Məhkəmə qərarları › İş №e-2(007)-1688/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1688/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1688/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 11:40 radələrində Bakı şəhəri, Həsən Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" MMC-yə məxsus “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. "xxxx" MMC-yə məxsus “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər C-Mİ- 0870/2020 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, 1658,25 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən dəymiş zərərin məbləği olaraq 1558,25 manat (100 manat müqavilədə nəzərdə tutulmuş şərtsiz azadolma məbləğidir) zərərçəkmiş şəxs "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən“Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsitam sığorta olunduğundan,"xxxx" MMC-yə Mülki Məcəllənin 931-cimaddəsinə əsasən, sığorta ödənişi həyata keçirilmişdir. “Ford Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA********** saylı icbarisığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından, "xxxx" ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də xx.xx.2021-ci il tarixli, 736 saylı ödəniş sənədindən göründüyü kimi, zərərin məbləği olaraq 1558,25 manat iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə Bakı şəhər DYPİ-nin arayışından və xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Cavabdehİnzibati Xətalar Məcəlləsinin 332.1-ci (etibarnamə olmadan idarə etmə) və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 1558,25 manat (min beş yüz əlli səkkiz manat iyirmi beş qəpik) zərər məbləğinin və ödənilmiş 35,58 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 90-BL519 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il saat 14:50:28-dən xx.xx.2020-ci il saat 11:15:44-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; - "xxxx" ASC-nin Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün ümumilikdə 1658,25 manat tələb olunur; - "xxxx" ASC-nin xx.xx.2020-ci sığorta aktından görünür ki, "xxxx" ASC-də xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış, “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1658,25 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 1558,25 manat sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülməlidir; - "xxxx" ASC-nin PXA67028 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək sığortalanmış, 90-BL519 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobil **-JX-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtomobil ilə toqquşmuşdur. Dəymiş zərər 1658,25 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 1558,25 manat sığorta ödənişi "xxxx" ASC-nin hesabına köçürülməlidir; - İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Ford Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:40-da Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. X1 mülkiyyətində olan “Ford Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/01-216 saylı məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1558,25 manat sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 35,58 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə, saat 11:40 radələrində Bakı şəhəri, Həsən Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" MMC-yə məxsus “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. "xxxx" MMC-yə məxsus “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər C-Mİ-0870/2020 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1658,25 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən dəymiş zərərin məbləği olaraq 1558,25 manat (100 manat müqavilədə nəzərdə tutulmuş şərtsiz azadolma məbləğidir) zərərçəkmiş şəxs "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən “Fiat Doblo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsitam sığorta olunduğundan, "xxxx" MMC-yə sığorta ödənişi həyata keçirilmişdir. “Ford Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından, "xxxx" ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də xx.xx.2021-ci il tarixli, 736 saylı ödəniş sənədindən göründüyü kimi, zərərin məbləği olaraq 1558,25 manat iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə Bakı şəhər DYPİ-nin arayışından və xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Cavabdehİnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Cavabdeh etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. "xxxx" ASC xx.xx.2021-ci il tarixdə məktubu ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Nəzərə alınmalıdır ki, cavabdeh hadisə törədərək avtomobili etibarnamə olmadan idarə etmişdir. Hadisə ilə bağlı araşdırma aparılmış, hadisəni törədən Cavabdeh barəsində İXM-nin 327.2 və 332.1-ci maddələri ilə xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Cavabdeh qarşı irəli sürülmüş iddianın əsaslı olduğu müəyyən olunur, o, iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişlərinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericliyin qeyd edilən tələblərini pozmuşdur. Qeyd olunan normalardan aydın olur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, məhkəmə yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən vurulmuş ziyanın sığorta ödənişi vasitəsilə "xxxx" ASC tərəfindən aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi "xxxx" ASC-yə aiddir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1558,25 manat sığorta ödənişi məbləği və ödənilmiş 35,58 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1558,25 manat sığorta ödənişi məbləği və ödənilmiş 35,58 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar