Məhkəmə qərarları › İş №e-2(007)-2371/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2371/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2371/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə İddiaçı "xxxx"ASC-nin cavabdeh Mustafayev Cavabdeh qarşı subroaqsiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı subroaqsiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Ford Transit” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır.2020-ci il yanvarın 15-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Ford Transit” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində “MERCEDES BENZ E230” markalı, 90-MH-57t dövlət nömrə nişanlı və “RENAULT MEGANE” markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur.Bakı şəhəri, Nizami DYPŞ-in xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-c(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir.Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E230” markalı, **-MH-*** dövlət nömrə nişanlı avtomobillə 1250 manat məbləğində ziyan dəymişdir.Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “RENAULT MEGANE” markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobillə 1300 manat məbləğində ziyan dəymişdir.İddiaçı xx.xx.2020-ci il tarixində 1250 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir.İddiaçı xx.xx.2020-ci il tarixində 1300 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir.Qeyd olunanlara əsasən Cavabdeh vurulmuş zərərə görə 2550 manat,ödənilmiş dövlət rüsumuna görə isə 45.50 manat,cəmi 2595.50 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılması və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddələrinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli, PXA58305 saylı və eyni tarixli PXA58678 saylı sığorta aktlarından görünür ki, “Ford Transit” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2020-ci il yanvarın 15-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Ford Transit” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində “MERCEDES BENZ E230” markalı, 90-MH-57t dövlət nömrə nişanlı və “RENAULT MEGANE” markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Bakı şəhəri, Nizami DYPŞ-in xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh qeyd olunan yol nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 332.1-c(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktıdan görünür ki, hadisə nəticəsində “MERCEDES BENZ E230” markalı, **-MH-*** dövlət nömrə nişanlı avtomobillə 1250 manat məbləğində ziyan dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktından görünür ki, hadisə nəticəsində “RENAULT MEGANE” markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobillə 1300 manat məbləğində ziyan dəymişdir. Ödəniş qəbzlərindən görünür ki,iddiaçı xx.xx.2020-ci il tarixində 1250 manat sığorta ödənişini zərərçəkmiş şəxs X2, xx.xx.2020-ci il tarixində 1300 manat sığorta ödənişini n zərərçəkmiş şəxs X1 ödəmişdir. Ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün45.50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı "xxxx" Sığorta Şirkəti ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin hallarından görünür ki, 2020-ci il yanvarın 15-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Ford Transit” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində “MERCEDES BENZ E230” markalı, 90-MH-57t dövlət nömrə nişanlı və “RENAULT MEGANE” markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Nəticədə hər iki avtomobilin sahibinə maddi ziyan dəymişdir. Bakı şəhəri, Nizami DYPŞ-in xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh qeyd olunan yol nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 332.1-c(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1250 manat məbləği zərərçəkmiş şəxs X2, 1300 manat zərərçəkmiş şəxs X1 ödəmişdir. Hal-hazırda iddiaçı sığorta ödənişi üzrə ödədiyi pulu subroqasiya qaydasında tələb edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirib, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh vurulmuş zərərə görə 2550 manat,ödənilmiş dövlət rüsumuna görə isə 45.50 manat,cəmi 2595.50 manat pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 2550 manat, ödənilmiş dövlət rüsumuna görə isə 45.50 manat, cəmi 2595.50 manat pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar