Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1823/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 firdun oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 0478 kodlu mətbəx mebeli üçün 2133.6 (iki min yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 528 (beş yüz iyirmi səkkiz) manat dəbbə pulu; 2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ELECTROLUX Kondisionerü çün 1661.7 (bir min altı yüz bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 498 (dörd yüz doxsan səkkiz) manat dəbbə pulu; 3. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01619 kodlu mətbəx mebeli üçün ondan, 1076.5 (bir min yetmiş altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 323.4 (üç yüz iyirmi üç manat, qırx qəpik) manat dəbbə pulu; 4. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********47048 X2 8 markalı telefon üçün 392.8 (üç yüz doxsan iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə pulu;ümumilikdə 6730 manat borc, 87.30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, 0478 kodlu mətbəx mebeli, ELECTROLUX Kondisioner, 01619 kodlu mətbəx mebeli, İMEİ kodu **********47048 X2 8 markalı telefon almış və nəticədə 6730 (altı min yeddi yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2133.6 (iki min yüz otuz üç manat, altmış qəpik) manat (24 ay x 88.9 manat + 0 manat ilkin ödəniş) 0478 kodlu mətbəx mebeli üçün ümumilikdə, 2661.6 (iki min altı yüz altmış bir manat, altmış qəpik) manat olmaqla ondan, 2133.6 (iki min yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 528 (beş yüz iyirmi səkkiz) manat dəbbə pulu ; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1995.6 (bir min doqquz yüz doxsan beş manat, altmış qəpik) manat (12 ay x 166.3 manat + 0 manat ilkin ödəniş) ELECTROLUX Kondisioner üçün ümumilikdə 2159.7 (iki min yüz əlli doqquz manat, yetmiş qəpik) manat olmaqla ondan, 1661.7 (bir min altı yüz altmış bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 498 (dörd yüz doxsan səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2355 (iki min üç yüz əlli beş) manat (24 ay x 98 manat + 3 manat ilkin ödəniş) 01619 kodlu mətbəx mebeli üçün ümumilikdə 1399.9 (bir min üç yüz doxsan doqquz manat, doxsan qəpik) manat olmaqla ondan, 1076.5 (bir min yetmiş altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 323.4 (üç yüz iyirmi üç manat, qırx qəpik) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525.6 (beş yüz iyirmi beş manat, altmış qəpik) manat (12 ay x 43.8 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********47048 X2 8 markalı telefon üçün ümumilikdə 508.8 (beş yüz səksən manat, səksən qəpik) manat olmaqla ondan, 392.8 (üç yüz doxsan iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə pulu borcu qalmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1745.2 manat təşkil edir. İddiaçı ilə cavabdehlə arasında bağlanılmış xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçının əməkdaşları arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbləriin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, 0478 kodlu mətbəx mebeli, ELECTROLUX Kondisioner, 01619 kodlu mətbəx mebeli, İMEİ kodu **********47048 X2 8 markalı telefon almış və nəticədə 6730 (altı min yeddi yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır.Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bütün müqavilələr üzrə iddianı əsas borc(ödənilməyən hissə)məbləğində əsaslı edir və hesab edir ki,qeyd olunan hissədə iddia təmin olunmalıdır. Bununla yanaşı müqavilələr üzrə ayr-ayrılıqda tələb olunan cərimə borclarının azaldılması məqsədəuyğundur.Belə ki,tələb olunan cərimələr əsas borca nisbətdə mütanasib deyil.Ona görə də, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən tələb olunan 528 manat cərimə 50 manat,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən tələb olunan 498 manat cərimə 40 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tələb olunan323 manat cərimə 30 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müəyyən edilmiş 116 manat cərimə 10 ( on) manat müəyyən olunmalıdır. 87.30 manat ödənilmiş dövlət rüsumunun tələb olunması hissəsində də iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 0478 kodlu mətbəx mebeli üçün 2133.6 (iki min yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ELECTROLUX Kondisionerü çün 1661.7 (bir min altı yüz bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə 40 (qırx) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01619 kodlu mətbəx mebeli üçün ondan, 1076.5 (bir min yetmiş altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********47048 X2 8 markalı telefon üçün 392.8 (üç yüz doxsan iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 10 ( on) manat dəbbə pulu; ümumilikdə 5394,60 manat borc, 87.30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 0478 kodlu mətbəx mebeli üçün 2133.6 (iki min yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu ; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ELECTROLUX Kondisionerü çün 1661.7 (bir min altı yüz bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə 40 (qırx) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01619 kodlu mətbəx mebeli üçün ondan, 1076.5 (bir min yetmiş altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********47048 X2 8 markalı telefon üçün 392.8 (üç yüz doxsan iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 10 ( on) manat dəbbə pulu; ümumilikdə 5394,60 manat borc və 87.30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev.
Məhkəmə qərarları › İş №e-2(007)-1823/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1823/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver