Məhkəmə qərarları › İş №e-2(007)-171/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-171/2025

19.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-171/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Tağı oğlunun sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Mənzilə illərdi su gəlmir və həmçinin uzun müddətdir ki, o həmin fərdi yaşayış evində yaşamır. 2023-cü ilin təxminən noyabr ayında ona məlum olmuşdur ki, əsassız olaraq 125 manat su borcu hissə-hissədə istifadəsində olan su sayğacına borc yaranmışdır. Halbuki həmin su borcunu Abşeron sukanal idarəsinin əməkdaşları öz mülahizələrinə əsaslanaraq, su sayğacına baxmadan hər ay üçün su borcu barədə əsassız qəbz yazmışlar. Abşeron sukanal idarəsinin əməkdaşları həmçinin bilirlər ki, həmin əraziyə su gəlmir, onlar öz vəsaitləri hesabına su avtomobilləri vasitəsi ilə su alıb həm içməli sudan istifadə edirlər, həmçinin su çənlərini doldururlar. Qış aylarında həftədə 2-3 dəfə su bir neçə saatlıq gəlsə də, yay aylarında demək olarki su gəlmir. Bundan başqa istifadəsində olan su sayğacı istismar müddəti bitmiş su sayğacı olmuşdur. O, su sayğacının dəyişdirilməsi və borcun silinməsi barədə dəfələrlə şikayət etdikdən sonra su sayğacı yenisi ilə əvəz edilmiş, lakin su borcu silinməmişdir. Yuxarıda göstərilənlərə əsasən, pozulmuş istehlakçı hüquqlarının bərpası və Azərbaycan Dövlət Su X2 şəhərlərin birləşmiş su təchizatı Xidməti publik hüquqi şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qurlaşdırılmış **********000 saylı abonent kodu üzrə istifadə olunmamış suya görə hesablanmış 125 manat borcun qanunsuz və əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsil cavabdeh olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazılıq iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 əsil Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq göstərmişdir ki, ona məxsus fərdi yaşayış evində yaşayışın olmamasına baxmayaraq Azərsu PHŞ-nin əməkdaşları gəlib qəbz yazıb getmişdir. Onlar özləri də bilirlər ki, oraya su gəlmir. Gündə 1-2 saat yalnız gecə vaxtı su gəlir. Su çənlərindən istifadə edilir. Su maşınları gəlib həmin çənləri doldururlar. Orada mexaniki sayğaz var. O, şikayət etdikdən sonra sayğacı dəyişmişlər və bu məbləğ sayğac dəyişdirilməmişdən qabaq yazılmışdır. Göstərilənlərə əsasən, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdehn nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 nümayəndəsi X3 izahatında göstərdi ki, müvafiq fərmanla Regional Meliorasiya yenidən təşkil olunma yolu ilə yaradılmış ayrıca publik hüquqi şəxsdir. Hazırki iddia ərizəsi üzrə iddiaya cavab verməli olan şəxs İri şəhərlər üzrə publik hüquqi şəxs olmadığından aidiyyət qaydaları pozulmuşdur. Bu publik hüquqi şəxs iri şəhərlərlə bağlı məsələlərə baxır və bu şəhərlərə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir aiddir. Digər şəhərlər isə regional idarəyə aid edilmişdir. Buna görə də cavabdeh qismində Regional Meliorasiya Xidməti X10 cəlb edilməlidir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 xx.xx.2024-cü il tarixli “müraciətə baxılması haqqında” məktubdan görünür ki, İddiaçı müraciəti ilə bağlı bildirilmişdir ki, hesabat **********000 saylı abonent kodu üzrə su xətti üzərində quraşdırılmış sayğacın göstəricisinə əsasən aparılmışdır. Həmin sayğac sonuncunun müraciəti əsasında xx.xx.2024-cü il tarixdə son göstərici 487 kubmetr olmaqla su xətti üzərindən sökülmüş və yerində 24076838 nömrəli mexaniki tipli sayğac quraşdırılaraq istismara verilmişdir. Hazırda sayğac göstəricisi 1 kubmetr olmaqla su təchizatı xidmətindən istifadəyə görə ünvan hesabında 148.07 manat borc var və qeyd edilən borc istismardan çıxarılmış sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. -Cavabdehn 14 sayğaclı abonentin yoxlanılması haqqında arayışdan görünür ki, ünvan 2, **********000 saylı abonent kodu üzrə İddiaçı ümumi 142.97 manat borcu olmuşdur. Arayışda “sayğac işləkdir, abonent borca etiraz edir və araşdırılıb silinməsini xahiş edir” qeydləri yazılmışdır. - xx.xx.2025-ci il tarixli abonent kartının surətindən görünür ki, İddiaçı aktiv müqavilə üzrə ünvan 2 ünvanı üçün ümumilikdə 142.57 manat yekun borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh PHŞ ilə İddiaçı arasında **********000 kodlu, ünvan 2 ünvanında yaşayan abonent İddiaçı ilə PHŞ arasında xx.xx.2013-cü il tarixli, 28899443 nömrəli müqavilə bağlanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin xx.xx.2024-cü il məktubuna əsasən, abonent İddiaçı ödənilməmiş yekun borcu 148.07 manat təşkil etmişdir. Hazırda iddiaçı, sudan istifadəyə görə hesablanmış 125 manat borcun silinməsini, xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1, 4.1.1, 4.1.2, 4.1.3 və 4.1.7-ci maddələrinə əsasən, su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçının vəzifələridir. 5.1 və 5.1.8-ci maddələrinə əsasən STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istehlakçı olan iddiaçı qanunla qorunan hüququ kimi su sayğacının dəyişdirilməsi, əsassız borcun silinməsi və su çatışmazlığının aradan qaldırılması barədə rəsmi şəkildə yalnız xx.xx.2024-cü il tarixdə Cavabdeh PHŞ-yə müraciət etmiş, müraciət PHŞ tərəfindən araşdırılmış və iddiaçıya 148.07 manat borcunun olması bildirilmişdir. Eyni zamanda, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə də PHŞ-də baxılmış və müraciətə cavabda bildirilmişdir ki, “...sayğac müraciətinizə əsasən xx.xx.2024-cü il tarixdə əməkdaşlarımız tərəfindən son göstəricisi 487 m3 olmaqla su xətti üzərindən sökülmüş və yerində 24076838 nömrəli müxaniki tipli sayğac quraşdırılaraq istismara verilmişdir. Hazırda sayğac göstəricisi 1 m3 olmaqla su təchizatı xidmətindən istifadəyə görə ünvanın hesabında 148.07 manar borc var. Qeyd edilən borc istismardan çıxarılmış sayğacın göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir...”. Göründüyü kimi, əvvəlki sayğac istehlakçının müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə istismardan çıxarılmışdır və borc həmin sayğacın göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsi iddiaçıdan tələb edilmişdir. İddiaçı iddia tələbinin əsası kimi, yaşayış evinin yerləşdiyi əraziyə su gəlməməsini və həmin ərazidə su sərfiyyatının olmamasını göstərmişdir. Lakin məhkəmə iclasında verdiyi izahatında həmin əraziyə gündə yalnız gecə vaxtı 1-2 saat su gəldiyini bildirmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş abonent kartından və abunə haqqında cədvəldən də görünür ki, sözügedən ərazidə su sərfiyyatı olmuş, həmçinin iddiaçı tərəfindən sərfiyyat üzrə müvafiq ödənişlər edilmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar