Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2085/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2022-ci il tarixli, 04052105 saylı müqavilə (İmei kodu **********85855 ilan iPHONE 13 markalı telefon, APPLE ADAPTER).
2. xx.xx.2023-cü il tarixli, 04074544 saylı müqavilə (İmei kodu **********54245 olan XİAOMİ REDMİ NOTE 12 markalı və İmei kodu **********38860 olan XİAOMİ REDMİ NOTE 12 markalı telefonlar).
3. xx.xx.2023-cü il tarixli, 19611500 saylı müqavilə (İmei kodu **********92290 olan SAMSUNG GALAXY S22 markalı telefon).
Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:
1. xx.xx.2022-ci il tarixli, 04052105 saylı müqavilə üzrə 521,73 manat əsas borc, 52,27 manat cərimə.
2. xx.xx.2023-cü il tarixli, 04074544 saylı müqavilə üzrə 810,98 manat əsas borc, 81,02 manat cərimə.
3. xx.xx.2023-cü il tarixli, 19611500 saylı müqavilə üzrə 501,15 manat əsas borc, 50,85 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 2018 manat borc və 40,18 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04052105 saylı müqavilə üzrə 521,73 manat əsas borc, 25 manat cərimə, xx.xx.2023-cü il tarixli, 04074544 saylı müqavilə üzrə 810,98 manat əsas borc, 40 manat cərimə, xx.xx.2023-cü il tarixli, 19611500 saylı müqavilə üzrə 501,15 manat əsas borc, 25 manat cərimə borcu olmaqla ümumilikdə 1923,86 manat vəsait və ödənilmiş 38,30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 1,88 manatı İddiaçı MMCyə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qumru Əliyeva