Məhkəmə qərarları › İş №e-2(007)-2104/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2104/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2104/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Dell notebook notebook çantası, Lenovo Mouse, Canyon qulaqlıq, X1, yaddaş kartı, Electrolux Paltaryuyan, İMEİ kodu **********10596 olan Samsung Galaxy A21s markalı telefon, İMEİ kodu **********51028 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********37655 olan Realme C3 markalı telefon üçün 1429 (min dörd yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1078.2 (min yetmiş səkkiz manat iyirmi qəpik) manat (18 ay x 59.9 manat + 0 manat ilkin ödəniş) olan Dell notebook notebook çantası, Lenovo Mouse, Canyon qulaqlıq, X1, yaddaş kartıüçün ümumilikdə, 988 (doqquz yüz səksən səkkiz) manat olmaqla ondan, 898.2 (səkkiz yüz doxsan səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 89.8 (səksən doqquz manat səksən qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 786 (yeddi yüz səksən altı) manat (15 ay x 52.4 manat + 0 manat ilkin ödəniş) olan Electrolux Paltaryuyan üçün ümumilikdə, 238 (iki yüz otuz səkkiz) manat olmaqla ondan, 217 (iki yüz on yeddi) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 431.4 (dörd yüz otuz bir manat qırx qəpik) manat (12 ay x 34.2 manat + 21 manat ilkin ödəniş) olan İMEİ kodu **********10596 olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 86 (səksən altı) manat olmaqla ondan, 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 369.6 (üç yüz altmış doqquz manat altmış qəpik) manat (12 ay x 30.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********51028 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 78 (yetmiş səkkiz) manat olmaqla ondan, 71 (yetmiş bir) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 390.6 (üç yüz doxsan manat altmış qəpik) manat (18 ay x 21.7 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG Tozsoran üçün ümumilikdə, 39 (otuz doqquz) manat olmaqla ondan, 35.6 (otuz beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat qırx qəpik) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 1755 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Buna görə də, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Dell notebook notebook çantası, Lenovo Mouse, Canyon qulaqlıq, X1, yaddaş kartı üçün 898.2 (səkkiz yüz doxsan səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 89.8 (səksən doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, Electrolux Paltaryuyan üçün 217 (iki yüz on yeddi) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********10596 olan Samsung Galaxy A21s markalı telefon üçün 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********51028 olan Samsung galaxy A10 markalı telefon üçün 71 (yetmiş bir) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********37655 olan Realme C3 markalı telefon üçün 35.6 (otuz beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat qırx qəpik) manat cərimə; ümumilikdə 1429 manat borc, 34.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə Dell notebook notebook çantası, Lenovo Mouse, Canyon qulaqlıq, X1, yaddaş kartı verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə Electrolux Paltaryuyan verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə İMEİ kodu **********10596 olan Samsung Galaxy A21s markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə İMEİ kodu **********51028 olan Samsung galaxy A10 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsinə İMEİ kodu **********37655 olan Realme C3 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 31-dən gec olmayaraq 18 ay müddətinə 59.90 manat ödəniş etməlidir. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 13-dən gec olmayaraq 15 ay müddətinə 52.4 manat ödəniş etməlidir. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 29-dan gec olmayaraq 12 ay müddətinə 34.2 manat ödəniş etməlidir. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 13-dən gec olmayaraq 12 ay müddətinə 30.8 manat ödəniş etməlidir. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 12-dən gec olmayaraq 18 ay müddətinə 21.7 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin 07 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Dell notebook notebook çantası, Lenovo Mouse, Canyon qulaqlıq, X1, yaddaş kartı üçün 898.2 (səkkiz yüz doxsan səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 89.8 (səksən doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Electrolux Paltaryuyan üçün 217 (iki yüz on yeddi) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********10596 olan Samsung Galaxy A21s markalı telefon üçün 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********51028 olan Samsung galaxy A10 markalı telefon üçün 71 (yetmiş bir) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********37655 olan Realme C3 markalı telefon üçün 35.6 (otuz beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat qırx qəpik) manat cərimə; ümumilikdə 1429 manat borcu vardır. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasından bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Dell notebook notebook çantası, Lenovo Mouse, Canyon qulaqlıq, X1, yaddaş kartı, Electrolux Paltaryuyan, İMEİ kodu **********10596 olan Samsung Galaxy A21s markalı telefon, İMEİ kodu **********51028 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********37655 olan Realme C3 markalı telefon üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. İddiaçıMMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış bildirişlər görünür ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, Dell notebook notebook çantası, Lenovo Mouse, Canyon qulaqlıq, X1, yaddaş kartı, Electrolux Paltaryuyan, İMEİ kodu **********10596 olan Samsung Galaxy A21s markalı telefon, İMEİ kodu **********51028 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********37655 olan Realme C3 markalı telefon tam və qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 34.29 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Dell notebook notebook çantası, Lenovo Mouse, Canyon qulaqlıq, X1, yaddaş kartı, Electrolux Paltaryuyan, İMEİ kodu **********10596 olan Samsung Galaxy A21s markalı telefon, İMEİ kodu **********51028 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********37655 olan Realme C3 markalı telefon verilmiş, cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34.29 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 898.2 manat ödənilməmiş hissə, 89.8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 217 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 79 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 71 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 35.6 manat ödənilməmiş hissə, 3.4 manat cərimə olmaqla, ümumilikdə 1429 manat borc və 34.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar