Məhkəmə qərarları › İş №e-2(007)-1983/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1983/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1983/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2023-cü il tarixli, 8MKK6271424 saylı müqavilə;

2. xx.xx.2023-cü il tarixli, 8MKK6271768 saylı müqavilə;

3. xx.xx.2023-cü il tarixli, 8MKK6337836 saylı müqavilə. Müqavilələrin predmet-borc müqaviləsi Tələb olunan məbləğ: xx.xx.2023-cü il tarixli, 8MKK6271424 saylı müqavilə üzrə 611 manat əsas borc, xx.xx.2023-cü il tarixli, 8MKK6271768 saylı müqavilə üzrə 488 manat əsas borc, xx.xx.2023-cü il tarixli, 8MKK6337836 saylı müqavilə üzrə 320 manat əsas borc, cəmi 1419 manat və 35 manat dövlət rüsumu. Sübutlar: müqavilə, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında balanmış xx.xx.2023-cü il tarixli müqavilə borc müqaviləsi adlansa da, müqaviləyə əsasən cavabdeh iddiaçıdan 82 manat ilkin ödənişlə, 24 ay müddətinə hər ay 47 manat ödəməklə 1210 manat dəyərində, xx.xx.2023cü il tarixli müqavilə üzrə cavabdeh iddiaçıdan 42 manat ilkin ödənişlə, 18 ay müddətinə hər ay 61 manat ödəməklə 1140 manat dəyərində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdeh iddiaçıdan 28 manat ilkin ödənişlə, 12 ay müddətinə hər ay 46 manat ödəməklə 580 manat dəyərində məişət avadanlıqları alıb. Lakin müqavilələr üzrə öhdəliklərinə əməl etməyib. Hazırda cavabdehin ümumilikdə 1419 manat əsas borcu mövcuddur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 8MKK6271424 saylı saylı müqavilə üzrə 611 manat əsas borc, xx.xx.2023-cü il tarixli, 8MKK6271768 saylı saylı müqavilə üzrə 488 manat əsas borc, xx.xx.2023-cü il tarixli, 8MKK6337836 saylı saylı müqavilə üzrə 320 manat əsas borc olmaqla, ümumilikdə 1419 manat borc və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar