Məhkəmə qərarları › İş №e-2(007)-1857/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1857/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1857/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2021-ci il tarixli, 23109119 saylı müqavilə (İMEİ **********682 X1 Tablet, Hoffmann Kondisioner, Hoffmann Kondisioner, İMEİ **********00200 X2 A7 Tablet).

2. xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə (LG paltaryuyan).

3. xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə (İMEİ **********71489 BQ-2430 TANK POWER).

Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. xx.xx.2021-ci il tarixli, 23109119 saylı müqavilə üzrə 552 manat əsas borc, 55 manat cərimə.

2. xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1048,32 manat əsas borc, 104,68 manat cərimə.

3. xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 71,12 manat əsas borc, 7,88 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 1839 manat borc və 38,39 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23109119 saylı müqavilə üzrə 552 manat əsas borc, 55 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1048,32 manat əsas borc, 104,68 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 71,12 manat əsas borc, 7,88 manat cərimə borcu olmaqla ümumilikdə 1839 manat vəsait və ödənilmiş 38,39 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar