Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1890/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2024-cü il tarixli müqavilə (İmei kodu **********23282 olan “Samsung Galaxy S24” markalı telefon, “Samsung” markalı Charger, X2 2 il xidməti)
2. xx.xx.2024-cü il tarixli müqavilə (“X3 2 Pro” markalı qulaqlıq, “X1 KS Pro” markalı saat, X2 3 il xidməti)
3. xx.xx.2023-cü il tarixli müqavilə (İmei kodu **********03818 olan “Honor 90 Lite” markalı telefon)
3. Müqavilələrin predmeti- nisyə alqı-satqı. Tələb olunan məbləğ:
1. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2116,08 manat əsas borc, 211,61 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat.
2. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 242,80 manat əsas borc, 24,28 manat cərimə.
3. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 25,60 manat əsas borc, 2,56 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 2646,53 manat borc və 46,47 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilələr üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə biləcəyi, müqavilənin 3.5-ci bəndinə əsasən isə müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi müqavilənin qeyd edilən bəndi iddiaçıya cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün əlavə tədbir görmək hüququ verir. İddiaçı isə hazırda cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün qeyd edilən hüququndan istifadə etdiyini bildirirək ona zərər dəydiyini iddia edir. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd edilən hüququndan istifadə etməsinə dair mötəbər sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müqavilə üzrə cavabdehin sahiblik və istifadəsinə verilmiş telefonun İMEİ kodunun deaktiv olunması ilə bağlı sübut təqdim etməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı isə iddiaçı tərəfindən tərtib edilmiş bir sənəd olduğundan və iddiaçının istifadəsində olan mobil telefonun deaktiv olunmasını birbaşa təsdiq edən sənəd olmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı zərər dəydiyini, dəymiş zərərin məbləğini və zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəydiyini sübut etmə öhdəliyi daşıyır. Odur ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 25,60 manat əsas borc, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 242,80 manat əsas borc, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2116,08 manat əsas borc, 105 manat cərimə borcu olmaqla ümumilikdə 2502,48 manat vəsait və ödənilmiş 46,47 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həqiqət Əhmədova