Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2368/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə İddiaçı arasında bağlananxx.xx.2021-ci il tarixli, 107 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılan qiymətdə və razılaşdırılan müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür.Alqı-satqı münasibətlərinin yekununda müştərinin yekun debitor borcunun müəyyənləşdirilməsi məqsədilə cavabdehin və iddiaçının səlahiyyətli nümayəndəsinin işitirakı ilə üzləşdirmə aktı tərtib edilib. xx.xx.2021-ci il tarixli akta əsasən, cavabdeh xx.xx.2021-ci il tarixli, 107 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-ə 1.599,50 manat mələğində qalıq borcunun olduğunu təsdiq edib.Müəyyən ödənişlər edildikdən sonra cavabdehin müəssisəyə 1136,50 manat məbləğində qalıq borcu qalıb.Beləliklə iddiaçı üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etsə də, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməyib və nəticədə onun 1136,50 manat məbləğində icra olunmayan borc öhdəliyi qalıb.Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilib. xx.xx.2022-ci il tarixdə cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmayıb.Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1136,50 manat borcun və 42 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də möhkəməyə gəlməmişdir.Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İşə əlavə olunmuş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 107 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsindən görünür ki, satıcı 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları alıcıya satmağı, alıcı sə həmin malların dəyərini müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə aktından görünür ki, İddiaçı oğlu iddiaçıya 1599.50 manat ödənilməmiş borcunun olduğunu etiraf etmişdir. İş materiallarında olan məxaric qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 42 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən, İddiaçı İddiaçı oğluna müqavilədə nəzərdə tutulan inşaat materiallarını nisyə satmağı,sonuncu isə razılaşdırılmış müddət ərzində həmin əşyaların dəyərini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşlər.İddiaçı müqavilə öhdəliklərinə əməl edib həmin əşyaları cavabdehə təhvil versə də,sonuncu öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Nəticədə cavabdehin həmi müqavilə üzrə 1599.50 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərk hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1136,50 manat borc və 42 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1136,50 manat borc və 42 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2368/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2368/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver