Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1963/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh İsamayıl oğluna qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh İsamayıl oğluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23823 olan “X1 9S” markalı telefon üçün 482,6 manat ödənilməmiş hissə, 48,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Xiaomi Mi band 5” və “X2 Earbuds Basic” Power Bank üçün 147 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26044 olan “İpone 11 Pro” markalı telefon üçün 3610,3 manat ödənilməmiş hissə, 361,7 manat cərimə, ümumilikdə 4664 manat borc və 66,64 manat dövlət rüsumu Cavabdeh İsamayıl oğlundan alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23823 olan “X1 9S” markalı telefon almış və nəticədə 531 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 726,6 manat (12 ay x 60,3 manat + 0 manat ilkin ödəniş) “İMEİ kodu **********23823 olan “X1 9S” markalı telefon üçün ümumilikdə 531 manat olmaqla ondan 482,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48,4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 241 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan başqa iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Xiaomi Mi band 5” və “X2 Earbuds Basic” Power Bank almış və nəticədə 161 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 199 manat (18 ay x 10,5 manat + 10 manat ilkin ödəniş) “Xiaomi Mi band 5” və “X2 Earbuds Basic” Power Bank üçün ümumilikdə 161 manat olmaqla ondan 147 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 52 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan başqa iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26044 olan “İpone 11 Pro” markalı telefon almış və nəticədə 3972 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 726,6 manat (18 ay x 212,4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********26044 olan “İpone 11 Pro” markalı telefon üçün ümumilikdə 3972 manat olmaqla ondan 3610,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 361,7 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 212,9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh İsamayıl oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22294199 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh İsamayıl oğluna ümumi dəyəri 723,6 manat İMEİ kodu **********23823 olan “X1 9S” markalı telefon satılmışdır. Cavabdeh İsamayıl oğlu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh İsamayıl oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22303735 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh İsamayıl oğluna ümumi dəyəri 199 manat “Xiaomi Mi band 5” və “X2 Earbuds Basic” Power Bank satılmışdır. Cavabdeh İsamayıl oğlu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan başqa işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh İsamayıl oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22467642 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh İsamayıl oğluna ümumi dəyəri 3823,2 manat İMEİ kodu **********26044 olan “İpone 11 Pro” markalı telefon satılmışdır. Cavabdeh İsamayıl oğlu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İsamayıl oğlunun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 482,6 manat ödənilməmiş hissə, 48,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 147 manat ödənilməmiş hissə, 14 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3610,3 manat ödənilməmiş hissə, 361,7 manat cərimə, ümumilikdə 4664 manat borc qalmışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 66,64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İsamayıl oğlu xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 482,6 manat əsas borc, 33,78 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 147 manat əsas borc, 10,29 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3610,3 manat əsas borc, 252,72 manat cərimə borc olmaqla, ümumilikdə 4536,69 manat borc və ödənilmiş 66,64 manat dövlət rüsumunun əvəzi Cavabdeh İsamayıl oğlundan "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 482,6 manat əsas borc, 33,78 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 147 manat əsas borc, 10,29 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3610,3 manat əsas borc, 252,72 manat cərimə borc olmaqla, ümumilikdə 4536,69 manat borc və ödənilmiş 66,64 manat dövlət rüsumunun əvəzi Cavabdeh İsamayıl oğlundan "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1963/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1963/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver