Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-194/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla, “pul” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Ay Company” MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh adından X3, “İpoteka- Saxlayan” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Filialı və o, “Borc alan-Alıcı”-İddiaçı arasında “Mülkiyyət Hüququ Qabaqcadan Alınmış Mənzilin Alqı-Satqı və İpoteka Müqaviləsi” bağlanılmışdır. İPKN 140-05 saylı 21 noyabr 2018-ci il tarixli Müqaviləyə əsasən “Satıcı” tərəfindən ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 23 fevral 2023-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən həmin mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Müqavilənin 1-ci maddəsinin 1.2.1-ci bəndinə müvafiq olaraq mənzilin nömrəsi 46, müqavilənin 1.2.2-ci bəndinə müvafiq olaraq mənzilin ümumi sahəsinin (kvadratmetrlə) 94.54, müqavilənin 1.2.3-cü bəndinə müvafiq oaraq yaşayış sahəsinin (kvadratmetrlə) 50.7 olduğu qeyd edilmişdir. Müqavilənin 1-ci maddəsinin 1.4-cü bəndində mənzilin satış qiyməti 70 905 (yetmiş min doqquz yüz beş) manat, mənzilin dəyərinin 14.180 (on dörd min bir yüz səksən) manat məbləğində hissəsi “Alıcı-İpoteka” qoyanın özü tərəfindən, 56 725 (əlli altı min yeddi yüz iyirmi beş) manat məbləğində olan hissəsi isə “Kreditor-İpoteka” saxlayan və “Alıcı-İpoteka” qoyan arasında Bakı şəhərində bağlanmış 20 noyabr 2018-ci il tarixli İPK 140-05 nömrəli Kredit müqaviləsinə (bundan sonra- Kredit müqqaviləsi) əsasən “Kreditor-İpoteka” saxlayan tərəfindən “Alıcı-İpoteka” qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Müqavilənin 1-ci maddəsinin 1.5-ci bəndinə əsasən “Alıcı-İpoteka” qoyan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün “İpoteka Predmeti” qismində “Kreditor-İpoteka” saxlayana İpoteka verir. Bundan başqa, müqavilənin 1.6-cı bəndinə əsasən aşağıdakı öhdəliklərin icrasının təmin edilməsi nəzərdə tutulmuşdur: 1.6.1 Kreditin məbləği 56 725 (əlli altı min yeddi yüz iyirmi beş) manat; 1.6.3 Kredit üzrə illik 7 (yeddi) faiz dərəcəsinə hesablanan faizlər. Həmçinin, ƏMDK-nin yanında DƏDR və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron rayon Ərazi İdarəsinə ünvanladığı müraciətə əsasən xx.xx.2022-ci il tarixli **********76 №-li məktuba əlavə edilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestri”-dən verilmiş Arayışından da görünür ki, qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********03905301-093012 olan “Mənzilin tikintiyə icazə sənədləri üzrə nəzərdə tutulan göstəriciləri” üzrə mərtəbə 7, yaşayış otaqlarının sayı 2, yaşayış sahəsi 50.7 kv.m, ümumi sahə 94.54 kv.m olması müəyyən edilmişdir. Bildirir ki, yuxarıda qeyd edildiyi kimi, mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsi 94.54 kvadratmetr, hər 1 (bir) kvadratmetrinin dəyəri 750 (yeddi yüz əlli) manatdan olmaqla, satış qiyməti 70 905 (yetmiş min doqquz yüz beş) hesablanmaqla ona satılmışdır. Müqavilənin şərtlərinə əsasən ilkin olaraq 14 180 (on dörd min bir yüz səksən) manat tərəfindən ödənilmiş, 56 725 (əlli altı min yeddi yüz iyirmi beş) manat məbləğində olan hissəsi isə onunla “TURANBANK) ASCnin Nəsimi Filialı arasında bağlanılmış illik 7 (yeddi) % olmaqla “Kredit” müqaviləsinə əsasən kredit vəsaiti hesabına ödənilir. 2018-ci ilin dekabr ayından başlayaraq sonuncu ödəmə xx.xx.2023 manat olmaqla hazırki vaxta kimi, hər ay 400 manat 92 qəpik (dörd yüz doxsan İM) qəpik olmaqla, cəmi 22 642 (iyirmi iki min altı yüz qırx iki) manat ödəmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən bundan sonra 2043-cü ilin noyabr ayına kimi tərəfindən "xxxx"-a 108378 (yüz səkkiz min üç yüz yetmiş səkkiz) manat ödəmə nəzərdə tutulmuşdur. “Borc Alan” və “Alıcı-(ipoteka qoyan)” qismində o, İddiaçı tərəfindən cavabdehlə aralarında bağlanmış İPKN 140-05 saylı 21 noyabr 2018-ci il tarixli müqavilədən irəli gələn öhdəlikərin icrasına hazırki vaxta kimi tam əməl edilmişdir. Lakin ona sonralar məlum olmuşdur ki, Cavabdeh MTK tərəfindən hüquqları kobud şəkildə pozulmuş, aralarında bağlanmış İPKN 140-05 saylı 21 noyabr 2018-ci il tarixli müqavilə üzrə cavabdeh öhdəliyini qüsurla icra etmişdir. Belə ki, qeyd edilən mənzil istismara qəbul edildikdən və ona təhvil verildikdən sonra ƏMDXDƏDK və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş ünvan 3 ünvanda yerləşən mənzil 46-nın ümumi sahəsi 77.8 kv.m olması müəyyən edilmişdir. Həmçinin ƏMDK-nin yanında DƏDK və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən 08 avqust 2022-ci il tarixində verilmiş, reyestr nömrəsi **********3905301-093012 olan Texniki Pasportda mənzilin ümumi sahəsi 77.8 kv.m, yaşayış sahəsi 45.9 kv.m, köməkçi sahə 31.9 kv.m müəyyən edilmişdir. O cümlədən, həmin Texniki Pasportda dəhliz 11.2 kv.m, yaşayış sahəsi 28.8 kv.m, mətbəx 1 l.o kv.m, yaşayış otağı 17.1 kv.m, sanitar qovşağı 6.5 kv.m, balkon 3.2 kv.m olması, evin daxili hündürlüyü 3.00 olması və mənzilin balkona aid hissəsinin 10.8x0.3=3.2 olması müəyyən edilmişdir. Göründüyü kimi, DƏDRX-in mütəxəssislərinin apardıqları ölçünün nəticəsi ilə Cavabdeh MTK-nın müqavilədə qeyd etdiyi sahə ölçüsü arasında 16.7 kv.m fərq yaranır. Həmin fərqə görə mənzilin dəyərinin ödənilməsində 16070 (on altı min yetmiş) manat artıq ödəmə nəzərdə tutulur. Müqavilənin şərtlərinə əsasən mənzilin dəyərinin 14.180 (on dörd min bir yüz səksən) manatı tərəfindən ödənildiyi nəzərə alınmaqla cavabdeh tərəfindən hesablanmış artıq sahəyə görə 2509 (iki min beş yüz doqquz) manat tərəfindən, 13. 561 (on üç min beş yüz altmış bir) manatı isə Kredit müqaviləsinə əsasən “Kreditor-İpoteka” saxlayan "xxxx" ASC tərəfindən cavabdehin hesabına ödənilmişdir. Bundan başqa, “Kreditor-İpoteka” saxlayan "xxxx" ASC tərəfindən artıq sahəyə görə cavabdehin hesabına ödənilmiş 13. 561 (on üç min beş yüz altmış bir) 7%-lə hesablanmaqla həmin banka hazırki vaxta kimi, yəni xx.xx.2023-cü ilə kimi əlavə 3515 (üç min beş yüz on beş) manat tərəfindən ödənilmişdir. Eləcə də 2043-cü ilə kimi isə ümumilikdə cəmi 16.070 (on altı min yetmiş) manat ödənilməsi nəzərdə tutulmuşdur. Mənzilin dəyərinin mənzilin faktiki mövcud olan sahəsinə, yəni çıxarışda göstərilən kvadrata uyğun yenidən hesablanmasını, artıq sahəyə görə hesablanmış 16.070 (on altı min yetmiş) manatın qaytarılması üçün cavabdehə dəfələrlə etdiyi şifahi müraciətə və “Elektron Məktub”-la ünvanına pretenziya göndərməyinə münasibət bildirilməyib. Bu qeyd edilən hal isə mülki qanunvericiliyə əsasən əsassız varlanma hesab edilir. Qeyd edilənlər belə bir nəticəyə gəlməyə tam əsas verir ki, cavabdeh müqavilə şərtlərində göstərilən ölçüdə mənzili təhvil verməmişdir. Cavabdehə inandığına görə mənzilin ölçüsündə fərqin yarana biləcəyini düşünməmişdir. Lakin cavabdeh öz xeyrinə hansısa şərti müqaviləyə daxil edilməsini istəyirdisə bunu mən ona deyil, o, mənə təklif etməli idi. Cavabdeh onunla söhbətdə müqavilənin özü tərəfindən düzgün icra olunduğunu bildirir. Lakin mülki qanunvericiliyin tələbinə görə iddiaçıdan fərqli olaraq cavabdeh tərəfindən müqavilə qüsurla icra olunmuşdursa, bu öhdəliyin lazımınca icra edilməməsi deməkdir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, yəni işi qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi kimi başa düşülür. Ona görə də iddiaçı olaraq cavabdehdən müqavilə öhdəliyini qüsurla icra etdiyinə görə pul tələb etmək onun haqqıdır. Göstərilənlərə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 4 ünvanda yerləşən mənzillə əlaqədar Cavabdeh MTK arasında bağlanılmış İPKN 140-05 saylı 21 noyabr 2018-ci il tarixli müqavilədə göstərilən sahənin (kvadratmetrlə) mənzilin faktiki mövcud olan sahəsinə uyğun olmadığına, yəni çıxarışda göstərilən 94.54 kv.m-dən 16.74 kv.m az olduğuna görə ümumilikdə, cəmi 16.070 (on altı min yetmiş) manat artıq hesablanmış pulun Cavabdehndən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, iddiaçı onlara qarşı iddia qaldıraraq ünvan 3, mənzil 46- ünvanda yerləşən mənzillə əlaqədar Cavabdeh MTK arasında aralarında bağlanılmış İPKN 140-05 saylı 21 noyabr 2018-ci il tarixli müqavilədə göstərilən sahənin (kvadratmetrlə) mənzilin faktiki mövcud olan sahəsinə uyğun olmadığına, yəni çıxarışda göstərilən 94.54 kv.m-dən 16.74 kv.m az olduğuna görə ümumilikdə cəmi 16.070 (on altı min yetmiş) manat artıq hesablanmış pulun Cavabdehndən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Cavabdeh MTK ilə arasında bağlanılmış İPKN 140-05 saylı 21 noyabr 2018-ci il tarixli müqavilədə mənzilin sahəsini mübahisələndirmiş, ancaq həmin müqavilənin bağlanıldığı 2018-ci il tarixdən 5 ildən çox vaxt ötməsinə baxmayaraq həmin müqavilənin ləğvi, etibarsızlığı və ya dəyişdirilməsi ilə bağlı heç bir tələb, şikayət və hətta pretenziya olmamışdır. Belə olan halda mənzilin sahəsi ilə bağlı iddianın əsası 2018-ci il tarixli müqaviləyə əsaslandığından və həmin müqavilə hüquqi qüvvədə olduğundan, ləğv olunmadığından iddiaçının 5 ildən sonrakı tələbi üzrə işin mahiyyətinə keçmədən iddia müddəti ötmüşdür. Belə ki, müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin olmasını nəzərə alınsa, 2021-ci ildən hazırki iddia tələbinin hüquqi müdafiəsi üçün müddət bitmişdir. Bundan başqa müqavilə qüvvədə ola ola və həmin müqavilə üzrə mənzilinin sahə fərqi əsasında (əslində sahədə belə heç bir fərq yoxdur, alqı-satqı zamanı DƏDRX-in arayışı da bunu subut edir) pul tələb edilməsi əsassızdır. İddiaçı ilə cavabdeh arasında mənzilə dair notarial qaydada 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığından bu hüquq münasibəti sifarişçi-podratçı hüquq münasibətini istisna edir. Belə ki, cavabdeh qüvvədə olan alqı-satqı müqaviləsi üzrə satıcı, iddiaçı isə alıcıdır. İddiaçı 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını və ləğvini mübahisələndirmədən cavabdehi əsassız kv.m fərqinə görə əsassız varlanmada təqsirli bilirsə, o halda da tələbi əsassızdır. Çünki əsassız varlanma üzrə tələb qaldırmaq üçün 2 illik iddia müddətini də ötürmüşdür. İddiaçı qüvvədə olan müqavilə üzrə pul tələbini əgər etibarsızlıqla əlaqələndirsə, 1 illik, ləğvi ilə əlaqələndirsə, 3 illik və ya əsassız varlanma ilə əsaslandırsa 2 illik iddia müddətlərini ötürmüşdür. Qeyd edilənləri, iddiaçının iddia tələbinin əsassızlığını və iddia müddətlərinin ötməsini nəzərə alaraq nəzərə alaraq İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh ilə onun arasında mənzilin alqı-satqısı barədə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə mənzilin sahəsi 94.54 kv.m göstərilsə də, o mənzilə dair çıxarış əldə etdikdə ona məlum olmuşdur ki, həmin evin sahəsi müqavilədə göstərilən sahədən 16.74 kv.m azdır. O, müqaviləyə əsasən evin dəyərini 16070 manat artıq hesablanmaqla ödəmişdir. Beləliklə onun hüquqları pozulmuşdur. Ekspert rəyində mənzilin ümumi sahəsi hesablanarkən azaltma əmsalları tətbiq edilmədiyindən ekspertin hesabladığı sahə ilə çıxarışda və müqavilədə qeyd edilən sahələr arasında fərq yaranır. Əgər mənzilin sahəsi hesablanarkən azaltma əmsalları tətbiq edilsə idi, o zaman nəticə düzgün olardı. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh tərəf ilkin arayışda mənzilin sahəsini çox göstərərək müqavilə bağlayıb. Belə ki, müqavilə bağlanarkən Əmlak Xidməti mənzilin ölçülərini cavabdeh tərəfindən təqdim edilən arayış əsasında qeyd edir, lakin çıxarış verilən zaman mütəxəssislər gedib mənzilin ölçülərini götürür. İlkin arayışda və müqavilədə mənzilin sahəsi olduğundan çox göstərilmiş, beləliklə iddiaçıya ziyan dəymişdir. Ekspert isə rəyində çıxarışda göstərilən sahədən fərqli olaraq 85 kv.m hesablamışdır. Rəydə bəzi sual doğuran məqamlar mövcuddur. Belə ki, Şəhərsalma və tikinti normalarına görə balkon və eyvan fərqli anlayışlar olduğu halda rəydə balkon və eyvan dedikdə haranın nəzərdə tutulduğu aydınlaşdırılmamışdır. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, tərəflər arasında müqavilə 2018-ci ildə bağlanılmışdır. Müqavilə alqı satqı-müqaviləsi olduğundan Cavabdeh MTK mənzili qiymətləndirərkən hər kvadratmetrinə qiymət vermədən, ümumi evin dəyərini 70905 manat müəyyən etmişdir. Yəni həmin mənzilin sahəsinin çıxarışla və ya ekspert rəyi ilə fərqli ölçüdə müəyyən edilməsi qiymətinə təsir etmir. Həmçinin onlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin verdiyi sənəd əsasında alqı-satqı müqaviləsi bağlamışlar. Bundan başqa tərəfin iddiası isə müqaviləni mübahisələndirmək deyil. İddiaçı müqaviləni mübahisələndirmədən əsassız varlanma məbləğini cavabdehdən tələb edir. Bu halda Mülki Məcəllədə nəzərdə tutulmuş kəsici müddət tətbiq edilməklə, 2 illik iddia müddəti ötürülmüşdür. Əgər iddiaçı müqavilənin etibarsızlığı ilə əlaqədar pul məbləğini tələb edirsə, bu halda yenə 1 illik iddia müddətini, müqavilənin ləğvi nəzərdə tutulursa 3 illik iddia müddətini ötürmüşdür. İddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixli, İPK 140-05 nömrəli “Mülkiyyət hüququ qabaqcadan qeydiyyatda alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin surətindən görünür ki, satıcı Cavabdeh MTK, ipoteka saxlayan "xxxx" ASC və alıcı-ipoteka qoyan İddiaçı arasında satıcının, ünvan 6 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi idarəsi tərəfindən 23 fevral 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili (bundan sonra - mənzil) alıcı-ipoteka qoyanın mülkiyyətinə verməsi barədə müqavilə bağlanmışdır. Həmin Müqavilənin: 1.2.1-ci bəndinə əsasən mənzilin nömrəsi 46; 1.2.2-ci bəndinə əsasən ümumi sahə (kvadratmetrlə) 94.54; 1.2.3-cü bəndinə əsasən yaşayış sahəsi (kvadratmetrlə) 50.7; 1.2.4-cü bəndinə əsasən otaqların sayı 2; 1.2.5-ci bəndinə əsasən yerləşdiyi binanın mərtəbəliliyi 15; 1.2.6-cı bəndinə əsasən yerləşdiyi binanın girişi 1; 1.2.7-ci bəndinə əsasən yerləşdiyi mənzilin mərtəbəsi 7; 1.3-cü bəndinə əsasən satıcı təminat verir ki, bu müqavilə bağlanarkən mənzil üzərində üçüncü şəxslərin hüquqları, ipoteka və digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, həbs və ya özgəninkiləşdirilməyə qadağa mövcud deyil; 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 70 905 (yetmiş min doqquz yüz beş) manatdır, mənzilin dəyərinin 14 180 (on dörd min bir yüz səksən) manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 56 725 (əlli altı min yeddi yüz iyirmi beş) manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 20 noyabr 2018-ci il tarixli İPK 140-05 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir; 1.5-ci bəndinə əsasən alıcı-ipoteka qoyan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti qismində kreditor-ipoteka saxlayana ipotekaya verir; 1.6.1-ci bəndinə əsasən kreditin məbləği 56 725 (əlli altı min yeddi yüz iyirmi beş) manat; 1.6.2-ci bəndinə əsasən kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq 300 ay müddətinə 20 noyabr 2043-ci il tarixinədək; 1.6.3-cü bəndinə əsasən kredit üzrə illik 7 (yeddi) faiz dərəcəsinə əsasən hesablanan faizlər; 1.6.4-cü bəndinə əsasən kredit üzrə 400.92 (dörd yüz manat 92 qəpik) manat məbləğində olan annuitet ödənişlər, əsas borc və faizlər hər növbəti ayın 5-dək bərabər hissələrlə ödənilir, borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği və ya kreditin müddəti kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. - xx.xx.2018-ci il tarixli, İPK 140-05 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor "xxxx" ASC ilə borcalan İddiaçı arasında 56.725 (əlli altı min yeddi yüz iyirmi beş) manat məbləğində illik 7 (yeddi) faiz dərəcəsi ilə 300 (üç yüz) ay müddətinə ipoteka kreditinin verilməsi barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinə kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli əlavə edilmişdir. -xx.xx.2018-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 8 ünvanında 7-ci mərtəbədə yerləşən 2 otaqlı 46 saylı mənzilin ümumi sahəsi 94.54, yaşayış sahəsi 50.7 kvadratmetrdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 77.8 kv.m olan 46 saylı mənzil İddiaçı xüsusi mülkiyyətində olmaqla xx.xx.2022-ci il tarixə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, ünvan 8 ünvanında 7-ci mərtəbədə yerləşən 46 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi 77.8 kv.m, yaşayış sahəsi 45.9 kv.m, köməkçi sahəsi 31.9 kv.m olmuşdur. -Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/56213 saylı arayışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 10 ünvanında 7-ci mərtəbədə yerləşən, 2 otaqlı ümumi sahəsi 77.8 kv.m, yaşayış sahəsi 45.9 kv.m, köməkçi sahəsi 31.9 kv.m olan mənzilin xx.xx.2022-ci il tarixə bazar dəyəri 65.000 (altmış beş min) manat təşkil etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 46 saylı mənzil İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin mənzil "xxxx" ASC-nin Nəsimi filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. -xx.xx.2023-cü il tarixli, 23083 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 140 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 10 ünvanı üzərində İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********39- 05301-093012 reyestr nömrəsi ilə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən (Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-3302 reyestr nömrəli mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən) arayış tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin mənzilə dair İddiaçı adına xx.xx.2022-ci il tarixdə **********39-05301-093012 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir və hal-hazırda mülkiyyətindədir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/49 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində Cavabdeh MTK tərəfindən inşa edilən 17A saylı evin 46 saylı mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütünların, şaxta sahələrinin və.s altı, həmçinin azaltma əmsalları nəzərə alınmadan faktiki sahəsi 85.7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, satıcı Cavabdeh MTK, ipoteka saxlayan "xxxx" ASC və alıcı-ipoteka qoyan İddiaçı arasında satıcının, ünvan 6 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi idarəsi tərəfindən 23 fevral 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili (bundan sonra - mənzil) alıcı-ipoteka qoyanın mülkiyyətinə verməsi barədə xx.xx.2018-ci il tarixli, İPK 140-05 nömrəli “Mülkiyyət hüququ qabaqcadan qeydiyyatda alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsi” bağlanmışdır. Müqavilənin: 1.2.1-ci bəndinə əsasən mənzilin nömrəsi 46; 1.2.2-ci bəndinə əsasən ümumi sahə (kvadratmetrlə) 94.54; 1.2.3-cü bəndinə əsasən yaşayış sahəsi (kvadratmetrlə) 50.7; 1.2.4-cü bəndinə əsasən otaqların sayı 2; 1.2.5-ci bəndinə əsasən yerləşdiyi binanın mərtəbəliliyi 15; 1.2.6-cı bəndinə əsasən yerləşdiyi binanın girişi 1; 1.2.7-ci bəndinə əsasən yerləşdiyi mənzilin mərtəbəsi 7; 1.3-cü bəndinə əsasən satıcı təminat verir ki, bu müqavilə bağlanarkən mənzil üzərində üçüncü şəxslərin hüquqları, ipoteka və digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, həbs və ya özgəninkiləşdirilməyə qadağa mövcud deyil; 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 70 905 (yetmiş min doqquz yüz beş) manatdır, mənzilin dəyərinin 14 180 (on dörd min bir yüz səksən) manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 56 725 (əlli altı min yeddi yüz iyirmi beş) manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 20 noyabr 2018-ci il tarixli İPK 140-05 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. xx.xx.2018-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən ünvan 8 ünvanında 7-ci mərtəbədə yerləşən 2 otaqlı 46 saylı mənzilin ümumi sahəsinin 94.54, yaşayış sahəsinin 50.7 kvadratmetr olması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 77.8 kv.m olan 46 saylı mənzil İddiaçı xüsusi mülkiyyətində olmaqla xx.xx.2022-ci il tarixə ********** nömrə ilə qeydiyyata alınması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən ünvan 8 ünvanında 7-ci mərtəbədə yerləşən 46 saylı, 2 otaqlı mənzilin ümumi sahəsinin 77.8 kv.m, yaşayış sahəsi 45.9 kv.m, köməkçi sahəsi 31.9 kv.m olması qeyd edilmişdir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/56213 saylı arayışı ilə, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 10 ünvanında 7-ci mərtəbədə yerləşən, 2 otaqlı ümumi sahəsi 77.8 kv.m, yaşayış sahəsi 45.9 kv.m, köməkçi sahəsi 31.9 kv.m olan mənzilin xx.xx.2022-ci il tarixə bazar dəyəri 65.000 (altmış beş min) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/49 nömrəli rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesində Cavabdeh MTK tərəfindən inşa edilən 17A saylı evin 46 saylı mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütünların, şaxta sahələrinin və.s altı, həmçinin azaltma əmsalları nəzərə alınmadan faktiki sahəsi 85.7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Hazırda isə iddiaçı, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 4 ünvanda yerləşən mənzil ilə əlaqədar Cavabdeh MTK arasında bağlanılmış İPKN 140-05 saylı 21 noyabr 2018-ci il tarixli müqavilədə göstərilən sahənin (kvadratmetrlə) mənzilin faktiki mövcud olan sahəsinə uyğun olmadığına, yəni çıxarışda göstərilən 94.54 kv.m-dən 16.74 kv.m az olduğuna görə ümumilikdə, cəmi 16.070 (on altı min yetmiş) manat artıq hesablanmış pulun Cavabdehndən alınaraq iddiaçıya ödənilməsini tələb edir. Bununla yanaşı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 isə hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İlk öncə, məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 6 ünvanında yerləşən mənzilin alqı-satqısı barədə İPK 140-05 nömrəli müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Həmin müqavilədə sözügedən mənzilin ümumi sahəsi 94.54 kv.m kimi göstərilmişdir. Həmin mənzilin İddiaçı xüsusi mülkiyyətində olmaqla xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışına əsasən ümumi sahəsi 77.8 kv.m kimi qeyd edilmişdir. Hazırkı iddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, istər iddiaçı tərəfin məhkəmə iclaslarında verdikləri ifadələri ilə, istərsə də işin faktiki halları ilə müəyyən edilmiş hal ondan ibarət olmuşdur ki, İddiaçı iddia tələbinin əsasını- onun Cavabdeh MTK-ya xx.xx.2018-ci il tarixli müqavilə əsasında 1 kv.metri 750 manatdan hesablanmaqla, ümumilikdə 94.54 kv.m sahəli mənzil üçün 70905 manat (94.54 kv.m x 750) ödəməsi, lakin verilmiş çıxarışla mənzilin sahəsinin 77.8 kv.m olmasının (16.74 kv.m az olması) müəyyən edilməsi, bununla bağlı artıq ödədiyi pul vəsaitinin geri qaytarılması təşkil edir. Bu yerdə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hal ondan ibarət olmuşdur ki, iddiaçı, tərəflər arasında bağlanmış müqaviləni hər hansı formada (müqavilənin etibarsızlığı və ya ləğvi qaydasında) mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanıldığından, İddiaçı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın axımı- məhz həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanıldığı andan başlanmışdır, bununla da iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ, onun həmin obyektdən məhrum olduğunu bildiyi vaxtdan (xx.xx.2018-ci il tarixdə müqavilənin bağlanması və iddiaçıya mənzilin təhvil verilməsi nəzərə alınmaqla) ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alır və hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri- dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «Ay Company” MTK-ya qarşı “pul” tələbinə dаir iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat ekspertiza xərci iddiaçıdan tutulub, müvafiq hesaba köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla, “pul” tələbinə dаir iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Məhkəmə xərci- iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-194/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-194/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver