Məhkəmə qərarları › İş №e-2(007)-1844/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1844/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1844/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********35460 XİAOMİ POCO F2 Pro markalı telefon üçün 1404,2 (bir min dörd yüz dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 140,8 (yüz qırx manat, səksən qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11434 X1 8 Pro markalı telefon, Samsung LED TV üçün 692 (altı yüz doxsan iki) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Panasonic Termopot, Philips Ətçəkən üçün 485,5 (dörd yüz səksən beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 48,5 (qırx səkkiz manat, əlli qəpik) manat cərimə, ümumilikdə, 2840 manat borc və 48,40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********35460 XİAOMİ POCO F2 Pro, İMEİ kodu **********11434 X1 8 Pro markalı telefonlar, Samsung LED TV, Panasonic Termopot, Philips Ətçəkənalmış və nəticədə 2840 (iki min səkkiz yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1680 (bir min altı yüz səksən) manat (12 ay x 140 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********35460 XİAOMİ POCO F2 Pro markalı telefon üçün ümumilikdə, 1545 (bir min beş yüz qırx beş) manat olmaqla ondan, 1404,2 (bir min dörd yüz dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 140,8 (yüz qırx manat, səksən qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3203 (üç min iki yüz üç) manat (18 ay x 173 manat + 89 manat ilkin ödəniş) İMEİ kodu **********11434 X1 8 Pro markalı telefon, Samsung LED TV üçün ümumilikdə, 761 (yeddi yüz altmış bir) manat olmaqla ondan, 692 (altı yüz doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 (altmış doqquz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 729 (yeddi yüz iyirmi doqquz) manat (18 ay x 40.5 manat + 0 manat ilkin ödəniş) Panasonic Termopot, Philips Ətçəkən üçün ümumilikdə, 534 (beş yüz otuz dörd) manat olmaqla ondan, 485,5 (dörd yüz səksən beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48,5 (qırx səkkiz manat, əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3030,3 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdehna ümumi dəyəri 3203 manat olan İMEİ kodu **********11434 olan X1 8 Pro markalı telefon və Samsung LED TV satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 729 manat olan Panasonic Termopot və Philips Ətçəkən satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1680 manat olan, İMEİ kodu **********35460 olan XİAOMİ POCO F2 Pro markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 12 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixli müqavilə üzrə 1404,2 manat əsas borc, 140,8 manat cərimə borcu olmaqla, ümumilikdə 1545 manat, 19 noyabr 2019-cu il tarixli müqavilə üzrə 692 manat əsas borc, 69 manat cərimə borcu olmaqla, ümumilikdə 761 manat və 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 485,5 manat əsas borc, 48,5 manat cərimə borcu olmaqla, ümumilikdə 534 manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 2840 manat borcu vardır. İşə əlavə olunmuş 13 may 2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 48,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 01 dekabr 2020-ci il, 19 noyabr 2019-cu il və 23 avqust 2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 01 dekabr 2020-ci il tarixli müqavilə üzrə 1404,2 manat əsas borc, 140,8 manat cərimə borcu, 19 noyabr 2019-cu il tarixli müqavilə üzrə 692 manat əsas borc, 69 manat cərimə borcu və 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 485,5 manat əsas borc, 48,5 manat cərimə borcu olmaqla, ümumilikdə 2840 manat borc və ödənilmiş 48,40 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar