Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2260/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 və 5 saylı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamınin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, mirasdan məcburi payın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamınin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, mirasdan məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, mirasdan məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı “Asan Xidməti”nin Notariat Ofisində açılmış V-61/2019 saylı vərəsəlik işi əsasında, Cavabdeh3 Əliheydər qızının adına verilmiş, reyestrdə 2 V-921 nömrəsi ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin və reyestrdə 2 V-922 nömrəsi ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin etibarsız hesab edilməsi; daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********07-05101-093046 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi; İddiaçı məcburi payının müəyyən edilməsi; ödənilmiş 100 (bir yüz) manat məhkəmə rüsumunun Cavabdeh3 Əliheydər qızından alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamənın çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X2 28 yanvar 1999-cu ildə Bakı şəhəri 23 saylı Dövlət notariat kontorunda Vəsiyyətnamə tərtib etdirərək digər qızı Cavabdeh3 Əliheydər qızına mənzilini vəsiyyət etmişdir. 2021-ci ildə Cavabdeh3 5 saylı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisinə müraciət edərək həmin mənzilə dair Çıxarış almışdır. 26 may 2024-cü il tarixli, 210 nömrəli sorğu əsasında notariat ofisinin 27 may 2024-cü il tarixli, 1324 nömrəli məktubu ilə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə dair notariat işinin təsdiq olunmuş kserosurəti onlara göndərilmişdir. Həmin işin 1-ci səhifəsində S. Seyidovanın bacısı Cavabdeh3 Əliheydər qızının notariat ofisinə ünvanladığı Cavabdeh3 Əliheydər qızının notariat ofisinə ünvanladığı xx.xx.2019cu il tarixli, **********725 nömrəli ərizəsində özündən başqa digər bacısı Cavabdeh2 olmasını bildirmişdir, iddiaçının barəsində isə məlumat verməmişdir. Bu səbəbdən də Reyestrdə 2 V-921 nömrəsi ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də bacısı Cavabdeh3 Əliheydər qızının miras əmlakdan 2/4 hissədə pay almalı olduğu qeyd edilmişdır. Beləliklə də sonda Cavabdeh3 miras paydan ¾ hissəyə sahib olmuş, qalan ¼ hissə isə açıq qalmışdır. Bu barədə Cavabdeh3 Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********07-**********6 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Qeydiyyat tarixli Çıxarış verilmişdir. İlkin ərizədə yalnız digər bacısı Cavabdeh2 olması göstərildiyindən həmin mirasdan açıq qalan ¼ hissə də Nəzirəyə məxsusdur və İddiaçı məcburi paydan məhrum olmuşdur.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçının anası X2 17 yanvar 2008-ci ildə vəfat etmişdir. O, sağlığında bölgü etmişdir və Nəzirəxanımın hissəsi çıxarışla müəyyən olunub. Qalan hissəni isə 28 yanvar 1999-cu ildə vəsiyyətnamə ilə Cavabdeh3 vəsiyyət etmişdir. 2021-ci ildə Cavabdeh3 5 saylı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisinə müraciət edərək həmin mənzilə dair Çıxarış almışdır. Cavabdeh3 Əliheydər qızının notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində özündən başqa digər bacısı Cavabdeh2 olmasını bildirmişdir, iddiaçı barədə məlumat verməmişdir. Beləliklə, İddiaçı məcburi paydan məhrum olmuşdur.
4. Cavabdeh3 Əliheydər qızı isə iddiaya qarşı etiraz edərək bildirmişdir ki, anası X2 mənzili sağlığında ona vəsiyyət etmişdir. İddiaçının iddiası əsassızdır.
İş materialları:
5. 28.01.1999-cu il tarixli Bakı şəhəri 23 saylı Dövlət notariat kontorunda tərtib edilmiş Vəsiyyətnamənin surətindən görünür ki, X2 ona məxsus Bakı şəhəri, 8-ci km, Ə.Vəliyev küçəsi, 7 nömrəli evin 65 nömrəli mənzilini Cavabdeh3 vəsiyyət etmişdir.
6. xx.xx.2021-ci il tarixli 2 V-921 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vərəsəsi Cavabdeh3dır və o, miras əmlakdan ¼ hissədə pay almalıdır.
7. xx.xx.2021-ci il tarixli 2 V-922 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vərəsəsi Cavabdeh3dır və o, miras əmlakdan ¼ hissədə pay almalıdır.
8. 10 dekabr 2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh3 5 saylı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 7 nömrəli evin 65 nömrəli mənzilinə dair çıxarış almaq üçün müraciət etmişdir.
İşin faktiki halları:
9. Məhkəmə iclasında müəyyən olundu ki, X2 xx.xx.1999-cu ildə Cavabdeh3 vəsiyyətnamə vermişdir. xx.xx.2008-ci ildə isə vəfat etmişdir. Cavabdeh3 Əliheydər qızının notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində özündən başqa digər bacısı Cavabdeh2 olmasını bildirmişdir, iddiaçı barədə məlumat verməmişdir. xx.xx.2021-ci il tarixli 2 V-921 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 ¼ hissədə pay almalıdır və xx.xx.2021-ci il tarixli 2 V-922 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə Cavabdeh3 miras əmlakdan 2/4 hissədə pay almalı olduğu qeyd olunmuşdur. 2021-ci ildə Cavabdeh3 5 saylı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisinə müraciət edərək həmin mənzilə dair Çıxarış almışdır. Hazırda iddiaçı 5 saylı Bakı “Asan Xidməti”nin Notariat Ofisində açılmış V-61/2019 saylı vərəsəlik işi əsasında, Cavabdeh3 Əliheydər qızının adına verilmiş, reyestrdə 2 V-921 nömrəsi ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin və reyestrdə 2 V-922 nömrəsi ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin etibarsız hesab edilməsi; daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********07-05101-093046 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi; İddiaçı məcburi payının müəyyən edilməsi; ödənilmiş 100 (bir yüz) manat məhkəmə rüsumunun Cavabdeh3 Əliheydər qızından alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 26 dekabr 2023 tarixli Plenumunun qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 21 iyun 2024-cu il tarixli Plenumunun qərarı:
Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır.Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
13 “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı:
Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi rədd edilməlidir.
15. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.
16. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçının məcburi pay almaq hüquq mövcud olsa da, məcburi pay yalnız mirasın qəbul edilməsi üçün nəzərdə tutulan müddət ərzində qəbul edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki hallarından və iş üzrə mövcud olan sübutlardan aydın olur ki, vəsiyyətnamə xx.xx.1999-cu il tarixdə tərtib olunmuşdur. İddiaçının anası X2 isə xx.xx.2008-ci ildə vəfat etmişdir. Həmin andan (2008-ci ildən) miras açılmışdır və vərəsəlik hüquq münasibətləri meydana gəlmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı məcburi payının qəbul edilməsinə yönələn heç bir hərəkət etməmişdir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023 tarixli Plenum Qərarı ilə mirasın qəbulu ilə bağlı mövcud olan müddətlər qüvvədən düşmüş hesab edilsə də, bu qərar yalnız qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
17. Konstitusiya Məhkəməsinin 21 iyun 2024-cu il tarixli Plenum Qərarından aydın olur ki, məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir və onun qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Qərarda həmcinin qeyd olunur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.
18. Yuxarıda qeyd olunanlara əsasən hazırkı iş üzrə hüquq münasibətinin meydana gəldiyi anda qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalı olduğundan, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin müddətlər isə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay müəyyən edilir. Miras açıldığı gündən altı ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilmir. Hazırki işdən görünür ki, iddiaçı anası X1 ölümündən məlumatlı olmuş, lakin mirasın və ya məcburi payın qəbul edilməsi istiqamətində qeyd edilən müddətlərdə heç bir hərəkət etməmişdir.
19. İddiaçının məcburi payın müəyyən edilməsi tələbinin əsassızlığı özü-özlüyündə iddianın digər hissələrdə yəni, artıq mirası qəbul etmiş cavabdehin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız sayılması və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın ləğv edilməsi ilə bağlı tələblər də əsassız sayılmasına səbəb olur. Çünki artıq miras Cavabdeh3 tərəfindən qəbul edilmiş və onun mülkiyyəti hesab edilir.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
22. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamınin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, mirasdan məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamınin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, mirasdan məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova