Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2226/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh Tərəflər arasında bağlanmış müqavilə: xx.xx.2024-cü il tarixli, 14411319 saylı müqavilə HONOR X5 PLUS 4/64GB CYAN LAKE. Müqavilənin predmeti- alqı-satqı. Tələb olunan məbləğ: xx.xx.2024-cü il tarixli, 14411319 saylı müqavilə üzrə 173.13 (yüz yetmiş üç manat on üç qəpik) manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 17.31 (on yeddi manat otuz bir qəpik) manat cərimə. Ümumilikdə tələb olunan məbləğ 214.04 (iki yüz on dörd manat dörd qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasını təsdiq edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 14411319 saylı müqavilə üzrə 173.13 manat əsas borc, 12.11 manat cərimə borcu, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş pul, olmaqla ümumilikdə 208.84 manat vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2226/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2226/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver