Məhkəmə qərarları › İş №e-2(007)-2274/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2274/2024

25.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2274/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbi barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X1 Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Hazırda iddiaçı cavabdehdən 555 manat məbləğində əsas borcu tələb etsə də, həmin məbləğdə borcunun yaranması aşkar deyil və bunun müəyyən edilməsi üçün araşdırma aparılmalıdır. İş materialları ilə həmin məbləğdə borcun hansı tarixlər üzrə yaranmış borc olmasını müəyyən etmək mümkün olmamış, iddiaçı həmin borcun yaranmasını təsdiq edən sübutlarını iş materiallarına əlavə etməmişdir. Bununla belə hesab edirəm ki, hazırki ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil və bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 284-4-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbi barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar