Məhkəmə qərarları › İş №e-2(007)-1902/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1902/2025

13.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1902/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsi İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana (abonent kodu: **********20005) əsassız olaraq hesablanmış 327,55 manat məbləğində borcun silinməsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1953-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atası B.H.Mirzəyev vəfat etdikdən sonra yeganə vərəsə kimi atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Notariat Ofisinə müraciət etmiş və Notariat Ofisi tərəfindən onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən adına Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bir müddət sonra, əhali istehlakçısının ad dəyişdirilməsi ilə əlaqədar “Azəriqaz” İB-nə və "xxxx" ASC-nə rəsmi olaraq müraciət etdi və həmin müəssələr tərəfindən onunla ad dəyişikliyi ilə əlaqədar olaraq alqı-satqı müavilələri bağlanmışdır. Lakin, “ASAN Kommunal” mərkəzində "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonenti olduğu ünvan 1 ünvana dair 2009-2013-cü illər üzrə 327,55 manat abonent borcu olduğu bildirildi, həmin borcun hansı əsasla yarandığı barədə isə, heç bir məlumat verilmədi. Yaranmış əsassız borc səbəbindən müraciəti müvafiq olaraq rədd edilmişdir. Yaranmış əsassız borcun araşdırılması və bu barədə müvafiq arayışın verilməsi ilə bağlı "xxxx" ASC-yə tərəfindən müraciət olundu. Qeyd olunan Cəmiyyət tərəfindən müraciəti araşdırılaraq yaranmış borc xx.xx.2011-ci il tarixdən tələb olunmayan borclar qrafasına daxil edildiyindən və borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün mülki qanunvericiliyin tələblərinə əsasən qüvvəsini itirdiyinə görə baxılması mümkün olmadığı bildirilmişdir. Buna baxmayaraq, həmçinin qeyd edilən borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış tələb olunduğu təqdirdə abonentdən həmin borcun tələb olunacağı bildirilmişdir. Yaranmış əsassız borcun silinməsi ilə bağlı "xxxx" ASC-nə xx.xx.2024-cü il tarixdə tərəfindən yenidən müraciət olunmuşdu, lakin buna baxmayaraq imtina cababı verilmişdi.

Tərəflərin izahatları:

3. İddiaçı nümayəndəsi Nümayəndə ərizə verərək, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Borcu silə bilmirlər. Onların buna səlahiyyəti yoxdur. Borc “Barmek”in vaxtında yaranıb. 327,55 manat tələb olunmayan borc 2009-2013-cü illər üzrə yaranıb. İddiaçı cərimələnməyib və istehlak etdiyi enerjini vaxtında ödəyir.

6. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:

9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 26 fevral 2024-cü il tarixli və 04 aprel 2024-cü il tarixli ərizələrdən görünür ki, iddiaçının xx.xx.1953-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atası B.H.Mirzəyev vəfat etdikdən sonra yeganə vərəsə kimi atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Notariat Ofisinə müraciət edib və Notariat Ofisi tərəfindən onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən adına Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bir müddət sonra, əhali istehlakçısının ad dəyişdirilməsi ilə əlaqədar “Azəriqaz” İB-nə və "xxxx" ASC-nə rəsmi olaraq müraciət etmiş və həmin müəssələr tərəfindən onunla ad dəyişikliyi ilə əlaqədar olaraq alqı-satqı müavilələri bağlanmışdır. Lakin, “ASAN Kommunal” mərkəzində "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonenti olduğu ünvan 1 ünvana dair 2009-2013-cü illər üzrə 327,55 manat abonent borcu olduğu bildirildi, həmin borcun hansı əsasla yarandığı barədə isə, heç bir məlumat verilmədi. Yaranmış əsassız borc səbəbindən müraciəti müvafiq olaraq rədd edilmişdir. Odur ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinin tələblərinə uyğun olaraq, "xxxx" ASC-nin hüquqazidd hərəkətlərini araşdırması, istehlakçı hüququmun bərpa edilməsi və abonenti olduğu ünvan 1 ünvana dair **********20005 abonent kodu üzrə 15 ildən artıq müddət keçməsinə baxmayaraq tələb olunan əsassız borcun silinməsinə dair köməklik göstərilməsini xahiş etmişdir.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 14 mart 2024-cü il və 17 aprel 2024-cü il tarixli məktubların surətindən görünür ki, Sizin elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx" ASC-yə daxil olmuş müraciətinə (xx.xx.2024-cü il tarixli, M-2984/2-5/2024 nömrəli) Müştəri Xidmətləri İdarəsində təkrar baxılmışdır. Bununla əlaqədar olaraq bir daha bildiririk ki, "xxxx" ASC-nin komputer məlumat bazasında X2 adına qeydiyyata alınmış, ünvana aid **********20005 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil edilmiş və xx.xx.2009-cu il tarixinədək mənzildə enerji sərfiyyatının hesabatının sayğacla aparılmadığı, yaşayış evindəki işlədicilərin gücünə görə orta sərfiyyatla hesablandığı müəyyən olunmuşdur. Elektrik hesabat sayğacı quraşdırıldıqdan sonra, işlədicilərin gücünə görə orta sərfiyyatla hesabatın aparılması dayandırılmış və enerji sərfiyyatına görə ödəniş tam aparılmadığından 327,55 manat məbləğində borc yaranmışdır. Bu borc xx.xx.2011-ci il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir.

11. Vİİ-ЖГ seriyalı 447611 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 01 avqust 1981-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X1, anası X4r.

12. 16 sentyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 307.2 kv.m olan fərdi yaşayış evinin 1/3 hissədən qalan hissəsindən ibarətdir.

13. AZ-İİ seriyalı 343746 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 mart 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 mart 2023-cü il tarixdə 189 nömrə ilə qeyd edilmişdir.

14. Abonentin saldosundan görünür ki, X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 327,55 manat məbləğində borcu vardır. 1999-2013-cü ilə qədər yaranmışdır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********98-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi iddiaçının adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə pay haqqı ilə qeydiyyata alınmışdır.

16. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.1953cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atası B.H.Mirzəyev vəfat etdikdən sonra yeganə vərəsə kimi atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Notariat Ofisinə müraciət etmiş və Notariat Ofisi tərəfindən onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən adına Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bir müddət sonra, əhali istehlakçısının ad dəyişdirilməsi ilə əlaqədar “Azəriqaz” İB-nə və "xxxx" ASC-nə rəsmi olaraq müraciət etmiş və həmin müəssələr tərəfindən onunla ad dəyişikliyi ilə əlaqədar olaraq alqı-satqı müavilələri bağlanmışdır. Lakin, “ASAN Kommunal” mərkəzində "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonenti olduğu ünvan 1 ünvana dair 2009-2013-cü illər üzrə 327,55 manat abonent borcun yarandığı bildirildi, həmin borcun hansı əsasla yarandığı barədə isə, heç bir məlumat verilmədi. Yaranmış əsassız borc səbəbindən müraciəti müvafiq olaraq rədd edilmişdir. Yaranmış əsassız borcun araşdırılması və bu barədə müvafiq arayışın verilməsi ilə bağlı "xxxx" ASC-nə tərəfimdən müraciət olundu. Qeyd olunan Cəmiyyət tərəfindən müraciəti araşdırılaraq yaranmış borc tələb olunmayan borclar qrafasına daxil edildiyindən və borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün mülki qanunvericiliyin tələblərinə əsasən qüvvəsini itirdiyinə görə baxılması mümkün olmadığı bildirilmişdir. Buna baxmayaraq, həmçinin qeyd edilən borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış tələb olunduğu təqdirdə abonentdən həmin borcun tələb olunacağı bildirilmişdir. Odur ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinin tələblərinə uyğun olaraq, "xxxx" ASC-nin hüquqazidd hərəkətlərini araşdırması, istehlakçı hüququmun bərpa edilməsi və abonenti olduğu ünvan 1 ünvana dair **********20005 abonent kodu üzrə 15 ildən artıq müddət keçməsinə baxmayaraq tələb olunan əsassız borcun silinməsinə dair köməklik göstərilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı ünvanladığı 04 iyul 2024-cü tarixli məktubun surətindən görünür ki, Elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun iddia müddəti tətbiq edilməklə silinməsinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılmışdır. Müraciətiniz ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınmış məlumatda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Bəhrəm Mirzəyev küçəsində yerləşən 6 nömrəli ev üzrə hesablanmış elektrik enerjisinin dəyəri tam ödənilmədiyindən 327,55 manat məbləğində borcun yarandığı, həmin borcun xx.xx.2011-ci il tarixindən ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyi və yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edildiyi bildirilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qeyd olunanlara əsasən nəzərinizə çatdırırıq ki, Cəmiyyətin mövqeyi ilə razılaşmadığınız təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddələrinin tələblərinə əsasən sözügedən məsələ ilə bağlı mülki icraat qaydasında aidiyyəti məhkəmədə iddia qaldıra bilərsiniz. Müraciətiniz barədə qəbul edilmiş bu qərarla razılaşmadığınız halda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.0.8-ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə "xxxx" MMC tərəfindən 327,55 manat borc hesablanmışdır. Borc 2009-2013-cü illər üzrə yaranıb və tələb olunmayan borcdur. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq:

19. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun:

8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:

1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

23. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

24. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

25. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, abonent saldosundan göründüyü kimi borcu "xxxx" ASC hesablamışdır. İddiaçı cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini qoymaqda haqlıdır. Belə ki, "xxxx" ASC-nin hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir.

26. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının atasının mülkiyyətində olmuş fərdi yaşayış evinə hesablanmış borcla əlaqədar akt tərtib edilməmişdir. Həmçinin hesablanmış borc məbləğinin nəyin əsasında hesablanması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi iddiaçı cərimələnməmiş və istehlak etdiyi enerjini vaxtında ödəmişdir. Cavabdehin təqdim etdiyi saldodan da görünür ki, cari borc “0” qeyd olunmuşdur. Qeyd olunan 327,55 manat borc isə tələb olunmayan borcdur. Odur ki, "xxxx" ASC tərəfindən hesablanmış borc silinməlidir.

27. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən hesablanmış borc silinməlidir.

28. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, "xxxx" ASC tərəfindən 327,55 manat borc hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hesablanmış 327,55 manat borc silinməlidir.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********20005 nömrəli abonent kodu üzrə hesablanmış 327,55 manat məbləğində borc silinməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********20005 nömrəli abonent kodu üzrə hesablanmış 327,55 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar