Məhkəmə qərarları › İş №e-2(007)-1863/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1863/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1863/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Stand, İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C, İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefonlar, Məhsulun qaytarılmasından sonra qalan borc, BEURER ayaq üçün Spa, X7, X11, Panasonic Üz qırxan, Total Zərbəli drel, X3, Canon Fotoaparat, X8 almış və nəticədə 1391 (bir min üç yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 525.6 (beş yüz iyirmi beş manat, altmış qəpik) manat (18 ay x 29.2 manat + 0 manat ilkin ödəniş) Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Standüçün ümumilikdə, 249 (iki yüz qırx doqquz) manat olmaqla ondan, 226.5 (iki yüz iyirmi altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 22.5 (iyirmi iki manat, əlli qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 483.4 (dörd yüz səksən üç manat, qırx qəpik) manat (18 ay x 25.8 manat + 19 manat ilkin ödəniş) İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C markalı telefonüçün ümumilikdə, 227 (iki yüz iyirmi yeddi) manat olmaqla ondan, 206.4 (iki yüz altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20.6 (iyirmi manat, altmış qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 495 (dörd yüz doxsan beş) manat (18 ay x 27.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefonüçün ümumilikdə, 224 (iki yüz iyirmi dörd) manat olmaqla ondan, 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 220.2 (iki yüz iyirmi manat, iyirmi qəpik) manat (3 ay x 73.4 manat + 0 manat ilkin ödəniş) məhsulun qaytarılmasından sonra qalan borc üçün ümumilikdə, 160 (yüz altmış) manat olmaqla ondan, 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 126 (yüz iyirmi altı) manat (12 ay x 10.5 manat + 0 manat ilkin ödəniş) BEURER ayaq üçün Spa üçün ümumilikdə, 35 (otuz beş) manat olmaqla ondan, 31.5 (otuz bir manat, əlli qəpik) manat ödənilməmiş hissə, 3.5 (üç manat, əlli qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 153 (yüz əlli üç) manat (18 ay x 8.5 manat + 0 manat ilkin ödəniş) X7 üçün ümumilikdə, 74 (yetmiş dörd) manat olmaqla ondan, 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 140.4 (yüz qırx manat, qırx qəpik) manat (18 ay x 7.8 manat + 0 manat ilkin ödəniş) X11 üçün ümumilikdə, 69 (altmış doqquz) manat olmaqla ondan, 62.4 (altmış iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 158.4 (yüz əlli səkkiz manat, qırx qəpik) manat (18 ay x 8.8 manat + 0 manat ilkin ödəniş) Panasonic Üz qırxan üçün ümumilikdə, 48 (qırx səkkiz) manat olmaqla ondan, 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 90 (doxsan) manat (18 ay x 5 manat + 0 manat ilkin ödəniş) Total Zərbəli drel üçün ümumilikdə, 40 (qırx) manat olmaqla ondan, 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 306 (üç yüz altı) manat (18 ay x 17 manat + 0 manat ilkin ödəniş) X3 üçün ümumilikdə, 149 (yüz qırx doqquz) manat olmaqla ondan, 136 (yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1329.6 (bir min üç yüz iyirmi doqquz manat, altmış qəpik) manat (24 ay x 55.4 manat + 0 manat ilkin ödəniş) Canon Fotoaparat, X4 ümumilikdə, 116 (yüz on altı) manat olmaqla ondan, 105.6 (yüz beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 10.4 (on manat, qırx qəpik) manat cərimə; Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Canon markalı fotoaparatı xx.xx.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 1161.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 62.4 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1161.6 manat, digər 10 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1536.2 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Qeyd olunanlara əsasən, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Stand üçün 226.5 (iki yüz iyirmi altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 22.5 (iyirmi iki manat, əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C markalı telefon üçün 206.4 (iki yüz altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20.6 (iyirmi manat, altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, BEURER ayaq üçün Spaüçün 31.5 (otuz bir manat, əlli qəpik) manat ödənilməmiş hissə, 3.5 (üç manat, əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X7 üçün 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X9 62.4 (altmış iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Panasonic Üz qırxan üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Total Zərbəli drel üçün 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X3 üçün 136 (yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Canon Fotoaparat, X8 üçün 105.6 (yüz beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 10.4 (on manat, qırx qəpik) manat cərimə, ümumilikdə 1391 manat borc, 33.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22007747 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Stand verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 22007747 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 29-dan gec olmayaraq 18 ay müddətinə 29.20 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22007747 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Standi tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Stand üçün 226.5 (iki yüz iyirmi altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 22.5 (iyirmi iki manat, əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C markalı telefon üçün 206.4 (iki yüz altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20.6 (iyirmi manat, altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, BEURER ayaq üçün Spa üçün 31.5 (otuz bir manat, əlli qəpik) manat ödənilməmiş hissə, 3.5 (üç manat, əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X7 üçün 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X11 üçün 62.4 (altmış iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Panasonic Üz qırxan üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Total Zərbəli drel üçün 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X3 üçün 136 (yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Canon Fotoaparat, X4 105.6 (yüz beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 10.4 (on manat, qırx qəpik) manat cərimə, ümumilikdə 1391 manat borcu vardır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21263205 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə, İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21263205 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 2-dən gec olmayaraq 18 ay müddətinə 25.8 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21263205 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21183095 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə , İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21183095 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 20-dən gec olmayaraq 18 ay müddətinə 27.5 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21183095 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasından bağlanmış xx.xx.2020-ci il tarixli, 22115917 nömrəli Razılaşmadan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən istifadəsinə verilmiş Canon Fotoaparatı geri qaytarmış, məhsulun qaytarılmasından sonra qalan borc məbləği 220 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22048371 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə, BEURER ayaq üçün Spa verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 22048371 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 10.50 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22048371 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən BEURER ayaq üçün Spanı am qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21279949 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə X7 verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21279949 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 10-dan gec olmayaraq 18 ay müddətinə 8.50 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21279949 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən X6 tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21273167 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə X11 verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21273167 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 27-dən gec olmayaraq 18 ay müddətinə 7,80 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21273167 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən X10 tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21273167 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə X11 verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21273167 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 27-dən gec olmayaraq 18 ay müddətinə 7,80 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21273167 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən X10 tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21248455 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə , Panasonic Üz qırxan verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21248455 nömrəli nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 20-dən gec olmayaraq 18 ay müddətinə 8,80 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21248455 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən, Panasonic Üz qırxanı tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21266595 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə, Total Zərbəli drel verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21266595 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 24-dən gec olmayaraq 18 ay müddətinə 5,40 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21266595 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən,Total Zərbəli dreli tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21273271 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə, X3 verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21273271 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 25-dən gec olmayaraq 18 ay müddətinə 17 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21273271 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən, X2 tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22036778 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə, Canon Fotoaparat, X8 verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 22036778 nömrəli müddətli (nisyə) alğısatqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 26-dan gec olmayaraq 24 ay müddətinə 55,40 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22036778 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən, Canon Fotoaparat, X8 tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Stand, İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C markalı telefon, İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefon, BEURER ayaq üçün Spa, X7 X11 , Panasonic Üz qırxan, Total Zərbəli drel üçün, X3 Canon Fotoaparat, X8 və məhsulun qaytarılmasından sonra qalan borcu ödəməməmişdir. İddiaçıMMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 33,91 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, X1 in istifadəsinə Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Stand, İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C markalı telefon, İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefon, BEURER ayaq üçün Spa, X7 X11 , Panasonic Üz qırxan, Total Zərbəli drel üçün, X3 Canon Fotoaparat, X8 verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və və məhsulun qaytarılmasından sonra qalan borcu ödəməməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33,91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Wonlex Saat, Wonlex Saat, HP komputer çantası, Trust Quasar qulaqlıq, X5 Cooling Stand üçün 226.5 (iki yüz iyirmi altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 22.5 (iyirmi iki manat, əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********39258 XİAOMİ REDMİ 9C markalı telefon üçün 206.4 (iki yüz altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20.6 (iyirmi manat, altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23195 XİAOMİ REDMİ 9C markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, BEURER ayaq üçün Spa üçün 31.5 (otuz bir manat, əlli qəpik) manat ödənilməmiş hissə, 3.5 (üç manat, əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X7 üçün 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X9 62.4 (altmış iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Panasonic Üz qırxan üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Total Zərbəli drel üçün 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X3 üçün 136 (yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Canon Fotoaparat, X8 üçün 105.6 (yüz beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 10.4 (on manat, qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 1391 (min üç yüz doxsan bir) manat borc və 33.91 (otuz üç manat, doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar