Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1740/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********20547 “Xiaomi Redmi 13C” markalı telefon üçün 268.1 manat ödənilməmiş hissə, 26.81 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********82905 “Xiaomi Redmi 13C” markalı telefon üçün 243.80 manat ödənilməmiş hissə, 24.38 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********12309 “Xiaomi Redmi A3” markalı telefon üçün 85.4 manat ödənilməmiş hissə, 8.54 manat cərimə olmaqla, ümumilikdə 657.03 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********20547 “Xiaomi Redmi 13C”markalı telefon, İmei kod **********82905 “Xiaomi Redmi 13C” markalı telefon, İmei kod **********12309 “Xiaomi Redmi A3” markalı telefon almış və nəticədə 657.03 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 344.97 manat olan İmei kod **********20547 “Xiaomi Redmi 13C” markalı telefon üçün ümumilikdə, 294.91 manat olmaqla ondan, 268.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.81 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 381 manat (12 ay x 31.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********82905 “Xiaomi Redmi 13C” markalı telefon üçün ümumilikdə, 268.18 olmaqla ondan, 243.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.38 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 260.4 manat olan İmei kod **********12309 “Xiaomi Redmi A3” markalı telefon üçün ümumilikdə, 93.94 manat olmaqla ondan, 85.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.54 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 389.07 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aparılan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
İş materialları:
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********82905 olan “Xiaomi Redmi 13C” markalı telefon, xx.xx.2024cü il tarixli, 18045057 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********12309 olan “Xiaomi Redmi A3” markalı telefon və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə İmei kod **********20547 olan “Xiaomi Redmi 13C” markalı telefon vermək, cavabdeh tərəfindən isə müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəmək öhdəsinə götürülmüşdür.
4. xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 07-dən gec olmayaraq 12 ay müddətində hər ay 31.75 manat olmaqla, cəmi 381.01 manat, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş 3 manat olmaqla, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 01-dən gec olmayaraq 6 ay müddətində hər ay 42.90 manat olmaqla, cəmi 260.40 manat və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 09-dan gec olmayaraq 9 ay müddətində hər ay 38.33 manat olmaqla, cəmi 344.97 manat ödəniş etməlidir.
5. xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.
6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli müqavilə üzrə 243.80 manat əsas, 24.38 manat cərimə borcu olmaqla, cəmi 268.18 manat, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli müqavilə üzrə 85.40 manat əsas, 8.54 manat cərimə borcu olmaqla, cəmi 93.94 manat və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 268.10 manat əsas, 26.81 manat cərimə borcu olmaqla, cəmi 294.91 manat, ümumilikdə 657.03 manat borcu vardır.
7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 03498058 nömrəli, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli alqısatqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borclarının yaranması işin mübahisəsiz hallarıdır.
10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 03498058 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş etmədən, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 31.75 manat ödəmək şərti ilə ümumi dəyəri 381.01 manat olan İmei kodu **********82905 olan “Xiaomi Redmi 13C” markalı telefon, xx.xx.2024-ci il tarixli 18045057 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş 3 manat olmaqla, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 42.90 manat ödəmək şərti ilə ümumi dəyəri 260.40 manat olan İmei kodu **********12309 olan “Xiaomi Redmi 13C” markalı telefon və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə ilkin ödəniş etmədən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-cü il tarixədək hər ay 38.33 manat ödəmək şərti ilə ümumi dəyəri 344.97 manat olan İmei kod **********20547 olan “Xiaomi Redmi 13C” markalı telefon satın almışdır.
18. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
19. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli müqavilə üzrə 243.80 manat, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli müqavilə üzrə 85.40 manat və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 268.10 manat borcu vardır.
20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-ci il tarixli 03498058 nömrəli müqavilə üzrə 243.80 manat, xx.xx.2024-cü il tarixli 18045057 nömrəli müqavilə üzrə 85.40 manat və xx.xx.2024-cü il tarixli 10735523 nömrəli müqavilə üzrə 268.10 manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.
22. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində penya ödəməyi öhdəsinə götürmüşdür.
23. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər(MM 462.1; 465.2m).
24. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
25. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
26. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-ci il tarixli 03498058 nömrəli müqavilə üzrə 24.38 manat təşkil edən cərimə məbləğinin 5 manat, xx.xx.2024-cü il tarixli 18045057 nömrəli müqavilə üzrə 8.54 manat təşkil edən cərimə məbləğini 1 manat və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 26.81 manat təşkil edən cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
27. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli müqavilə üzrə 243.80 manat əsas, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli müqavilə üzrə 85.40 manat əsas, 1 manat cərimə və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 268.10 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 608.30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
29. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli müqavilə üzrə 243.80 manat əsas, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli müqavilə üzrə 85.40 manat əsas, 1 manat cərimə və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 268.10 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 608.30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva Azərbaycan Respublikası adından
QƏTNAMƏDƏN ÇİXARİŞ
Bakı şəhəri İş № e-2(007)-1740/2025 xx.xx.2025
BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ
Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 03498058 nömrəli müqavilə üzrə 243.80 manat əsas, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 18045057 nömrəli müqavilə üzrə 85.40 manat əsas, 1 manat cərimə və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 268.10 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 608.30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva