Məhkəmə qərarları › İş №e-2(007)-1757/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1757/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1757/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 365.9 manat əsas, 109.7 manat cərimə olmaqla, cəmi 475.6 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 130.9 manat əsas, 39.2 manat cərimə olmaqla, cəmi 170.1 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 80.1 manat əsas, 24 manat cərimə, cəmi 104.1 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 80.1 manat əsas, 24 manat cərimə olmaqla, cəmi 104.1 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 712.7 manat əsas, 213.8 manat cərimə olmaqla, cəmi 926.5 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 737.9 manat əsas, 221.3 manat cərimə olmaqla, cəmi 959.2 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 161.9 manat əsas, 48.5 manat cərimə olmaqla, cəmi 210.4 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 119.9 manat əsas 35.9 manat cərimə olmaqla, cəmi 155.8 manat borc, ümumilikdə səkkiz müqavilə üzrə 2389.4 manat əsas, 716.4 manat cərimə olmaqla, 3105.8 manat cəmi borcun və 71.52 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1574.1 manat əsas 472.2 manat cərimə olmaqla, cəmi 2046.3 manat borcun isə Cavabdeh2 və Cavabdeh1 Dünyamalı qızından müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 62 manat ödəmək şərtilə alqı-satqı qiyməti 1109.90 manat olan “Ariston” markalı qabyuyan maşın almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 365.90 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan cərimə qismində 1097 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 53 manat edilmişdir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 365.90 manat əsas, müştəriyə güzəşt olunan 109.7 manat cərimə borcu olmaqla, ümumilikdə 475.60 manat borcu yaranmışdır. Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 19 manat ödəmək şərtilə alqı-satqı qiyməti 339.90 manat olan “Bio General” markalı dispensora almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 130.90 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan cərimə qismində 39.2 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 18 manat edilmişdir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 130.90 manat əsas, müştəriyə güzəşt olunan 39.20 manat cərimə borcu olmaqla, ümumilikdə 170.10 manat borcu yaranmışdır. Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 10 manat ödəmək şərtilə alqı-satqı qiyməti 180.10 manat olan “Honor” markalı qulaqcıq almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqısatqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 80.10 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan güzəşt tətbiq edilmiş cərimə qismində 24 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 10 manat edilmişdir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 80.10 manat əsas, müştəriyə güzəşt olunan 24 manat cərimə borcu olmaqla, ümumilikdə 104.10 manat borcu yaranmışdır. Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 10 manat ödəmək şərtilə alqı-satqı qiyməti 180 manat olan “Honor” markalı qulaqcıq almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 80.10 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan güzəşt tətbiq edilmiş cərimə qismində 24 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 10 manat edilmişdir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 80.10 manat əsas, müştəriyə güzəşt olunan 24 manat cərimə borcu olmaqla, ümumilikdə 104.10 manat borcu yaranmışdır.Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 60 manat ödəmək şərtilə alqı-satqı qiyməti 1072.70 manat olan “Samsung” markalı telefon almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 712.70 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan güzəşt tətbiq edilmiş cərimə qismində 213.80 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 60 manat edilmişdir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 712.70 manat əsas, müştəriyə güzəşt olunan 213.80 manat cərimə borcu olmaqla, ümumilikdə 926.50 manat borcu yaranmışdır. Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 53 manat ödəmək şərtilə alqı-satqı qiyməti 949.90 manat olan “LG” markalı ev kinoteatr və xarici akumlyator almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 737.90 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan güzəşt tətbiq edilmiş cərimə qismində 221.30 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 44 manat edilmişdir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 737.90 manat əsas, müştəriyə güzəşt olunan 221.30 manat cərimə borcu olmaqla, ümumilikdə 959.20 manat borcu yaranmışdır. Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 12 manat ödəmək şərtilə alqı-satqı qiyməti 209.90 manat olan “Kumtel” markalı istilik enerjisi almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 161.90 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan güzəşt tətbiq edilmiş cərimə qismində 48.50 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 12 manat edilmişdir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 161.90 manat əsas, müştəriyə güzəşt olunan 48.50 manat cərimə borcu olmaqla, ümumilikdə 210.40 manat borcu yaranmışdır. Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 99 manat ödəmək şərtilə alqı-satqı qiyməti 1765.10 manat olan “Sony” markalı oyun konsulu və oyun pultu almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 1574.10 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan güzəşt tətbiq edilmiş cərimə qismində 472.20 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 7 manat edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1574.10 manat əsas, müştəriyə güzəşt olunan 472.20 manat cərimə borcu olmaqla, ümumilikdə 2046.30 manat borcu yaranmışdır. Cavabdeh2 İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçıdan 18 ay müddətinə, hər ay 25 manat ödəmək şərtilə alqı-satqı qiyməti 448.80 manat olan “Hikvision” markalı nəzarət kamerası və 3 ədəd aksesuar almışdır. Lakin Cavabdeh2 müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında 119.90 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanan güzəşt tətbiq edilmiş cərimə qismində 35.90 manat borc öhdəliyi yaranmışdır. Son ödəniş xx.xx.2023-cü il tarixdə 40 manat edilmişdir. Nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilməlidir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 119.90 manat əsas, müştəriyə güzəşt olunan 35.90 manat cərimə borcu olmaqla, ümumilikdə 155.80 manat borcu yaranmışdır. İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 1109.99 manat olan “Ariston” markalı qabyuyan maşını 18 ay müddətinə hər ay 62 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

5. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 29-dan gec olmayaraq 18 ay müddətində hər ay 62 manat (son ay 55.99 manat) olmaqla, cəmi 1109.99 manat ödəniş etməlidir.

6. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 365.90 manat əsas borc, 1097 manat cərimə olmaqla, cəmi 1462.90 manat borcu vardır.

7. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

8. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 339.99 manat olan “Bio General” markalı dispensoranı 18 ay müddətinə hər ay 19 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

9. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 9-dan gec olmayaraq 18 ay müddətində hər ay 19 manat (son ay 16.99 manat) olmaqla, cəmi 339.99 manat ödəniş etməlidir.

10. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 130.90 manat əsas borc, 392 manat cərimə olmaqla, cəmi 522.90 manat borcu vardır.

11. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

12. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 180.19 manat olan “Honor” markalı qulaqcığı 18 ay müddətinə hər ay 10 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

13. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 26-dan gec olmayaraq 18 ay müddətində hər ay 10 manat (son ay 10.19 manat) olmaqla, cəmi 180.19 manat ödəniş etməlidir.

14. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 80.10 manat əsas borc, 201 manat cərimə olmaqla, cəmi 320.10 manat borcu vardır.

15. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

16. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 180.19 manat olan “Honor” markalı qulaqcığı 18 ay müddətinə hər ay 10 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

17. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 26-dan gec olmayaraq 18 ay müddətində hər ay 10 manat (son ay 10.19 manat) olmaqla, cəmi 180.19 manat ödəniş etməlidir.

18. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 80.10 manat əsas borc, 201 manat cərimə olmaqla, cəmi 320.10 manat borcu vardır.

19. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

20. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 1072.7 manat olan “Samsung A536 BLACK 128 GB” markalı telefonu 18 ay müddətinə hər ay 60 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

21. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 9-dan gec olmayaraq 18 ay müddətində hər ay 60 manat (son ay 52.70 manat) olmaqla, cəmi 1072.70 manat ödəniş etməlidir.

22. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 712.70 manat əsas borc, 2138 manat cərimə olmaqla, cəmi 2850.70 manat borcu vardır.

23. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

24. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 949.98 manat olan “LG” markalı ev kinoteatr və xarici akumlyator 18 ay müddətinə hər ay 53 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

25. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 13-dan gec olmayaraq 18 ay müddətində hər ay 53 manat (son ay 48.98 manat) olmaqla, cəmi 949.98 manat ödəniş etməlidir.

26. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 737.90 manat əsas borc, 2213 manat cərimə olmaqla, cəmi 2950.90 manat borcu vardır.

27. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

28. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 209.90 manat olan “Kumtel” markalı istilik enerjisini 18 ay müddətinə hər ay 12 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

29. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 13-dan gec olmayaraq 18 ay müddətində hər ay 12 manat (son ay 5.99 manat) olmaqla, cəmi 209.99 manat ödəniş etməlidir.

30. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 161.90 manat əsas borc, 485 manat cərimə olmaqla, cəmi 646.90 manat borcu vardır.

31. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

32. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 1765.19 manat olan “Sony” markalı oyun konsulu və oyun pultunu 18 ay müddətinə hər ay 99 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

33. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023-ci il tarixdən başlayaraq hər ayın 2-dən gec olmayaraq 18 ay müddətində hər ay 99 manat (son ay 82.19 manat) olmaqla, cəmi 1765.19 manat ödəniş etməlidir.

34. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1574.10 manat əsas borc, 4722 manat cərimə olmaqla, cəmi 6296.10 manat borcu vardır.

35. xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC qarşısında Cavabdeh2 öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin-Cavabdeh1 Dünyamalı qızı öz üzərinə götürmüşdür.

36. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh2 müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcun satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

37. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödəniş ödəmədən alqı-satqı qiyməti 448.80 manat olan “Hikvision” markalı nəzarət kamerası və 3 ədəd aksesuarı 18 ay müddətinə hər ay 25 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə ödəmək şərtilə satın alaraq məhsulu təhvil almışdır.

38. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023-ci il tarixdən başlayaraq hər ayın 5-dən gec olmayaraq 18 ay müddətində hər ay 25 manat (son ay 23.86 manat) olmaqla, cəmi 448.86 manat ödəniş etməlidir.

39. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 373.80 manat əsas borc, 1121 manat cərimə olmaqla, cəmi 1494.80 manat borcu vardır.

40. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, yuxarıda qeyd olunan 9 alqı-satqı müqaviləsi üzrə ümumilikdə 16865.40 manat borcun ödənilməsi tələb olunmuş və əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir.

41. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, yuxarıda qeyd olunan 9 alqı-satqı müqaviləsi üzrə ümumilikdə 16865.40 manat borcun ödənilməsi tələb olunmuş və əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir.

42. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 71.52 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

43. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər.

44. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktının çıxarılmasını və işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.

45. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları :

46. İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli xx.xx.2022-ci il tarixli, ********* nömrəli xx.xx.2022-ci il tarixli, ********* nömrəli xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı satqı müqavilələrinin, habelə caavbdeh Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanması və cavabdehlərin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.

Məhkəmə baxışının hədləri :

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi :

50. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

51. İşin məhkəmə tərəfindəən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 9 ədəd nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

52. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

53. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli xx.xx.2022-ci il tarixli, ********* nömrəli xx.xx.2022-ci il tarixli, ********* nömrəli xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı satqı müqavilələri və müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərindən görünür ki, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilələr üzrə ümumi dəyəri 1109.90 manat olan “Ariston” markalı qabyuyan maşın, ümumi dəyəri 339.90 manat olan “Bio General” markalı dispensora, ümumi dəyəri 180.10 manat olan “Honor” markalı qulaqcıq – 2 ədəd, ümumi dəyəri 1072.70 manat olan “Samsung” markalı telefon, ümumi dəyəri 949.90 manat olan “LG” markalı ev kinoteatr və xarici akumlyator, ümumi dəyəri 209.90 manat olan “Kumtel” markalı istilik enerjisi, ümumi dəyəri 1765.10 manat olan “Sony” markalı oyun konsulu və oyun pultu və ümumi dəyəri 448.80 manat olan “Hikvision” markalı nəzarət kamerası və 3 ədəd aksesuar almışdır.

54. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktlarından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

55. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 365.90 manat əsas borc, 1097 manat cərimə olmaqla, cəmi 1462.90 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 130.90 manat əsas borc, 392 manat cərimə olmaqla, cəmi 522.90 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 80.10 manat əsas borc, 201 manat cərimə olmaqla, cəmi 320.10 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 80.10 manat əsas borc, 201 manat cərimə olmaqla, cəmi 320.10 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 712.70 manat əsas borc, 2138 manat cərimə olmaqla, cəmi 2850.70 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 737.90 manat əsas borc, 2213 manat cərimə olmaqla, cəmi 2950.90 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 161.90 manat əsas borc, 485 manat cərimə olmaqla, cəmi 646.90 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1574.10 manat əsas borc, 4722 manat cərimə olmaqla, cəmi 6296.10 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 373.80 manat əsas borc, 1121 manat cərimə olmaqla, cəmi 1494.80 manat borcu vardır.

56. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

57. Belə olan halda məhkəmə Cavabdeh2 bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 365.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 130.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 80.10 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 80.10 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 712.70 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 737.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borc qismində 161.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 1574.10 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borc qismində 119.90 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

58. Qeyd olunan 9 müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

59. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

60. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 109.70 manat təşkil edən cərimə məbləğinin 15 manat məbləğinə, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 39.20 manat təşkil edən cərimə məbləğinin 5 manata, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 24 manat təşkil edən cərimə məbləğinin 5 manata, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 24 manat təşkil edən cərimə məbləğinin 5 manata, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 213.80 manat təşkil edən cərimə məbləğinin 20 manata, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 221.30 manat təşkil edən cərimə məbləğinin 20 manata, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 48.50 manat təşkil edən cərimə məbləğinin 5 manata, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 472.2 manat təşkil edən cərimə məbləğinin 20 manata, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 35.90 manat təşkil edən cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

61. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin iddia tələbi zamin Cavabdeh1 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.

62. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

64. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə zamin Cavabdeh1 İddiaçı MMC qarşısında Cavabdeh2 öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

66. Həmin müqavilələrin 4.5-ci bəndində nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəlik müddətli alqı-satqı müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və Alıcı Satıcı qarşısında birgə məsuliyyət daşıyırlar.

67. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələri üzrə Cavabdeh1 “alıcı” ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürdüyündən iddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.

68. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1574.10 manat əsas borc, və 20 manat cərimə olmaqla, cəmi 1594.10 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

69. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 71.52 manat məbləğində dövlət rüsumu ödəmişdir.

70. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71.52 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

71. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 365.9 manat əsas borc və cərimə qismində 15 manat, olmaqla, cəmi 380.90 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 130.90 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 135.90 manat; xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 80.1 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 85.10 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 80.1 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 85.10 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 712.70 manat əsas borc və cərimə qismində 20 manat olmaqla, cəmi 732.70 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 737.90 manat əsas borc və cərimə qismində 20 manat cərimə olmaqla, cəmi 757.90 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 161.90 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 166.90 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 119.90 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 124.90 manat, ümumilikdə səkkiz müqavilə üzrə 2469.40 manat pul vəsaiti və 71.52 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı MMC-nin hesabına ödənilməli və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 1574.10 manat əsas borc və cərimə qismində 20 manat olmaqla, cəmi 1594.10 manat pul vəsaiti Cavabdeh2 Firudin qızından və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 Firudin qızından xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 365.9 manat əsas borc və cərimə qismində 15 manat, olmaqla, cəmi 380.90 manat; xx.xx.2022ci il tarixli ********* saylı müqavilə üzrə 130.90 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 135.90 manat; xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 80.1 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 85.10 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 80.1 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 85.10 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 712.70 manat əsas borc və cərimə qismində 20 manat olmaqla, cəmi 732.70 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 737.90 manat əsas borc və cərimə qismində 20 manat cərimə olmaqla, cəmi 757.90 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 161.90 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 166.90 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 119.90 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 124.90 manat, ümumilikdə səkkiz müqavilə üzrə 2469.40 manat pul vəsaiti və 71.52 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 Firudin qızı və Cavabdeh1 xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 1574.10 manat əsas borc və cərimə qismində 20 manat olmaqla, cəmi 1594.10 manat pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar