Məhkəmə qərarları › İş №e-2(007)-2270/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2270/2022

13.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2270/2022 13.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin (Texnoplus mağazası) Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC (Texnoplus mağazası) . Cavabdeh- Cavabdeh Tərəflər arasında bağlanmış müqavilələr: 1.xx.xx.2018-ci il tarixli, STN03-1966 saylı müqavilə (“Philips 47PFH6309/88” markalı və “LG 32LJ570V” markalı televizorlar)

2. xx.xx.2018-ci il tarixli, STN03-1967 saylı müqavilə (Electrolux Atrium EACS- 12HAT/N3 markalı kondisioner)

3. xx.xx.2018-ci il tarixli, STN03-1971 saylı müqavilə (Electrolux Atrium EACS- 12HAT/N3 markalı kondisioner) Müqavilənin predmet- alqı-satqı müqaviləsi Tələb olunan məbləğ:

1. xx.xx.2018-ci il tarixli, STN03-1966 saylı müqavilə üzrə 1500 manat əsas borc, 450 manat cərimə.

2. xx.xx.2018-ci il tarixli, STN03-1967 saylı müqavilə üzrə 756 manat əsas borc, 226,80 manat cərimə.

3. xx.xx.2018-ci il tarixli, STN03-1971 saylı müqavilə üzrə 756 manat əsas borc, 226,80 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 3915,60 manat borc və 59,16 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, bağışlama müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini,cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, STN03-1966 saylı müqavilə üzrə 1500 manat əsas borc, 100 manat cərimə, xx.xx.2018-ci il tarixli, STN03-1967 saylı müqavilə üzrə 756 manat əsas borc, 50 manat cərimə, xx.xx.2018-ci il tarixli, STN03-1971 saylı müqavilə üzrə 756 manat əsas borc, 50 manat cərimə olmaqla ümumilikdə cəmi 3212 manat vəsait və ödənilmiş 59,16 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin (Texnoplus mağazası) xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar