Məhkəmə qərarları › İş №e-2(007)-2291/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2291/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2291/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbi onunla əsaslandırdı ki, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,sonuncu MSİ GL75 Kompyuter alıb və nəticədə 6111 manat borc yaranıb.Cavabdeh müqavilənin şərtlərini pozub və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5481.6 manat olan MSİ GL75 Komputer üçün ümumilikdə, 6111 manat olmaqla ondan, 5016.6 manat ödənilməmiş hissə, güzəşt olaraq 1094.4 manat dəbbə pulu borcu yaranıb. Cavabdehin cəmi ödədiyi məbləğ 465 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçən məbləğin hər növbəti təqvim gününə hesablanan 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanan penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsninə yönəldilə bilər.Cavabdehlə aralarında bağlanılan xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil alıb.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunan öhdəlikləri icra etməyib. Qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh “MSİ GL75” markalı komputer üçün 5016,6 manat əsas borc,1094,4 manat cərimə olmaqla cəmi, 6111 manat borcun və 81,11 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, həqiqətən də müqavilə əsasında qeyd olunan kompyuteri almışdır. Həmin kompyuter alınan zaman onun üzərində deffekti olub və o həmin deffekti satıcıya göstərmiş, sonra isə almışdır. Bir aydan az bir müddət komyuter onda qaldıqdan sonra onu qaytarmış, lakin mağaza götürməkdən imtina edib. Əsas borcun ödənilməsinə razıdır, xahiş edir ki, cərimə borcu silinsin. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22115156 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Mahmudov Cavabdeh oğlundan “MSİ GL75” markalı kompyuter satılmışdır. Cavabdeh “MSİ GL75” markalı kompyuterə görə müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 22115156 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 20-dən gec olmayaraq 24 ay müddətinə hər ay 228,4 manat ödəniş etməyi öhdəsinə götürür. İş materiallarında olan 27 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 22115156 nömrəli müqavilə üzrə cavabdehin 5016,6 mannat əsas borcu, 1094,4 manat cərimə olmaqla cəmi 6111 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 81,11 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, 22115156 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh “MSİ GL75” markalı komputer nisyə olaraq satılmış,cavabdeh 24 ay müddətində televizorun dəyərini hə ay 228,4 manat olmaqla ödəmək barədə öhdəlik gğtürmüşdür.Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam və layiqincə yerinə yetirməmişdir.Nəticədə cavabdehin 5016,6 mannat əsas borcu,1094,4 manat cərimə olmaqla cəmi 6111 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilə üzrə dəbbə pulunun tələb olunması barədə iddia tələbinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki,1094,4 manat dəbbə pulu əsas borca nisbətdə tənasübsüz olaraq yüksəkdir. Ona görə də cərimənin azaldılaraq 50 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Cavabdehin kompyuteri alarkən qüsurlu olması barədə dedikləri, işdə olan sübutlarla və işin faktiki halları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 22115156 nömrəli müqavilə üzrə “MSİ GL75” markalı kompyuter üçün 5016,6 manat əsas borc,50 manat cərimə, 81,11 manat dövlət rüsumu, cəmi 5147,71 manat tutulmalıdır, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 22115156 nömrəli müqavilə üzrə “MSİ GL75” markalı kompyuter üçün 5016,6 manat əsas borc, 50 manat cərimə, 81,11 manat dövlət rüsumu, cəmi 5147,71 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar