Məhkəmə qərarları › İş №e-2(007)-1862/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1862/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1862/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilində əskik olan 4 kv.m. sahənin dəyəri (4.0 x 370.0 = 1480.0 AZN) 2018-ci il mart ayından indiyə qədərki inflyasiya (1480.0 x 40.6% = 600.8 AZN) ilə birlikdə nəzərə alınaraq 2080.0 manat pul cavabdehdən onun xeyrinə tutulması, cavabdehin öhdəliyində olmasına baxmayaraq öz hesabına suvatdırdığı sanitariya qovşağının (hamam və tualet) divarlarına çəkilən 400.0 manat pul cavabdehdən onun xeyrinə tutulması, mənzilin yataq otağında pəncərə ilə bağlı onunla razılaşdırılmadan edilmiş dəyişikliyə görə növbəti 30 ildə əlavə çəkəcəyi təbii qaz və elektrik xərclərinə görə 1000.00 manat pul cavabdehdən onun xeyrinə tutulması, bu müddət ərzində cavabdeh tərəfindən məruz qaldığı zaman itkisi, maddi sıxıntılar və əsəb gərginliklərinə görə təzminat olaraq 2000.0 manat pul cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən tərəflər:

2. İddiaçı nümayəndəsi Nümayəndə ərizə verərək iddia ərizəsindən imtina etməyini nəzərə alaraq mülki işə xitam verilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

4. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraatına xitam verilməlidir.

8. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir.

9. Bundan başqa iş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, Nümayəndə hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 74.80 manat (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221103, tarix: xx.xx.2024, saat 13:59:17) məbləğində dövlət rüsumu ödəmişdir.

10. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, iddiaçı tərəfindən ödənilmiş 74.80 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır.

Nəticə:

11. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraatına xitam verilməli və mülki iş üzrə icraata xitam verildiyindən, iddiaçı tərəfindən ödənilmiş 74.80 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı nümayəndəsi Nümayəndə iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 100 manat (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221103, tarix: xx.xx.2024, saat 13:59:17) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar