun pulun ödənilməsi məqsədəmüvafiqdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçıya çatacaq olan 75.000 manatı o, verir, lakin razılaşmırlar. Onlara paylarına düşəcək pul maraqlıdır. Onunla şəxsi qərəzlilik edirlər. Bir dəfə qardaşı gəlib qaynanasını onlarda görüb, xoşu gəlməyib. Ona görə də qərəzlilik edirlər. Qaynanası gəlib yoldaşına köməklik edir, nəvəsinə baxır. O, evin hərraca çıxarılmasına razı deyil. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 60 kv.m olan ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, mənzil 85 ünvanında yerləşən mənzilinin ¼ hissəsi Cavabdeh adına xx.xx.2017-ci il tarixdə, 3/4 hissəsi İsmayılov (İsmayılov) Teymur (teımur) İsmayıl oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; - Pretenziyadan (Təklif) görünür ki, iddiaçı İsmayılov (İsmayılov) Teymur (teımur) İsmayıl oğlu Cavabdeh sonuncunun paylı mülkiyyətdə olan əmlakın ¼ hissəsini alqı-satqı yolu ilə almaq istədiyini, bazar qiyməti ilə hesablanmaqla ona satmasını bildirmiş, 10 gün müddətində həllini tapmadığı halda, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-58/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, 100 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/49xx-xx/4834 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı köhnə tikili mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 127500 manat (60 kv.m x 2125 manat) 10% azaltma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 114750 manat (127500-10%) məbləğində müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 60 kv.m olan ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, mənzil 85 ünvanında yerləşən mənzilinin ¼ hissəsi Cavabdeh adına xx.xx.2017-ci il tarixdə, 3/4 hissəsi İsmayılov (İsmayılov) Teymur (teımur) İsmayıl oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-58/2024 saylı qətnaməsinə əsasən, İddiaçı ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bundan sonra, iddiaçı təkliflə cavabdehə müraciət edərək, paylı mülkiyyətdə olan əmlakın ¼ hissəsini ona satmasını cavabdehə təklif etmiş, lakin tərəflər arasında razılıq əldə edilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, paylı mülkiyyətdə olan mənzildəki payların iddiaçıya satılması və ya mənzilin açıq hərracda satılıb dəyərinin paylara uyğun ödənilməsinin şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdeh ona məxsus payın iddiaçıya satılmasına razı olmadığı üçün məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə rəy əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı iş materiallarında sübutlar da mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. İş materiallarından görünür ki, ekspertiza zamanı ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, mənzil 85 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 127.500 manat, likvid qiyməti isə 114750 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, mənzil 85 ünvanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 114750 manat (likvid qiyməti əsas götürülməklə) müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, mənzil 85 ünvanında yerləşən mənzili 114750 (yüz on dörd min yeddi yüz əlli) manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, əldə olunan pul vəsaitinin ¼ hissəsi Cavabdeh, ¾ hissəsi İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1i rayonu, R.Rüstəmov küçəsi, ev 60, mənzil 85 ünvanında yerləşən mənzili 114750 (yüz on dörd min yeddi yüz əlli) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin ¼ hissəsi Cavabdeh, ¾ hissəsi İddiaçı verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar