Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1775/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “ACER” markalı komputer üçün 1830 manat ödənilməmiş hissə, 183 manat cərimə, ümumilikdə 2013 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı Soyuducu üçün 960 manat ödənilməmiş hissə, 96 manat cərimə, ümumilikdə 1056 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12847 olan “X1 9” markalı telefon üçün 513,6 manat ödənilməmiş hissə, 51,4 manat cərimə, ümumilikdə 565 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Xiaomi Mi” markalı Saat , “Mi” markalı Qulaqlıq və “Xiaomi Mi 3” markalı Power Bank üçün 177,6 manat ödənilməmiş hissə, 17,4 manat cərimə, ümumilikdə 195 manat və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********02445 olan “X1 8” markalı telefon üçün 77 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 3906 manat borc və 59,06 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “ACER” markalı komputer almış və nəticədə 2013 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 1980 manat (15 ay x 122 manat + 150 manat ilkin ödəniş) “ACER” markalı komputer üçün ümumilikdə 2013 manat olmaqla ondan 1830 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 183 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 150 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan başqa İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı Soyuducu almış və nəticədə 1056 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1080 manat (18 ay x 0 manat + 60 manat ilkin ödəniş) “HOFFMANN” markalı Soyuducu üçün ümumilikdə 1056 manat olmaqla ondan 960 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 120 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12847 olan “X1 9” markalı telefon almış və nəticədə 565 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 513,6 manat (12 ay x 0 manat + 42,8 manat ilkin ödəniş) İMEİ kodu **********12847 olan “X1 9” markalı telefon üçün ümumilikdə 565 manat olmaqla ondan 513,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51,4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Xiaomi Mi” markalı Saat , “Mi” markalı Qulaqlıq və “Xiaomi Mi 3” markalı Power Bank almış və nəticədə 195 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 201,6 manat (18 ay x 0 manat + 11,2 manat ilkin ödəniş) “Xiaomi Mi” markalı Saat , “Mi” markalı Qulaqlıq və “Xiaomi Mi 3” markalı Power Bank üçün ümumilikdə 195 manat olmaqla ondan 177,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17,4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********02445 olan “X1 8” markalı telefon almış və nəticədə 77 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 614,4 manat (24 ay x 0 manat + 25,6 manat ilkin ödəniş) İMEİ kodu **********02445 olan “X1 8” üçün ümumilikdə 77 manat olmaqla ondan 77 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 537,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23090129 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1980 manat “ACER” markalı komputer, xx.xx.2021-ci il tarixli, 22291218 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1080 manat “HOFFMANN” markalı Soyuducu, xx.xx.2021-ci il tarixli, 23022962 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 513,6 manat İMEİ kodu **********12847 olan “X1 9” markalı telefon, xx.xx.2021-ci il tarixli, 22300283 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 201,6 manat “Xiaomi Mi” markalı Saat , “Mi” markalı Qulaqlıq və “Xiaomi Mi 3” markalı Power Bank satılmışdır. Cavabdeh müqavilələrə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. Bundan başqa işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20358775 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 614,4 manat “X1 8” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1830 manat ödənilməmiş hissə, 183 manat cərimə pulu borcu, ümumilikdə 2013 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 960 manat ödənilməmiş hissə, 96 manat cərimə pulu borcu, ümumilikdə 1056 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 513,6 manat ödənilməmiş hissə, 51,40 manat cərimə pulu borcu, ümumilikdə 565 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 177,6 manat ödənilməmiş hissə, 17,4 manat cərimə pulu borcu, ümumilikdə 195 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 77 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu borcu, ümumilikdə 3906 manat borc qalmışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 59,06 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci tarixli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1830 manat əsas borc, 128 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 960 manat əsas borc, 67 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 513,6 manat əsas borc, 35 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 177,6 manat əsas borc, 12 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 77 manat əsas borc olmaqla, ümumilikdə 3800,2 manat borc və ödənilmiş 59,06 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1830 manat əsas borc, 128 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 960 manat əsas borc, 67 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 513,6 manat əsas borc, 35 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 177,6 manat əsas borc, 12 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 77 manat əsas borc olmaqla, ümumilikdə 3800,2 manat borc və ödənilmiş 59,06 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1775/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1775/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver