Məhkəmə qərarları › İş №e-2(007)-1869/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1869/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1869/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********52472 olan “Samsung Galaxy A55” 5G markalı telefon üçün 914.94 (doqquz yüz on dörd manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 91.49 (doxsan bir manat, 49 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, “Samsung Galaxy Buds3” qulaqlıq, “Huaweı Watch GT4 46mm” qol saat üçün 741.50 (yeddi yüz qırx bir manat, 50 qəpik) manat ödənilməmiş hissə, 74.15 (yetmiş dörd manat, 15 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Samsung 25w Compact Charger”, “Case” almaq üçün 87.70 (səksən yeddi manat, 70 qəpik) manat ödənilməmiş hissə, 8.77 (səkzi manat, 77 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1942.15 manat borc və 39.43 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********52472 olan “Samsung Galaxy A55 5G” markalı telefon, “Samsung Galaxy Buds3” qulaqlıq, “Huaweı Watch GT 4 46mm” qol saat, “Samsung 25w Compact Charger”, “Case” almış və nəticədə 1942.15 (min doqquz yüz qırx iki manat, 15 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1220.04 manat olan İmei Kodu **********52472 “Samsung Galaxy A55 5G” markalı telefon üçün ümumilikdə, 1030.03 manat olmaqla ondan, 914.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, müştəriyə güzəşt olunaraq 91.49 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 809.04 manat olan “Samsung Galaxy Buds3” qulaqlıq, “Huaweı Watch GT 4 46mm” qol saatı üçün ümumilikdə, 815.65 manat olmaqla ondan, 741.50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74.15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 117 manat olan “Samsung 25w Compact Charger”, “Case” almaq üçün ümumilikdə, 96.47 manat olmaqla ondan, 87.70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.77 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 401.94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilməlidir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

İş materialları:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********52472 olan “Samsung Galaxy A55” markalı telefon, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Samsung 25W compact charger” və “Samsung A55 silicone case” və xx.xx.2024-cü il tarixli, 18046196 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə “Samsung Galaxy BUDS3”, ”Huawei watch GT4” vermək, cavabdeh tərəfindən isə müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəmək öhdəsinə götürülmüşdür.

4. xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 17-dən gec olmayaraq 12 ay müddətində hər ay 101.67 manat olmaqla, cəmi 1220.04 manat, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 17-dən gec olmayaraq 12 ay müddətində hər ay 9.75 manat olmaqla, cəmi 117 manat və xx.xx.2024-cü il tarixli, 18046196 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 31-dan gec olmayaraq 12 ay müddətində hər ay 67.42 manat olmaqla, cəmi 809.03 manat ödəniş etməlidir.

5. xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli və xx.xx.2024-cü il tarixli 18046196 nömrəli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli və xx.xx.2024-cü il tarixli 18046196 nömrəli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.

6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli müqavilə üzrə 919.94 manat əsas, 91.49 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum olmaqla, cəmi 1030.03 manat, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli müqavilə üzrə 87.70 manat əsas, 8.77 manat cərimə borcu olmaqla, cəmi 96.47 manat və xx.xx.2024-cü il tarixli, 18046196 nömrəli müqavilə üzrə 741.50 manat əsas, 74.15 manat cərimə borcu olmaqla, cəmi 815.65 manat, ümumilikdə 1942.15 manat borcu vardır.

7. İddiaçı MMC tərəfindən Cavabdehna ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İmei kodu **********53472 “Samsung Galaxy A55” 5G mobil telefonun açılıb bağlanılması xdimətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir.

9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 39.43 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

10. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 18665419 nömrəli, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli və xx.xx.2024-cü il tarixli 18046196 nömrəli alqısatqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borclarının yaranması işin mübahisəsiz hallarıdır.

11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

12. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

17. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

18. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 18665419 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş etmədən, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 101.67 manat ödəmək şərti ilə ümumi dəyəri 1220.04 manat olan İmei kodu **********52472 olan “Samsung Galaxy A55” markalı telefon, xx.xx.2024-ci il tarixli 02037643 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş etmədən cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 9.75 manat ödəmək şərti ilə ümumi dəyəri 117 manat olan “Samsung 25W compact charger” və “Samsung A55 silicone case” və xx.xx.2024-cü il tarixli 18046196 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli 18046196 nömrəli müqavilə üzrə ilkin ödəniş etmədən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 67.42 manat ödəmək şərti ilə ümumi dəyəri 809.03 manat olan İmei kod **********20547 olan “Samsung Galaxy BUDS3”, ”Huawei watch GT4” satın almışdır.

19. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

20. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli müqavilə üzrə 914.94 manat, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli müqavilə üzrə 87.70 manat və xx.xx.2024-cü il tarixli, 18046196 nömrəli müqavilə üzrə 741.50 manat borcu vardır.

21. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-ci il tarixli 18665419 nömrəli müqavilə üzrə 914.94 manat, xx.xx.2024-cü il tarixli 02037643 nömrəli müqavilə üzrə 87.70 manat və xx.xx.2024-cü il tarixli 10735523 nömrəli müqavilə üzrə 741.50 manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.

23. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində penya ödəməyi öhdəsinə götürmüşdür.

24. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər(MM 462.1; 465.2m).

25. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

26. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

27. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-ci il tarixli 18665419 nömrəli müqavilə üzrə 91.49 manat təşkil edən cərimə məbləğinin 10 manat, xx.xx.2024-cü il tarixli 02037643 nömrəli müqavilə üzrə 8.77 manat təşkil edən cərimə məbləğini 1 manat və xx.xx.2024-cü il tarixli 18046196 nömrəli müqavilə üzrə 74.15 manat təşkil edən cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

28. Həmçinin İddiaçı MMC Cavabdeh qarşı İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsumunun tutulmasını tələbini irəli sürmüş və tələbini müqavilənin 3.5-ci bəndinə istinad etməklə, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində ona 23.6 manat məbləğində zərər dəyməsi ilə əsaslandırmışdır.

29. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə biləcəyi, müqavilənin 3.5-ci bəndinə əsasən isə müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.

30. Göründüyü kimi müqavilənin qeyd edilən bəndi iddiaçıya cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün əlavə tədbir görmək hüququ verir.

31. İddiaçı isə hazırda cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün qeyd edilən hüququndan istifadə etdiyini bildirirək ona zərər dəydiyini iddia edir. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd edilən hüququndan istifadə etməsinə dair mötəbər sübut təqdim edilməmişdir.

32. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müqavilə üzrə cavabdehin sahiblik və istifadəsinə verilmiş telefonun İMEİ kodunun deaktiv olunması ilə bağlı sübut təqdim etməlidir.

33. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı isə iddiaçı tərəfindən tərtib edilmiş bir sənəd olduğundan və iddiaçının istifadəsində olan mobil telefonun deaktiv olunmasını birbaşa təsdiq edən sənəd olmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı zərər dəydiyini, dəyiş zərərin məbləğini və zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəydiyini sübut etmə öhdəliyi daşıyır. Odur ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz.

34. Məhkəmə ümumiyyətlə müqavilənin qeyd edilən şərti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən alqı-satqı müqaviləsinin obyekti olan əşyanın dəyəri tam şəkildə ödənilənədək həmin əşyaya mülkiyyət hüququnun iddiaçıda saxlanılması cavabdehin müqavilə obyekti olan əşyaya sahiblik və istifadə hüququna bu şəkildə müdaxilə edilməsi əsası verməməlidir. Mülki qanunvericilikdə nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilmədiyi halda iddiaçının əşyanı geri tələb edilmək və ya dəyərinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə müqavilənin qeyd edilən şərtini mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

35. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 39.43 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli müqavilə üzrə 914.94 manat əsas, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli müqavilə üzrə 87.70 manat əsas, 1 manat cərimə və xx.xx.2024-cü il tarixli 18046196 nömrəli müqavilə üzrə 741.50 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 1765.14 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

37. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39.43 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 18665419 nömrəli müqavilə üzrə 914.94 manat əsas, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 02037643 nömrəli müqavilə üzrə 87.70 manat əsas, 1 manat cərimə və xx.xx.2024-cü il tarixli 18046196 nömrəli müqavilə üzrə 741.50 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 1760.14 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.43 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCnin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar