Məhkəmə qərarları › İş №e-2(007)-2272/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2272/2023

13.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2272/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh1, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il taixdə Bakı şəhəri 4 saylı “Asan Xidmət” Məkəzində fəaliyyət göstərən Notariat Ofisində 4Ə-1480 reyestr nömrəli bağışlama müqaviləsi qismən etibarsız hesab edilməklə ünvan 1 ünvanında yerləşən mənzilə dair Qarayev (Garayev) Elşad Vaqif oğlunun ¼ hissədə vərəsəlik üzrə miras pay hüququnun tanınması və bu hüququn qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı üzrə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, bu mümkün olmadığı təqdirdə həmin mənzilin real dəyərinin ¼ hissəsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tutularaq Qarayev (Garayev) Elşad Vaqif oğluna ödənilməsi barədə, ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşının alqısatqısına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsində bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, bu mümkün olmadığı halda həmin avtomaşının real satış qiymətinin ¼ hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq Qarayev (Garayev) Elşad Vaqif oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun vəkili və nümayəndəsi Vəkil1 13 noyabr 2023-cü il tarixdə “Elektron kabinet” vasitəsi ilə ərizə verərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş iddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 mülki işin baxılmadan geri qaytarılmasına etiraz etmədilər. Məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsinin ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İşin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən (“AsanPay vasitəsilə, büdcə təsnifat kodu: 14221301, tarix: xx.xx.2023, saat 20:39:10) görünür ki, iddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun vəkili və nümayəndəsi Vəkil1 hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə iddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən ödənilmiş 100 manat (“AsanPay vasitəsilə, büdcə təsnifat kodu: 14221301, tarix: xx.xx.2023, saat 20:39:10) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar