Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1893/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə müstəqil tələb irəli sürçəyən 3-cü şəxslər Bakı şəhəri 7 saylı dövlət Notariat kontoru və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin eibarsız hesab edilməsi və həmin şəhadətnamələrə əsasən verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin eibarsız hesab edilməsi və həmin şəhadətnamələrə əsasən verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən 0,0958 ha torpaq sahəsinə dair ünvan 1ən 23.10.2019-cu il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələrin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Əliyeva X11 Ülfət Ağababa qızına, X12 və X13 qarşı “miras mülkə dair 1/3 vərəsəlik payının yerində bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdirlər. Məhz həmin iddiadan sonra hazırki iş üzrə İddiaçı (həmçinin onun qızlarına) məlum olmuşdur ki, mərhum əri X1 ona miras qalmaqla istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən 0,0958 ha torpaq sahəsinə dair cavabdehlərin adlarına 23.10.2019-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər verilmiş və həmin şəhadətnamələr əsasında onlar mübahisəli əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarışlar əldə etmişlər. Mübahisə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən 0,0958 ha torpaq sahəsi ilə bağlıdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən həmin torpaq sahəsi 1963-cü ilin avqust ayında verilmiş “şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasporta əsasən iddiaçının qayınatası X7 məxsus olmuşdur. Onun 08.01.1995-ci il tarixdə vəfat etmiş Həsənova (Gülümova) Leyla Kazım qızı ilə olan nikahından 3 övladı olmuşdur: 1) X8 (iddiaçının əri); 2) Cavabdeh2 (iddiaçının baldızı); 3) Cavabdeh1 (iddiaçının baldızı). X9 04.01.2010-cu il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin mübahisəli əmlaka yalnız X8 faktik sahiblik etməyə və onu (əmlakı) idarə etməyə başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən). Belə ki, məhz o, ailə üzvləri (arvadı - İddiaçı, qızları - Ülkər və Könül Həsənovalar) ilə mübahisə torpaq sahəsinin üzərində yerləşən evdə yaşamaqla həmin ünvanda qeydiyyatda olmuşdur (yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surəti iddia ərizəsinə əlavə edilir). İşin qeyd edilən faktiki halı iddia ərizəsinə əlavə edilən digər sənədlərlə də - kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin sonradan (X3 ölümündən sonra) onun adına tərtib edilməsi, həmin əmlaka görə torpaq vergisinin onun tərəfindən ödənilməsi barədə bildirişin surəti, Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi notariusunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə ünvanladığı məktub, X4 mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq dövlət qurumlarına ünvanladığı məktublar və aldığı cavablar - mübahisəsiz şəkildə öz təsdiqini tapmaqdadır. Göründüyü kimi, X4 atasının mirasını qəbul etdiyi işin mübahisələndirilməyən halıdır. Cavabdehlərin isə həmin torpaq sahəsinə ümumiyyətlə aidiyyatları olmamışdır. Bununla belə, X8 atasının mirasını faktiki və rəsmi qəbul etsə də, ölən günə kimi həmin əmlakı daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə aldıra bilməmişdir. Belə ki, o torpaq sahəsini sənədləşdirmək üçün müvafiq dövlət qurumlarına çoxsaylı məktublar ünvanlasa da, buna müvəffəq ola bilməmiş və Binsvanger xəstəliyi ilə əlaqədar vəfat etmişdir. İşin digər hallarına görə isə, X8 23.08.2018-ci il tarixdə ölmüş, ölümündən sonra onun miras əmlakını arvadı və hazırki iş üzrə İddiaçı faktiki və rəsmi qəbul etmiş, qızları Ülkər və Könül Həsənovalar isə notariat kontoruna ünvanladıqları ərizələrlə atalarının mirasından onlara çatası paydan imtina etdiklərini bildirmişlər. X4 mərhum atası X5 vərəsəlik qaydasında faktiki, sonradan isə rəsmi qəbul etməklə əldə etdiyi mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olmadığından həmin əmlaka dair ayrıca “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi mümkün olmamışdır. Halbuki, daşınmaz əmlaka dair 1963-cü ilin avqust ayında verilmiş “şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun əsli iddiaçının mərhum əri Təhmasib Həsənovda olmuş və hazırda da iddiaçıdadır. Bununla belə, mülki qanunvericilik mirasın qismən (hissəvi) qəbulunu qəbul etmədiyindən İddiaçı mübahisəli torpaq sahəsini də qəbul etmiş hesab edilir. X4 vəfatını fürsət bilən cavabdehlər mərhum ataları X3 vəfatından təxminən 9 il 8 ay sonra - yəni, 05.09.2019-cu il tarixdə mübahisəli torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış almağa müvəffəq olmuş, bundan sonra isə Bakı şəhəri 7 saylı notariat kontorunda məhz mərhum Təhmasib Həsənovun müraciəti əsasında 2015ci ildə X3 vərəsəlik işinin 14.03.2019-cu il tarixdə davam etdirilməsinə nail olmaqla mübahisəli torpaq sahəsinə dair 23.10.2019-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrini almışlar. Məhz həmin şəhadətnamələrin əsasında mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən 0,0958 ha torpaq sahəsi 15.08.2020-ci il tarixdə 1/3 hissədə Cavabdeh1, 15.08.2020-ci il tarixdə 1/3 hissədə Cavabdeh2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, qalan 1/3 hissə isə yenə mərhum X3 adına qeyd edilməklə açıq saxlanılmışdır. Həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tamamilə qanunsuzdur, işin faktiki hallarına uyğun deyil. Çünki yuxarıda da göstərildiyi kimi, mərhum X6 miras əmlakını yalnız X8 qəbul etmişdir. Cavabdehlərin həmin torpaq sahəsi ilə ümumiyyətlə heç bir əlaqələri olmamış, onu miras olaraq qəbul etməmişlər. Ümumiyyətlə, mərhum X3 miras əmlakı Mülki Məcəllənin 1246-cı maddəsinə müvafiq olaraq 6 ay ərzində onun vərəsələri tərəfindən faktiki və ya rəsmi qaydada qəbul edilə bilərdi (miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnmək, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə). Həmin mirasın X3 mirasının açılmasından 6 ay ərzində cavabdehlər tərəfindən rəsmi qaydada qəbul edilmədiyi mübahisə mövzusu deyildir. Vərəsəlik işində də, mirasın onlar tərəfindən faktiki qəbul edilməsi barədə hər hansı sübut mövcud deyildir və ola da bilməz. Əksinə müvafiq arayışlarla müəyyən edilir ki, Cavabdeh1 Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi ev 95F ünvanında, digər Cavabdeh2 isə Çobanzadə küçəsi ev 47A, m.63 ünvanında qeydiyyatda olmaqla yaşadıqları müəyyən edilir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etmədikləri işin mübahisəsiz halıdır. Belə olan halda isə, onların adlarına tərtib edilmiş 23.10.2019-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməlidir. Həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qanunsuz olduqlarından onların əsasında müvafiq dövlət reyestrində aparılmış qeydlər və verilmiş hüquqmüəyyənedici sənədlər birmənalı olaraq ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, vərəsəlik haqqında şəhadətnamə 23.10.2019-cu ildə tarixdə verilsə də, vərəsəlik işi iddiaçının mərhum həyat yoldaşı X8 tərəfindən 2015-ci ildən başlanılıb və bu faktla bağlı iş materiallarında sənədlər də vardır. İddiaçının yoldaşı torpağa dair çıxarış almaq üçün notariusa müraciət etmiş, amma çıxarışı əldə edə bilməmişdir. Bununla bağlı Təhmasibin çoxsaylı müraciətləri olmuş, lakin imtina edilmişdir. Həmin torpağın sənədləri Təhmasibdə olduğu halda çıxarış ala bilməmişdir. Cavabdehlər bütün bu sənədlər Təhmasibdə ola-ola çıxarış almışlar. Cavabdehlər Təhmasib öldükdən sonra gizlin çıxarış almış və vərəsəlik işini tamamlamış və iddiaçıdan ev tələb etmişlər. Cavabdehlərin çıxarışı əldə etmələrindən iddiaçının fevral ayında məlumatı olub. Cavabdehlər vərəsəlik şəhadətnaməsinə əsasən çıxarış almışdırlar. Həmin mənzildə hal-hazırda da iddiaçı yaşayır və onun xəbəri olmadan ərinin bacılarına həmin mənzilə çıxarış almışlar. Təhmasib sənədlər özündə ola- ola çıxarış ala bilməmişdir. Cavabdehlər ataları vəfat etdikdən sonra məlumatları olduğu halda heç biri miras işi ilə məşğul olmamışdır. Bu işlə yalnız Təhmasib məşğul olub və faktiki mirası qəbul etmiş, bacılar 1/3 pay almış və Təhmasibin payı açıqdır. Vəkil1 iddia müddəti ilə bağlı məlumatları olmadığını, 2021-ci il fevral ayının sonunda bildiklərini və dərhal iddia qaldırdıqlarını bildirdi. Təhmasib atası rəhmətə gedən kimi mirası qəbul etmişdir. Təhmasib və onun ailə üzvləri orada qeydiyyatdadırlar. Burada iddia müddəti 2021-ci ilin fevral ayının sonundan mart ayına kimi hesablana bilər, cavabdehlər iddia qaldırdıqdan, çıxarışla iddiaçının qapısına gəldikdən sonra iddiaçının məlumatı olmuşdur. Heç DƏDRXdən gəlməmişlər, ilkin sənədər iddiaçıda ola-ola necə çıxarış almışlar məlum deyil. İddiaçının məlumatı olan kimi iddia qaldırmışdır. Cavabdehlərdən biri Lalənin həyat yoldaşı Təhmasibin adından etbarnaməyə əsasən bu işlə məşğul olur. Cavabdehlər 2010-cu ildə atası rəhmət gedəndən sonra müraciət etməmişlər və mirası qəbula bağlı müddəti ötürmüşlər. Cavabdehlər mirası qəbul etmə də bütün müddətləri ötürmüşlər. Ev kitabçasında da qeyd olduğu kimi Ülfət 1988-ci ildən orada yaşayıb, uşaqları orada doğulub boya-başa çatıblar və qeydiyyatları da orada olub. Əgər daşınmazdan gəlmişlərsə orada razılaşma aktı olmalı, orada torpaq sahəsi var iddiaçının və qonşuların imzaları olmalıdır. Heç kəs gəlməmiş, ölçü işi aparılmamış və iddiaçının məlumatı olmamışdır. Əmlakı Təhmasib tam şəkildə qəbul etmişdir. Həmin əmlakda yarımçıq tikili var, cavbdehlər gəlib orada bir qıfıl qoyardı ki, əmlak onlarındı. 2010-cu il tarixdə rəhmətə gedən adamın adına 2019-cu ildə çıxarışı verilib. Məmmmədhəsənin adında pay açıq qalıb, çıxarışı Lalə xanım 19 avqustda, Maisə xanım isə 15 avqustda alıb. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə, eyni zamanda iddia tələbini qəbul etməmələrinə dair yazılı etiraz təqdim etmişlər. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən pozulmuş hesab eldiyi hüquqlarının bərpası ilə əlaqədar Mülki Məcəllənin 1272-ci maddəsi ilə müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür. Cavabdehlər 7 saylı notariat kontoruna mirasın qəbul edilməsi ilə bağlı 14.03.2019-cu il tarixdə müraciət etmiş və 23.10.2019-cu il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə onların hər birinin miras əmlakdan payının 1/3 hissədə olması müəyyən edilməklə yanaşı, miras əmlakın qalan 1/3 hissəsi açıq saxlanılmışdır. İddiaçı 7 saylı notariat kontorunda 14 yanvar 2019-cu il tarixdə “VAZ 21074” markalı, 10-HM- 032 dövlət qeydiyyat nişanlı avtomobil və 16 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Ncynıətulla küçəsi, bina 58-2E, 48 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra isə cavabdehlər 14 mart 2019-cu ildə həmin notariusa müraciət etmişlər. Qeyd olunanlarla təsdiq olunur ki, İddiaçı cavabdehlərin mirasın qəbulu ilə bağlı rəsmiləşdirmə işlərinin aparılması zamanı notariat orqanına müraciət edərək mirası qəbul etməsindən xəbəri olmuşdur. İddiaçı cavabdehlərin hər birinin payının nüiəyyən edilib, dövlət reyestrində qeydiyyata alınmasından təxminən 2 il keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdehlər iddia tələbinin mahiyyəti ilə bağlı yazılı etirazlarında bildirmişlər ki, 04.01.2010-cu il tarixdə X9 vəfat etmişdir. 05.09.2019-cıı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanıda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyatdan keçmişdir. Mərhumun vərəsələri X8, Cavabdeh2 və Cavabdeh1 olmuşdur. 23.08.2018-ci il tarixdə X8 vəfat etmişdir. 23.10.2019-cıı il tarixdə Cavabdeh2 və Cavabdeh1 notariat kontoruna müraciət edərək hər biri 1/3 hissədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mübahisəli evə dair miras 04.01.2010-cıı il tarixdə açılmış, iddiaçının əri isə 23.08.2018-ci il tarixdə, yəni mülkiyyətçinin ölümündən 3 ay sonra yox, 8 il sonra vəfat etmişdir. Belə olan halda hazırki iş üzrə Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən irsi transmissiya institutunun tətbiq olunması üçün hüquqi əsaslar mövcud deyildir. Buna görə də iddia tələbi əsaslı hesab oluna bilməz və tamamilə əsassızdır. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. 04.01.2010-cu il tarixdə vəfat edən mirasqoyan X3 adına 05.09.2019-cu il tarixdə mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatdan keçmiş, mərhumun vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə üç ay müddətində, yəni 23.10.2019-cu il tarixdə mübahisəli miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 26 avqust 2015-ci il tarixli etibarnamə əsasında X4 nümavəndəsi kimi İddiaçı Agababa qızı 27 avqust 2015-ci il tarixdə ünvan 8 müraciət edərək ondan başqa Cavabdeh2 və Cavabdeh1 vərəsə olduğunu göstərmişdir. Məhəkəmə iclasında cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizənin və yazılı etirazın məzmununa uyğun izahat verərərk iddia tələbinin təmin edilməməmsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, Həsənov Məmmədhəsən 2010-cu ildə vəfat etdikdə həmin əmlak DƏDRX-də qeydiyyatda olmamış, həmin əmlak dövlət qeydiyyatda keçdikdən sonra 05.09.2019-cu ildə cavabdehlər çıxarış aldıqdan sonra notariusa müraciət etmiş və vərəsəlik şəhadətnaməsi almışlar. İddiaçıya 14.01.2019-cu ildə nəqliyyat vasitəsi ilə bağlı şəhadətnamə verilmişdir və həmin vaxtdan vərəsəlik işinin açılmasından məlumatı var idi. Cavabdehlər Ülfət xanımın payını ələ keçirməmişlər və iddiaçı müraciət edib payını ala bilər. Həmin əmlakın çıxarışı olmasaydı cavabdehlər notarisa müraciət edə bilməzdilər. DƏDRX-dən həmin əmlaka çıxarış verəndə əməkdaşlar əmlaka baxış keçirmişlər, əmlakın açarları cavabdehlərdə olmamış, lakin orada ölçmə işləri aparmışlar və həmin vaxt Ülfət xanım da orada olmuşdur. Mirasa daşınmaz əmlakdan 05.09.2019-cu il tarixdə çıxarış alınandan sonra cavabdehlər də mirası qəbul etmişlər. Cavabdehlər notariat orqanına müraciət etməklə miras əmlakı qəbul etmişlər. Miras əmlakla verilmiş şəhadətnamələr tam qanunidir. Orada 2010-cu ilə kimi Həsənov Məmmədhəsən yaşayıb, ondan sonra orada heç kəs yaşamamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürçəyən 3-cü şəxslər Bakı şəhəri 7 saylı dövlət Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri 7 saylı dövlət Notariat Kontoru məhkəməyə 10.11.2021-ci il tarixli məktub ünvanlayaraq iş həcminin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda 10.11.2021-ci il tarixli məktubunda iddia tələbi ilə bağlı bildirmişdir ki, mərhum X2 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0958 ha olan torpaq sahəsinə dair mərhumun vərəsələri qızlarına, mərhum oğlu X8 vəfat etdiyi üçün onun arvadı İddiaçı Ağabala qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 verdiyi 26.08.2015-ci il tarixdə 7 saylı Xüsusi Notariat Ofisində 7E-8516 reyestli etibarnaməyə əsasən vərəsəliyin qəbulu haqqında iş № 1-161-2015 27 avqust 2015-ci il tarixli ərizədə İddiaçı Ağabala qızı şəxsən özü imza etmişdir. Ərizədə mərhumun digər vərəsələrinin soyadları Cavabdeh2 və Cavabdeh1 da qeyd edilmişdir. 27/08 2015-ci il tarixdə İddiaçı Ağabala qızının Bakı şəhəri 7 saylı Notariat Ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün təqdim etdiyi sənədlərin içərisində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinin 27.08.2013-cü il tarixli arayışında mərhumun bütün vərəsələrinin adları qeyd edilmişdir, həmin arayışda onların həmin ünvandan qeydiyyatdan çıxmaları barədə heç bir qeydiyyat aparılmamışdır və onlar vərəsə kimi nəzərə alınmışdır, vərəsələr arasında heç bir mübahisənin, narazılığın olması barədə notariat ofisinə məlumat daxil olmamışdır. Mərhumun vərəsələri olan qızları ilə Notriat Ofisində söhbətlər aparılan zaman məlum olmuşdur ki, vərəsələri (qızları) mütəmadi olaraq atalarına məxsus evə atalarının sağlığında və atalarının ölümündən sanra həmin evə gedib gəlmişlər. Atalarına məxsus olan bəzi əşyalardan istifadə etmələri barədə məlumat vermişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq mərhumun qızları, vicdanlı vərəsə olduqları üçün onlara notariat orqanı tərəfindən qanun üzə vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 388474 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 04 yanvar 2010-cu il tarixdə ölmüşdür. - AZ-İ 972430 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 23 avqust 2018-ci il tarixdə ölmüşdür. - ünvan 5 ünvanla bağlı X10 “Şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun sürətindən görünür ki, həmin ünvanda yerləşən torpaq sahəsində tikililər məvcuddur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.0958 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyası üzrə torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X9 05.09.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissə aşıq qalmaqla) ilə, Cavabdeh2 19.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissədə) ilə, Cavabdeh1 15.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissədə) ilə adlarına qeydiyyata alınmışdırlar. - 23 oktyabr 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 04.01.2010-cu il tarixdə ölmüş X3 vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak ünvan 6 ünvanında yerləşən 0.0958 ha olan torpaq sahəsindən ibarətdir. - 23 oktyabr 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 04.01.2010-cu il tarixdə ölmüş X3 vərəsəsi qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak ünvan 6 ünvanında yerləşən 0.0958 ha olan torpaq sahəsindən ibarətdir. - 14 yanvar 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 23.08.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi arvadı İddiaçıdır və o, miras əmlakdan 1/1 pay almalıdır. Miras əmlak Ban nömrəsi XTA210740X1206470, mühərrikin nömrəsi ******* və buraxılış ili 1998 olan VAZ 21074 minik markalı ** HM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - X16 və X17 tərəfindən müvafiq olaraq 14 noyabr 2018-ci il tarixdə və 11 yanvar 2019-cu il tarixdə yazılmış ərizələrin surətindən görünür ki, onlar 23 avqust 2018-ci il tarixdə vəfat etmiş ataları X1 qalmış miras əmlakdan özlərinə düşən paydan imtina etmişlər. - 27 avqust 2015-ci il tarixli Bakı şəhəri 7 saylı notariat kontorunun ərizəsindən görünür ki, Notariat Kontoru mübahisələndirilən əmlakla bağlı vərəsələrin 27.08.2015-ci il tarixli ərizələri əsasında mərhum X3 vərəsəsinin oğlu X8 olmasını bildirmişdir. - 13.08.2015-ci il tarixli, 18.05.2017-ci il tarixli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazdan istifadə ilə bağlı alqı-satqı müqavilələrindən görünür ki, istehlakçı olaraq X8 adlandırılmış, ödənişləri o etmişdir. - 13.10.2006-cı il tarixli Məişət qaz sayğaclarının quraşdırılması, istidmara qəbulu və abonentə təhvil haqqında Aktdan görünür ki, abonent X9 olmuşdur. - Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 2001-ci il tarixli bildirişdən görünür ki, X8 torpaq vergisinin, əmlak vergisinin ödəyicisi kimi qeydiyyatda olmuşdur. - 10.03.2016-cı il tarixli yaşayış yeri və qeydiyyat haqqında arayışa əsasən mübahisəli ünvana X8 tərəfindən 09.11.2009-cu il tarixdən pasport qeydiyyata alınmış, onunla birlikdə həmin ünvanda ailə üzvləri İddiaçı, X16 və X17 da qeydiyyatda olmuşdur. - AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə İddiaçı tərəfindən ünvanlanan ərizədən görünür ki, yeganə varis X9 olmuşdur. - 27 avqust 2015-ci il tarixli ərizədən görünür ki, X3 X1 başqa Cavabdeh1 və Cavabdeh2 da vərəsə olmuşdur. - ünvan 8 Cavabdeh2 tərəfindən verilmiş 23 oktyabr 2019-cu il tarixli ərizəsindən görünür ki, X3 Cavabdeh2 başqa Cavabdeh1 və İddiaçı da vərəsə olmuşdur. - Cavabdeh1 tərəfindən ünvan 8 ünvanlanmış 23 oktyabr 2019-cu il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 ünvan 6 ünvanında yerləşən 0.0958 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1272- ci maddəsinə görəmirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə cavabdehlərin hazırki iş üzrə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin təmin edilməməsinə dair ərizələrini əsassız hesab edərək bildirir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı məhkəməyə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmədəm müraciət edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının Bakı şəhəri 7 saylı dövlət Notariat Kontoruna həyat yoldaşı X1 miras qalmış avtomobillə bağlı 14 yanvar 2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi alarkən cavabdehlərin hazırda məhkəmədə mübahisələndirilən əmlakla bağlı 14 mart 2019-cu ildə həmin notariusa müraciət etmələrindən İddiaçı xəbəri olması dəlili anaşılan deyildir. Belə ki, cavabdehlər iddiaçıdan iki ay sonra mirasla bağlı müraciət etmişlər. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Əliyeva X11 Ülfət Ağababa qızına, X12 və X13 qarşı hazırda məhkəmədə mübahisələndirilən miras mülkə dair 1/3 vərəsəlik payının yerində bölgüsü” tələbinə dair 19.02.2021-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişlər. Bundan sonra İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsi ilə müəyyən olunmuş iki aylıq müddət ötürülmədən 29.03.2021-ci il tarixdə hazırki iddia tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan əlavə məhkəmə cavabdehlərin və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 7 saylı dövlət Notariat Kontorunun 26 avqust 2015-ci il tarixli etibarnamə əsasında X4 nümayəndəsi kimi İddiaçı 27 avqust 2015-ci il tarixdə ünvan 8 müraciət edərək onun həyat yoldaşından başqa Cavabdeh2 və Cavabdeh1 vərəsə olduğunu bilməsi dəlilləri ilə bağlı bildirir ki, İddiaçı 27 avqust 2015-ci il tarixdə notaris kontoruna müraciət edərkən ərizəsində onun həyat yoldaşından başqa Cavabdeh2 və Cavabdeh1 da vərəsə olduğu göstərilsə də iddia tələbində həmin vərəsələrin miras əmlakdan imtina etmələrini iddia etmişdir. Onun bu iddiası Bakı şəhəri 7 saylı dövlət Notariat Kontorunun Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 27.08.2015-ci il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubun məzmunundan görünür ki, Notariat Kontoru mübahisələndirilən əmlakla bağlı vərəsələrin 28.08.2015-ci il tarixli ərizələri əsasında mərhum X3 vərəsəsinin oğlu X8 olması bildirilir. Mehkəmə qeyd edir ki, X9 04.01.2010-cu il tarixdə vəfat etmiş və həmin gün mübahisəli sahəyə dair miras açılmışdır. Belə ki, miras açıldıqdan sonra X4 mərhum atası X3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən miras əmlakında ailə üzvləri ilə birlikdə pasport qeydiyyatında olmaqla əmlaka faktiki sahiblik etmiş, əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İş üzrə 3-cü şəxs ünvan 1ən cavabdehlər tərəfindən mübahisəli əmlakın faktiki qəbul edilməsi bildirilsə də cavabdehlər tərəfindən nə məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizədə, nə də iddia tələbi barədə etiraz ərizəsində tərəflərindən mirasın faktiki qəbul etmələri bildirilməmiş, əksinə onların vəkili və nümayəndələri tərəfindən miras əmlakda 2010-cu ilə kimi X3 yaşaması, ondan sonra orada heç kəsin yaşamaması bildirilmişdir. Halbuki, məhkəmə iclasında müəyyən olundu ki, X8 ilə məişət qaz sayğacının qurraşdırılması qazdan istifadə ilə bağlı 13.08.2015-ci il tarixli, 18.05.2017-ci il tarixli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazdan istifadə ilə bağlı alqı-satqı müqavilələri bağlanılmış, torpaq sahəsinin yerləşdiyi Şüvəlan Bələdiyyəsində torpaq vergisinin ödəyicisi kimi qeydiyyatda olmuş, mübahisəli sahənin və onun üzərindəki tikilinin sənədləşdirilməsi ilə bağlı müxtəlif dövlət qrumlarına müraciətlər edilmişdir. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, X8 atasının mirasını faktiki qəbul etmişdir. X8 23.08.2018-ci il tarixdə ölmüş, ölümündən sonra onun hazırki mübahisələndirilən miras əmlakını onun həyat yoldaşı, yəni hazırki iş üzrə İddiaçı faktiki qəbul etmişdir. X4 mərhum atası X5 vərəsəlik qaydasında faktiki, qəbul etməklə əldə etdiyi mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olmadığından həmin əmlaka dair ayrıca “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi mümkün olmamışdır. Cavabdehlər mərhum ataları X3 vəfatından təxminən 9 il 8 ay sonra - yəni, 05.09.2019-cu il tarixdə mübahisəli torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış almış, bundan sonra isə Bakı şəhəri 7 saylı notariat kontorunda məhz mərhum Təhmasib Həsənovun müraciəti əsasında 2015-ci ildə X3 vərəsəlik işinin 14.03.2019-cu il tarixdə davam etdirilməsinə nail olmaqla mübahisəli torpaq sahəsinə dair 23.10.2019-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrini almışlar. Şəhadətnamələrin əsasında mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən 0,0958 ha torpaq sahəsinə 15.08.2020-ci il tarixdə 1/3 hissədə Cavabdeh1, 15.08.2020-ci il tarixdə 1/3 hissədə Cavabdeh2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, qalan 1/3 hissə isə yenə mərhum X3 adına qeyd edilməklə açıq saxlanılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən 0,0958 ha torpaq sahəsinə dair üzrə ünvan 1ən 23.10.2019-cu il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməli, həmin şəhadətnamələrin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində Cavabdeh2 19.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissədə) ilə, Cavabdeh1 15.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissədə) ilə adlarına aparılmış qeydlər və verilmiş çıxarışlar ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 20,0 manat dövlət rüsumu iddaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi ev 53 ünvanında yerləşən 0,0958 ha torpaq sahəsinə dair üzrə ünvan 1ən 23.10.2019-cu il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər etibarsız hesab edilsin. Həmin şəhadətnamələrin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində Cavabdeh2 19.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissədə) ilə, Cavabdeh1 15.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissədə) ilə adlarına aparılmış qeydlər və verilmiş çıxarışlar ləğv edilsin. Məhkəmədə iddia qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 20,0 manat dövlət rüsumu iddaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1893/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1893/2021
16.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver