Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1978/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2019-cu il tarixli, HAK474101 saylı müqavilə;
2. xx.xx.2020-ci il tarixli, HAK5716712 saylı müqavilə. Müqavilələrin predmet-borc müqaviləsi Tələb olunan məbləğ: xx.xx.2019-cu il tarixli, HAK474101 saylı müqavilə üzrə 112 manat əsas borc, xx.xx.2020-ci il tarixli, HAK5716712 saylı müqavilə üzrə 418 manat əsas borc və 30 manat dövlət rüsumu. Sübutlar: müqavilə, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında balanmış xx.xx.2019-cu il tarixli müqavilə borc müqaviləsi adlansa da, müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödənişsiz, 12 ay müddətinə hər ay 28 manat ödəməklə 336 manat dəyərində və xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh iddiaçıdan ilkin ödənişsiz, 12 ay müddətinə hər ay 38 manat ödəməklə 456 manat dəyərində məişət avadanlıqları alıb. Lakin müqavilələr üzrə öhdəliklərinə əməl etməyib. Hazırda cavabdehin ümumilikdə 530 manat əsas borcu mövcuddur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, HAK474101 saylı saylı müqavilə üzrə 112 manat əsas borc, xx.xx.2020-ci il tarixli, HAK5716712 saylı saylı müqavilə üzrə 418 manat əsas borc olmaqla, ümumilikdə 530 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qumru Əliyeva