Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1715/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********92857 Samsung Galaxy S10 Dual markalı telefon üçün 190 (yüz doxsan) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 28.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********78517 iPhone 11 Pro Max markalı telefon üçün 1233,3 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 123,7 (yüz iyirmi üç manat, yetmiş qəpik) manat cərimə, 11.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********63107 iPhone 11 Pro Max markalı telefon üçün 2921,4 (iki min doqquz yüz iyirmi bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 292,6 (iki yüz doxsan iki manat, altmış qəpik) manat cərimə, ümumilikdə 4780 manat borc və 67,80 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02.12.2019-cu il, 28.03.2020-ci il, 13.04.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********92857 Samsung Galaxy S10 Dual, İMEİ kodu **********78517 iPhone 11 Pro Max, İMEİ kodu **********63107 iPhone 11 Pro Max markalı telefonlar almış və nəticədə 4780 (dörd min yeddi yüz səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2267 (iki min iki yüz altmış yeddi) manat (12 ay x 172 manat + 203 manat ilkin ödəniş) İMEİ kodu **********92857 Samsung Galaxy S10 Dual markalı telefon üçün ümumilikdə 209 (iki yüz doqquz) manat olmaqla ondan, 190 (yüz doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə, 28.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3629 (üç min altı yüz doqquz) manat (12 ay x 215,5 manat + 1043 manat ilkin ödəniş) İMEİ kodu **********78517 iPhone 11 Pro Max markalı telefon üçün ümumilikdə 1357 (min üç yüz əlli yeddi) manat olmaqla ondan, 1233,3 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 123,7 (yüz iyirmi üç manat, yetmiş qəpik) manat cərimə, 11.02.2020-ci iltarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4586,4 (dörd min beş yüz səksən altı manat, qırx qəpik) manat (18 ay x 235,3 manat + 351 manat ilkin ödəniş) İMEİ kodu **********63107 iPhone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 3214 (üç min iki yüz on dörd) manat olmaqla ondan, 2921,4 (iki min doqquz yüz iyirmi bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 292,6 (iki yüz doxsan iki manat, altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6137,7 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbtərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış 02.12.2019-cu il, 28.03.2020-ci il, 13.04.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 12.11.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2267 manat olan, İMEİ kodu **********92857 Samsung Galaxy S10 Dual markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 3629 manat olan İMEİ kodu **********78517 iPhone 11 Pro Max markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 4586,4 manat olan İMEİ kodu **********63107 iPhone 11 Pro Max markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 22 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 dekabr 2019-cu il tarixli müqavilə üzrə 190 manat əsas borc, 19 manat cərimə borcu olmaqla, ümumilikdə 209 manat manat, 28 mart 2020-ci il tarixli müqavilə üzrə 1233,3 manat əsas borc, 123,7 manat cərimə borcu olmaqla, ümumilikdə 1357 manat və 13 aprel 2020-ci il tarixli müqavilə üzrə 2921,4 manat əsas borc, 292,6 manat cərimə borcu olmaqla, ümumilikdə 3214 manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 4780 manat borcu vardır. İşə əlavə olunmuş 25 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 67,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 02 dekabr 2019-cu il, 28 mart 2020ci il və 13 aprel 2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 02 dekabr 2019-cu il tarixli müqavilə üzrə 190 manat əsas borc, 19 manat cərimə borcu, 28 mart 2020-ci il tarixli müqavilə üzrə 1233,3 manat əsas borc, 123,7 manat cərimə borcu və 13 aprel 2020-ci il tarixli müqavilə üzrə 2921,4 manat əsas borc, 292,6 manat cərimə borcu olmaqla, ümumilikdə 4780 manat borc və ödənilmiş 67,80 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1715/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1715/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver