Məhkəmə qərarları › İş №e-2(007)-1943/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1943/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1943/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********35402 olan iPhone 8 markalı telefon üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Bellissa-Doga markalı yataq dəsti, Gala- Kika iki mərtəbəli, URETAN markalı 2 ədəd döşək, Adona markalı pufik üçün 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09510 olan HOFFMANN X MAX markalı telefon üçün 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, ümumilikdə 1971 manat borc, 39,71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC il xx.xx.2017ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********35402 olan iPhone 8 markalı telefon, Bellissa-Doga markalı yataq dəsti, Gala- Kika iki mərtəbəli, URETAN markalı 2 ədəd döşək, Adona markalı pufik, İMEİ kodu **********09510 olan HOFFMANN X MAX markalı telefon almış və nəticədə 1971 (min doqquz yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2026 (iki min iyirmi altı) manat (12 ay x 148 manat + 250 manat ilkin ödəniş) İMEİ Kodu **********35402 olan iPhone 8 markalı telefon üçün ümumilikdə, 605 (altı yüz beş) manat olmaqla ondan, 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, güzəşt olunaraq 55 (əlli beş) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 6072 (altı min yetmiş iki) manat (24 ay x 253 manat + 0 manat ilkin ödəniş) Bellissa-Doga markalı yataq dəsti, Gala-Kika iki mərtəbəli, URETAN markalı 2 ədəd döşək, Adona markalı pufik üçün ümumilikdə, 1203 (min iki yüz üç) manat olmaqla ondan, 900 (doqquz yüz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 90 (doxsan) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 478 (dörd yüz yetmiş səkkiz) manat (12 ay x 38 manat + 22 manat ilkin ödəniş) İMEİ kodu **********09510 olan HOFFMANN X MAX markalı telefon üçün ümumilikdə, 376 (üç yüz yetmiş altı) manat olmaqla ondan, 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə borcu vardır. Cavabdehin xx.xx.2017-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2019-cu il il, xx.xx.2018-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2019-cu il olmaqla cəmi ödədiyi məbləğ 6784 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci və 3-cü bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2026 manat olan İMEİ Kodu **********35402 olan iPhone 8 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdehya ümumi dəyəri 6072 manat olan Bellissa-Doga markalı yataq dəsti, Gala-Kika iki mərtəbəli, URETAN markalı 2 ədəd döşək, Adona markalı pufik satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdehya ümumi dəyəri 478 manat olan, İMEİ kodu **********09510 olan HOFFMANN X MAX markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 19 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 342 manat əsas borc, 34 manat cərimə borcu olmaqla, ümumilikdə 376 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 550 manat əsas borc, 55 manat cərimə borcu olmaqla, ümumilikdə 605 manat və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 900 manat əsas borc, 90 manat cərimə borcu olmaqla, ümumilikdə 990 manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 1971 manat borcu vardır. İşə əlavə olunmuş 21 may 2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 39,71 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2018-ci il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli müqavilə üzrə 342 manat əsas borc, 34 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 550 manat əsas borc, 55 manat cərimə borcu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 900 manat əsas borc, 90 manat cərimə borcu olmaqla, ümumilikdə 1971 manat borc və ödənilmiş 39,71 manat dövlət rüsumunun əvəzi Cavabdehdan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar