Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2370/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Q Ə T E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlak ilkin lizinq öhdəliyi 35.000 ABŞ dolları, lizinq mükafatı illik 20 faiz olmaqla 24 ay müddətinə Cavabdeh lizinqə verilib. Lizinq alan Cavabdeh müqavilə öhdəliklərini pozduğuna görə məhkəmədə ona qarşı iddia qaldırılaraq məhkəmədən hesablanan borcun tutulması və lizinq predmeti olan mənzilin alınaraq iddiaçı "xxxx" MMC-nə qaytarılması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 16 iyun 2016-cı tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilən İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh oğlüıdan alınaraq İddiaçı MMC-yə qaytarılması, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, 16 iyun 2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanan cərimə, ümumilikdə 41755 ABŞ dollarının qətnamə icra olunduğu günə manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilən 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilib.İş üzrə ikinci apellyasiya icraatı olaraq Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, cavabdehdən lizinq mükafatı üzrə 6868.65 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair digər hissələrdə rədd edilməsi, apelyasiya şikayətinin qalan hissədə və apelyatora münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilib.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh lizinq məbləği üzrə 33,797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnəsi alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilib.Cavabdeh AR Ali Məhkəməsi Müklki Kollegiyasının 2(102)- 40/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi ilə müəyyən olunan pul məbləğini müvafiq icra bölməsinin deposit hesabına ödəyib.İddiaçı MMC AR Ali Məhkəməsinin qeyd olunan qərarından narazı qalaraq həmin qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edib.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 28 iyul 2021-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı 16 iyun 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilən qaydada və müddətdə yenidən baxılması qərara alınıb.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-15(k)/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün kasasiya baxışına göndərilməsi qərara alınıb.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilən kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsinin mübahsələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınıb.İş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra İddiaçı MMC Cavabdeh icra bölməsinin deposit hesbına ödədiyi 62.089 AZN məbləği qəbul edərək cavabdehə qarşı əlavə olaraq 1.057 ABŞ dolları məbləğində iddia qaldırıb. Belə tələbin irəli sürülməsinə səbəb cavabdehin lizinq predmeti olan mənzili ötən 5 ildən artıq müddət ərzində qanunsuz olaraq istifadəsində saxlaması və iddiaçının öz mülkiyyəti olan əmlakından faydalanmaq imkanından məhrum olması olub.Lizinq predmeti olan mənzilin cavabdehin qanunsuz istifadə olduğu müddət üçün 37.580 ABŞ dolları məbləğində lizinq mükafatı hesablanıb. Cavabdehin daha öncə ödədiyi 62.089 AZN yəni, qüvvədən düşmüş məhkəmə qərarı ilə müəyyən olunan 36.480 ABŞ dolları nəzərə alınmaqla cavabdehə qarşı hesablanan borcla ödənilmiş kimi qəbul edilib vəsaitin fərqi olan 1.057 ABŞ dolları həcmində tələb irəli sürülüb.Hazırda isə cavabdehin ödəniş etdiyi 62.089 AZN məbləğində vəsait Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüşlə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5048/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadında əsasən Cavabdeh qaytarılır.Cavabdeh İddiaçı MMC-nin xüsusi mülkiyyəti olan lizinq predmetini bu barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq qaytarmaqdan imtina edir. Belə olan halda qanunveiriclik lizinq verənə tələb olunan və qaytarılmayan lizinq predmetinə görə əlavə haqq hesablanaraq tələb etmək hüququ verir.Cavabdehə qaytarılmalı olan 62.089 AZN məbləğində vəsaitdən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunan 4040,38 ABŞ dollarının manat ekvivalenti olan 6868,65 AZN məbləğində vəsaitin tutularaq İddiaçı MMC-nə ödənilməli olmasını nəzərə almaqla hazırki iddia tələbinin həcmi 32.439,62 ABŞ dolları təşkil edəcəkdir."xxxx" MMCnin tərtib etdiyi 0101/22 saylı, 10 mart 2022-ci il tarixli maliyyə arayışı ilə müyyən olunur ki, ötən dövr üçün 37.580 ABŞ dolları məbləğində lizinq mükafatı hesablanıb.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmədən xahiş edir ki, Cavabdeh 32.439,62 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ödəniş gününə olan məzənnəsi ilə manat ekvivalentinin tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnaməsi çıxarılsın. Cavabdehin vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddiaçı MMC iddia tələblərini onunla əsaslandırıb ki, iş üzrə tərəflər arasında xx.xx.2016-cı il tarixdə D042 №-li lizinq müqaviləsi bağlanıb. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı MMC, ona məxsus Bakı şəhəri, Xətai rayonu,Xocalı prospektində yerləşən 21 saylı evin 51 saylı mənzili Cavabdeh lizinqə verməyi, sonuncu isə lizinq ödənişlərini və lizinq mükafatını MMC-yə ödəməyi öhdəsinə götürüb. Müqavilə üzrə ilkin lizinq öhdəliyi 35.000 ABŞ dolları, lizinq mükafatı illik 20%, müqavilənin müddəti isə 24 ay müəyyən edilib. Lizinq predmeti olan mənzil Cavabdeh sahiblik və istifadəsinə verilsə də, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyib. Bu səbəbdən iddiaçı MMC mənzilin qaytarılması və pul tələbi barədə iddia ilə məhkəməyə müraciət edib. Tərəflər arasında uzun müddət məhkəmə mübahisələri davam edib, sonda bu mübahisə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-614/2022 №-li qərarı ilə yekunlaşıb. Məhkəmə qərarları ilə lizinq obyektinin iddiaçı MMC-yə qaytarılması və cavabdehdən iddiaçının xeyrinə pulun tutulması qərara alınıb. Tərəflər arasında məhkəmə mübahisələri davam etdiyi müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 21 saylı evin 51 saylı mənzili Cavabdeh istifadəsində qalmışdır. Göstərilənlərə əsaslanan iddiaçı MMC, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən zərərin əvəzini cavabdehdən tələb edə bilər. İddiaçının qənaətinə görə, ona vurulan zərər 32.439.620 ABŞ dolları məbləğindədir. İddiaçının iddiasının hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsi təşkil edir.Hesab edir ki, iddiaçı MMC-nln iddiasının dəlilləri əsassızdır və təmin edilməməlidir.İlk olaraq hesab edir ki, iddiaçı “Faktor Lizinq" MMC Cavabdeh qarşı “lizinq mükafatının ödənilməsi tələbi barədə" hazırkı işə Nizami Rayon Məhkəməsində baxıla bilməz, işə kommersiya mübahisəsi kimi müvafiq kommersiya məhkəməsində baxılmaldıır. Çünki, tərəflər arasında mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Bu səbəbdən də bu mübahisəyə dair işə kommersiya məhkəməsində baxılmalıdır.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulan və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.MPM-nin 25-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.MPM-nin 26cı maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.Qeyd olunan mülki prosessual hüquq normalarının mənasından da göründüyü kimi, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.Hazırki işin başlanmasına əsas olmuş mübahisə kommersiya mübahisəsidir, iddiaçı vergi ödəyicisi olan hüquqi şəxsdir, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Çünki, iddiaçı, ona məxsus əmlakı cavabdehin sahiblik və istifadəsinə verir, bunun müqabilində isə hər ay lizinq ödənişlərini alaraq, gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. Ona görə də hazırki işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İşin faktiki halları ilə bağlı isə qeyd edir ki, iddiaçı MMC və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə D042 №-li lizinq müqaviləsinin bağlanması işin mübahisə edilməyən halıdır. X4 müqaviləsinin şərtlərinə əsasən, “Faktor Lizinq" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən mənzili 24 ay müddətinə 16 iyun 2016-cı il tarixli D042 saylı Daxili Lizinq müqaviləsinə 1 saylı Əlavəyə uyğun olaraq hər ay üçün 1.782 ABŞ dolları ödənilməsi şərti ilə 35.000 ABŞ dolları lizinqə verilib.Cavabdeh tərəfindən mütamadi olaraq ödənişlər həyata keçirilib. Sonradan iddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və sair tələblər barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.Həmin iddia əsasında başlanmış mülki iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi 16 mart 2017-ci il tarixli qətnamə ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilib, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 16 iyun 2016-c tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilən İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh alınaraq İddiaçı MMCyə qaytarılması, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, 16 iyun 2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2.483 ABŞ dolları, 5.475 ABŞ dolları hesablanan cərimə, ümumilkdə 41.755 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilib.Bundan sonra həmin mülki iş bir neçə dəfə apelyasiya və kassasıya instansiyaları məhkəməsinin baxış predmeti olub, həmçinin iş üzrə qəbul edilən məhkəmə aktlarının qanuniliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılıb.Hazırda həmin iş üzrə yuxarı instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş aşağıda qeyd olunan məhkəmə aktlarını qəbul edib.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilib, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh lizinq mükafatı üzrə 6868,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatına dair digər hissələrdə rədd olunması, apellyasiya şikayətinin qalan hissədə və apellyatora münasibətdə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilib.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022- ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiysının 2(103)-5048/2019 nömrəli,11 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılıb.Göründüyü kimi, iddiaçı MMC, Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinq müqaviləsi ilə bağlı müdəalanna, o cümlədən də 748-1.9-cu maddəsinə əsaslanaraq,onunla Cavabdeh qarşı artıq bir dəfə ümumilikdə yaranan ABŞ dolları ekvivalentində borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib və bu hissədə tələbi onunla əsaslandırılıb ki, lizinq alan lizinq müqaviləsinin tələblərini lazımınca icra etməyərək, müqavilənin şərtlərini pozub.İş üzrə qəbul edilən məhkəmə aktları ilə borcun tutulması hissəsində iddia tələbi qismən təmin edilib, Cavabdeh yalnız 6.868,65 manat məbləğində lizinq mükafatının tutulması qət edilib. Belə olan halda, hesab edir ki, iddiaçı MMC, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsaslanaraq, yenidən gecikmə vaxtı üçün pul tələb edə bilməz.Bundan başqa, Faktor Lizinq” MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması, cavabdehin lizinq obyekti olan mənzildən çıxarılması, 21 yanvar 2017-ci il tarixinədək yaranan borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə yanaşı Cavabdeh da İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla MMC arasında bağlanan lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib, iş üzrə məhkəmə aktları qəbul edilib.Həmçinin onu da qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsi icraya yönəldildikdən sonra Cavabdeh həmin mənzili könüllü olaraq "Faktor Lizinq” MMC-yə təhvil verib və bu zaman icra məmuru tərəfindən heç bir məcburi icra hərəkətləri yerinə yetirilməyib. Lizinq Şirkətinin hazırki iddianı irəli sürülməsinin səbəbi ilə bağlı isə bildirir ki, tərəflər arasında olan mülki iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəbul edldikdən sonra Cavabdeh, ona məxsus pul vəsaitinin ona qaytarlılması və ya pulun MMC-də qalması, bunun müqabilində isə mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı MMC-yə müraciət edib. Lakin MMC, bu təklifləri qəbul etməyib, pulu da qaytarmaqdan imtina edib. Cavabdeh da pulu MMC-dən məhkəmə yolu ilə alacağını MMC-yə bildirib. MMC-də onda əsassız qalan 61.152 manatı qaytarmamaq üçün, Cavabdeh qarşı pul tələbləri barədə iddia irəli sürüb. Hesab edir kı, iddiaçı MMC-nın bu hərəkətləri hüquqdan sui-istifadə qiymətlandirllməlidir. Eyni, müqavilə üzrə eyni pozuntuya görə eyni şəxsi, yəni Cavabdeh mülki məsuliyyətə cəlb etmək əsassız və qanunsuzdur. Bu baxımdan hesab edir ki, Azerbaycan Respublikas Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsaslanaaq, yenidən gecikmə vaxtı üçün pul tələbinə dair irəli sürülən iddia əsassızdır və rədd edilməlidir. Göstlərilanlərə əsasən hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı irəli sürdüyü tələb əsassızdır və təmin edilməməlidir. Odur ki, məhkəmədən iddiaçı 'Faktor Lizinq' MMC-nin Cavabdeh qarşı lizinq mukafatı, olaraq 32.439.62 ABŞ dolları məbləğində pulun tutulması tələbi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6675/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki,İddiaçı MMC cavabdeh X2 qarşı pul tələbinə qarşı iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(007)-1344/2022 sayl iş üzrə qəbul etdiyi 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş,cavabdeh X1İddiaçı MMC-nin xeyrinə 1057 ABŞ dolları(qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) tutulması qət olunmuşdur.Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6675/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş,yeni qətnamə qəbul olunmaqla iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6675/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından (iddia tələbi 5000 manatdan az olduğu üçün) qətnamə qanuni qüvvəsini almışdır. Apellyasiya instansiyası məhkəməsi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1344/2022 sayl iş üzrə qəbul etdiyi 08 iyul 2022-ci il tarixli qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, “Hazırkı tələbin hüquqi əsası Mülki Məcəllənin 748-1.9-cu maddə,faktiki əsası isə lizinq mükafatı üzrə borcun olması olsa da,bunların sübut edilməsi dayanıqlı şəkildə həyata keçirilməmiş,iş üzrə mövcud olan qətnamədə göstərilən sübutlarla tədiq edilməmiş (qeyri-mötəbər, ziddiyyətli,aid olmayan sübutlar təqdim olunmuşdur) müəyyən edilən faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.Məhkəmələr tərəfindən yekun qərar qəbul olunmadan lizinq obyektinin qaytarılması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən sonra,lizinq müqaviləsi üzrə münasibətlərə son qoyulduqdan sonra müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, köhnə borcun hansı müddəti əhatə etməsi isə sübuta yetirilməmişdir” İşin hallarından görünr ki,tərəflər arasında 2017-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına qədər məhkəmə çəkişmələri olmuş,nəticə etibarı ilə mübahisəli mənzilin iddiaçıya qaytarılması qət olunmuşdur. Yalnız bundan sonra,cavabdeh X3 mənzili könüllü olaraq iddiaçıya təhvil vermişdir.Belə olan halda məhkəmə mübahisələri davam edən müddətdə mənzilin təhvil verilməməsinə görə pul tələbinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir (93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatı iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. iddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2370/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2370/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver